Hud - 11:12
"Ona bir xəzinə, yaxud onunla birlikdə bir mələk enməli deyildimi?" dedikləri üçün bəlkə də, köksün daralacaq və sənə vəhy edilənin bir qismini tərk edəcəksən. Sən yalnız bir xəbərdarlıq edənsən; Allah hər şeyi kontrol edəndir.
Muhəmmədin (ə.s) elçiliyini dəstəkləyən bir mələyin enməsini gözlədilər, elçiliyini buna görə rədd etdilər:
Furqan/25:21
Bizimlə qarşılaşmağı ümid etməyənlər, "Bizə ya mələklər enməli, yaxud da Rəbbimizi görməliyik!" dedilər. Öz-özlərinə təkəbbür göstərmişlər və azğınlıqda çox irəli getmişdilər.
Hicr/15:6
Dedilər ki: "Ey özünə Zikr (mesaj) nazil edilən, sən bir dəlisən."
Hicr/15:7
"Doğru sözlüsənsə bizə mələkləri gətirsənə."
Ənam/6:8
"Ona mələk endirilməli deyildimi?!"– deyirlər. Bir mələk endirsəydik, iş bitirilmiş olardı, onlara möhlət də verilməzdi.
Hud/11:12
"Ona bir xəzinə, yaxud onunla birlikdə bir mələk enməli deyildimi?" dedikləri üçün bəlkə də, köksün daralacaq və sənə vəhy edilənin bir qismini tərk edəcəksən. Sən yalnız bir xəbərdarlıq edənsən; Allah hər şeyi kontrol edəndir.
İsra/17:94
Onlara hidayət gəldiyində, insanlar: "Allah bir insanımı elçi olaraq göndərdi?" deyərək iman etmədilər.
İsra/17:95
De ki: "Yer üzündə məskunlaşıb, gəzib dolaşanlar mələklər olsaydı, onlara göydən bir mələyi elçi göndərərdik."
Ənbiya/21:7
Səndən öncə, insanlardan başqa elçi göndərmədik; onlara vəhy edirdik. Bilmirsinizsə mütəxəssislərdən soruşun.
Ənbiya/21:8
Onları, yemək yeməyən bədənlər olaraq yaratmadıq. Onlar ölümsüz də deyildilər.
Furqan/25:7
Və dedilər, "Necə olur ki, bu elçi yemək yeyir və bazarlarda gəzib-dolaşır? Gərək onunla birlikdə xəbərdarlıq etmək üçün bir mələk nazil olaydı!"
Ənkəbut/29:50
"Ona Rəbbindən bir möcüzə enməli deyildimi?" dedilər. De ki, "Möcüzələr Allahın qatındadır. Mən sadəcə açıq-aşkar bir xəbərdarlıq edənəm."
Ənkəbut/29:51
Bu kitabı sənə nazil etməyimiz və onlara oxunması onlara yetərli deyilmi? Bunda iman edən bir camaat üçün bir rəhmət və öyüd vardır.
Ənkəbut/29:52
De ki, "Mənimlə sizin aranızda şahid olaraq Allah yetər. Göylərdə və yerdə nə varsa bilir. Yanlışa iman edib, Allaha iman etməyənlər, əsl zərərə uğrayanlardır."