Hud - 11:12 "Ona bir xəzinə, yaxud onunla birlikdə bir mələk enməli deyildimi?" dedikləri üçün bəlkə də, köksün daralacaq və sənə vəhy edilənin bir qismini tərk edəcəksən. Sən yalnız bir xəbərdarlıq edənsən; Allah hər şeyi kontrol edəndir.
Muhəmməd peyğəmbərə verilən möcüzə nə idi?
Ənkəbut/29:50 "Ona Rəbbindən bir möcüzə enməli deyildimi?" dedilər. De ki, "Möcüzələr Allahın qatındadır. Mən sadəcə açıq-aşkar bir xəbərdarlıq edənəm."
Ənkəbut/29:51 Bu kitabı sənə nazil etməyimiz və onlara oxunması onlara yetərli deyilmi? Bunda iman edən bir camaat üçün bir rəhmət və öyüd vardır.