بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
8:1 Səndən savaş qənimətləri haqqında soruşurlar. De ki: "Qənimətlər Allahın və Elçisinindir." Allahı dinləyin, aranızı düzəldin. İman edirsinizsə, Allaha və Elçisinə tabe olun.
8:2 İman edənlər elə kimsələrdir ki, Allah xatırlandığında ürəkləri titrəyər, Onun ayələri onlara oxunduğunda imanları artar və Rəblərinə güvənərlər.
8:4 Belələri gerçək iman edənlərdir. Onlar üçün Rəbləri yanında dərəcələr, bağışlanma və tükənməz ruzi vardır.
8:5 Həqiqətən Rəbbin səni bəlli bir planın gerçəkləşməsi üçün evindən çıxarmışdı. İman edənlərdən bir qrup bundan xoşlanmamışdı.
8:6 Gerçək ortaya çıxmasına rəğmən, göz görə-görə ölümə sürüklənirlərmiş kimi səninlə onu mübahisə edirdilər.
8:7 Allah iki qrupdan birini (məğlub etməyi) sizə söz vermişdi; siz isə gücsüz olanı ilə qarşılaşmağı istəyirdiniz. Halbuki Allah kəlmələri ilə gerçəyi gerçəkləşdirmək və kafirlərin ardını kəsmək istəyir.
8:8 Ona görə ki, günahkarlar xoşlanmasa da, haqqı gerçəkləşdirsin və haqsızlığı ortadan qaldırsın.
8:9 Sizi qurtarması üçün Rəbbinizə yalvarırdınız və O da, "Mən sizi bir-birinin ardınca min mələklə dəstəkləyəcəyəm," deyə sizə qarşılıq vermişdi.
8:10 Allah bunu, ancaq bir müjdə olsun və qəlbləriniz rahatlıq tapsın deyə etdi. Zəfər yalnız Allahdandır. Həqiqətən, Allah Üstündür, Hikmət Sahibidir.
8:11 Özündən bir güvənlik olaraq sizi yuxuya aparıb sakitləşdirirdi. (Susuzluğun yaratdığı depressiyadan) sizi təmizləmək, şeytanın pisliyini (ümidsizliyi) sizdən uzaqlaşdırmaq, qəlbinizi razı salmaq və ayaqlarınızı gücləndirmək üçün üzərinizə göydən su endirirdi.
8:12 Rəbbin mələklərə (və dolayısilə möminlərə) vəhy etdi: "Sizinlə bərabərəm, iman edənləri dəstəkləyin. İnkar edənlərin ürəyinə qorxu salacağam. Vurun boyunlara, vurun onların hər barmağına."
8:13 Çünki onlar Allaha və elçisinə qarşı gəldilər. Kim Allaha qarşı gəlsə, əlbəttə Allahın cəzası çətindir (şiddətlidir).
8:15 Ey iman edənlər! Sizə qarşı düşməncə hərəkətə keçən kafirlərlə qarşılaşdığınızda arxanızı onlara çevirməyin.
8:16 Kim o gün, savaş taktikası və ya başqa bir birliyə qatılma məqsədindən başqa arxasını dönüb qaçarsa, Allahdan bir qəzəbə uğramışdır və yeri də cəhənnəmdir. Necə də pis bir məskunlaşma yeridir.
8:17 Onları siz öldürmədiniz, fəqət Allah öldürdü. Atdığın zaman da sən atmırdın; Allah atırdı. Fəqət beləcə iman edənləri gözəl bir sınaqla sınadı. Allah Eşidəndir, Biləndir.
8:19 Zəfər istəyirsinizsə (ey kafirlər), budur, sizə zəfər gəldi! Hücum etməyi dayandırsanız, sizin üçün daha yaxşı olar. Dönərsəniz Biz də dönərik və ordunuz sayca çox da olsa, sizdən heç bir şeyi dəf edə bilməz. Allah iman edənlərlə bərabərdir.
8:20 Ey iman edənlər! Allaha və Elçisinə tabe olun. Eşitdiyiniz halda ondan üz çevirməyin.