بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
29:41 Allahdan başqa qəbul etdikləri vəlilərin örnəyi, özünə bir ev quran dişi hörümçəyin örnəyinə bənzəyir. Gerçək budur ki, evlərin ən çürüyü (ən az güvənli olanı) dişi hörümçəyin evidir, kaş ki, bilsəydilər.
29:42 Allah onların Özündən başqa qulluq/xidmət etdiklərinin əslində heç bir şey olmadığını yaxşı bilir. O Üstündür, Hikmət Sahibidir.
29:43 Bu örnəkləri insanlar üçün veririk və onları bilən kimsələrdən başqası düşünüb anlamaz.
29:44 Allah göyləri və yeri bəlli bir məqsəd üçün yaratdı. Bunda, iman edənlər üçün bir işarət vardır.
29:45 Sənə vəhy etdiyimiz kitabdan oxu və namazı qoru. Çünki namaz, iyrənc və pis şeylərdən kənarlaşdırır. Allahı (namaz yolu ilə) xatırlamaq ən önəmlidir. Allah nə etdiyinizi bilir.
29:46 Kitab əhli ilə, zalım olanları xaric ən gözəl bir tərzdə mübahisə edin və: "Bizə nazil edilənə iman etdik və sizə nazil edilənə də iman etdik. Bizim Tanrımız, sizin də Tanrınız birdir. Biz sadəcə Ona təslim olduq," deyin.
29:47 Məhz, bu Kitabı sənə nazil etdik. Özlərinə Kitab verdiklərimiz ona iman edəcəklər. Bunlardan (ümmilərdən) da bəziləri iman edəcəkdir. Kafirlərdən başqası ayələrimizi rədd etməz.
29:48 Sən daha öncəki kitablardan heç birini oxumurdun və onları əlinlə də yazmırdın. Belə olan halda, yanlışı müdafiə edənlərin şübhələnməsi üçün bir bəhanə yaranacaqdı.
29:49 Gerçəkdə o, özlərinə bilgi verilmiş olanların köksündə açıq-aşkar ayələrdir. Zalımlardan başqası ayələrimizi rədd etməz.
29:50 "Ona Rəbbindən bir möcüzə enməli deyildimi?" dedilər. De ki, "Möcüzələr Allahın qatındadır. Mən sadəcə açıq-aşkar bir xəbərdarlıq edənəm."
29:51 Bu kitabı sənə nazil etməyimiz və onlara oxunması onlara yetərli deyilmi? Bunda iman edən bir camaat üçün bir rəhmət və öyüd vardır.
29:52 De ki, "Mənimlə sizin aranızda şahid olaraq Allah yetər. Göylərdə və yerdə nə varsa bilir. Yanlışa iman edib, Allaha iman etməyənlər, əsl zərərə uğrayanlardır."
29:53 Əzabı gətirməyin üçün sənə meydan oxuyurlar! Müəyyən etdiyimiz bir zaman olmasaydı, o əzab onlara gələcəkdi. Onlara qəflətən, xəbərləri olmadan gələcəkdir.
29:54 Sənə əzabı gətirməyin üçün meydan oxuyurlar. Halbuki cəhənnəm artıq kafirləri əhatə etmişdir.
29:55 Gün gələcək əzab üstlərindən və ayaqlarının altından onları sarıb örtəcək və (Tanrı onlara), "Etdiklərinizi dadın!" deyəcəkdir.
29:58 İman edən və müttəqi davrananları içindən çaylar axan cənnətin köşklərinə yerləşdirəcəyik; orada əbədi qalarlar. Çalışanların (səy göstərənlərin) qarşılığı necə də gözəldir.
29:60 Qidalarını daşıya bilməyən neçə-neçə canlılar vardır ki, onları da, sizi də Allah qidalandırır.