بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
98:1 Kitab əhlinin inkarçıları və bütpərəstlər, onlara açıq dəlil/sübut gəlməsinə rəğmən yollarını tərk etməzlər.
98:4 Gerçək budur ki, özlərinə Kitab verilənlər, ancaq onlara açıq-aydın dəlil gəldikdən sonra ayrılığa (ixtilafa) düşdülər.
98:5 Halbuki onlardan, dini sadəcə Allaha aid edən təkallahlılar (monoteist) olaraq Ona qulluq etmələri, namazı qorumaları və zəkatı vermələri istənilmişdi. Bax, ən doğru din budur.
98:6 Kitab əhlinin inkar edənləri və bütpərəstlər, cəhənnəm atəşinin içindədirlər və orada əbədi qalıcıdırlar. Onlar, məxluqların ən pisidir.
98:8 Rəbləri qatındakı mükafatları, içindən çaylar axan cənnətlərdir. Orada əbədi olaraq qalacaqlar. Allah onlardan razı olmuş, onlar da Ondan razı olmuşdurlar. Rəbbinə hörmət göstərənin mükafatı bax belədir.