بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
9:81 Geridə qalanlar, Allah Elçisinin ardındakı yerlərini bəyəndilər, Allah yolunda paralarıyla, canlarıyla səy göstərməkdən xoşlanmadılar və: "Bu istidə hərəkətə keçməyin," dedilər. "Cəhənnəm atəşi daha istidir," de. Bir anlasaydılar!
9:83 Səfərə çıxma mövzusunda onlardan bir qrupun səndən izin istəyəcəkləri bir fürsəti Allah sənə təkrar versə, de: "Mənimlə birlikdə əbədiyyən hərəkata (savaşa) çıxmayacaqsınız və mənimlə birlikdə heç bir düşmənlə savaşmayacaqsınız. Çünki siz, ilk başda oturmağı seçmişdiniz. Elə isə, geri qalanlarla bərabər oturun."
9:84 Onlardan ölən birisi üçün namaz qılma, məzarı başında da durma. Çünki onlar Allaha və elçisinə qarşı gəldilər və yoldan çıxmışlar olaraq öldülər.
9:85 Paraları (pulları) və övladları səni təsirə salmasın. Allah bunlarla, onları dünyada cəzalandırmaq və canlarının inkarçılar olaraq çıxmasını istəyir.
9:86 "Allaha iman edin, elçisi ilə birlikdə cihad edin," deyə bir surə nazil edildiyi zaman, onların güclü və var-dövlət sahibi olanları belə səndən izin istədilər və: "Bizi burax oturanlarla bərabər olaq," dedilər.
9:87 Geridə qalanlarla birlikdə olmağa razı oldular. Nəhayət qəlbləri möhürləndi. Bundan ötrü anlaya bilməzlər.
9:88 Fəqət elçisi və bərabərində olanlar, paralarıyla və canlarıyla cihad etdilər. Bütün yaxşılıqlara onlar layiq görülmüşdür. Qazananlar onlardır.
9:89 Allah onlara əbədi qalacaqları və içindən çaylar axan cənnətlər söz vermişdir. Bu, ən böyük uğurdur.
9:90 Ərəblərdən üzr uyduranlar, izin almaq üçün sənin yanına gəldilər. Allah və elçisinə yalan söyləyənlər beləcə oturdular. İnkarçılarına ağrılı-acılı bir əzab toxunacaqdır.
9:91 Allaha və elçisinə səmimi bağlı olduqları təqdirdə zəiflərə, xəstələrə və yardım üçün verəcək bir şey tapa bilməyənlərə bir eyib yoxdur. Yaxşı davrananlar qınana bilməz. Allah Bağışlayandır, Rəhmlidir.
9:92 Eyni şəkildə, onları mindirməyin üçün sənin yanına gəldiklərində, "Sizi mindirəcək bir minik tapa bilmirəm," dediyin və maddi imkansızlıqlarına görə üzüntüdən gözlərindən yaş axaraq geri dönənlər də qınana bilməz.
9:93 Yalnız, zəngin olduqları halda səndən izin istəyənlər qınana bilər. Geridə qalanlarla birlikdə olmağı istədilər, Allah da qəlblərini damğaladı. Bunun üçün bilməzlər.
9:94 (Savaşdan gəlib) onlara döndüyünüzdə sizə üzrlər sayarlar. De ki: "Boşuna üzr saymayın; sizə artıq inanmırıq, Allah durumunuzu bizə bildirmişdir. Allah və elçisi sizin işlərinizi görəcək və sonra da gizlini və açığı Bilənin hüzuruna döndəriləcəksiniz. O etdikləriniz hər şeyi sizə bildirəcəkdir.
9:95 Onlara döndüyünüz zaman, onlardan vaz keçəsiniz deyə Allaha and içərlər. Onlardan vaz keç. Onlar kirlidir. Qazandıqlarına qarşılıq, yerləri cəhənnəmdir.
9:96 Onlardan razı olasınız deyə and içirlər. Onlardan razı olsanız belə, Allah yoldan çıxmış camaatlardan razı olmaz.
9:97 Ərəblər inkar etməkdə və ikiüzlülükdə ən həddi aşanlardır. Allahın elçisinə nazil etdiyini tanımamağa da ən yaxındırlar. Allah Biləndir, Hikmət sahibidir.
9:98 Bəzi Ərəblər, yardımlarını bir itki və marağsız görülən iş sayar və sizin üçün fəlakətlər gözləyirlər. Ən pis fəlakətlər onlar üçündür. Allah Eşidəndir, Biləndir.
9:99 Ərəblərdən, Allaha və axirət gününə iman edənlər də vardır. Xərclədiklərini isə Allaha yaxınlaşdıracaq bir vəsilə və elçiyə dəstək sayarlar. Gerçəkdən o, onlar üçün bir yaxınlaşma vəsiləsidir. Allah onları rəhmətinə daxil edəcəkdir. Allah Bağışlayandır, Rəhmlidir.
9:100 Köç edənlərin (mühacir) və yardımçıların (ənsar) öncülərindən və onları gözəlcə izləyənlərdən Allah razı olmuşdur, onlar da Ondan razı olmuşdurlar. Onlara içlərində çaylar axan və əbədi qalacaqları cənnətlər hazırlamışdır. Bax böyük zəfər budur.