Hud - 11:47 Dedi ki: "Rəbbim! Bilmədiyim bir mövzuda Sənə yalvardığım üçün Sənə sığınıram. Məni bağışlamasan, mənə acımasan, ziyana uğrayanlardan olaram."
Peyğəmbərlər də xətalar, günahlar işləmişdilər:
Həcc/22:52 Səndən öncə, arzularına şeytanın qarışmadığı heç bir elçi və heç bir peyğəmbəri göndərmədik. Allah şeytanın atdığı şeyləri ortadan qaldırar və sonra Allah ayələrini sağlamlaşdırar. Allah Biləndir, Hikmət sahibidir.

İsra/17:73 Başqa bir şeyi uydurub bizə isnad etməyin üçün az qala səni, sənə vəhy etdiyimizdən ayırıb azdıracaqdılar. Bax o zaman səni dost qəbul edəcəkdilər.
İsra/17:74 Səni sağlamlaşdırmasaydıq, az qala onlara bir az meyl edəcəkdin.
İsra/17:75 O zaman da həyatın və ölümün əzabını qatbaqat sənə daddırardıq. Sonra Bizə qarşı bir yardımçı da tapa bilməzdin.

Fəth/48:2 (Ona görə) ki Allah, keçmiş və gələcək günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın və səni doğru yola yönəltsin.

Ənfal/8:67 Heç bir Peyğəmbərə, yer üzündə savaşa qatılmadan əsirlər götürməsi yaraşmaz. Siz bu dünyanın müvəqqəti malını istəyirsiniz; Allah isə (sizin üçün) axirəti istəyir. Allah Üstündür, Hikmət sahibidir.
Ənfal/8:68 Allahın daha öncə qoyduğu bir qanun olmasaydı, aldıqlarınıza görə sizə böyük bir əzab toxunacaqdı.

Tovbə/9:42 Yaxın bir mənfəət və orta məsafədə bir yolçuluq (səfər) olsaydı, səni izləyəcəkdilər; ancaq çətinlik onlara ağır gəldi. Allaha and içəcəklər: "Gücümüz yetsəydi, sizinlə birlikdə çıxacaqdıq." Beləcə özlərini məhv edirlər. Allah onların yalançı olduqlarını bilir.
Tovbə/9:43 Allah səni əfv etdi: Doğrular və yalançılar sənə bəlli olmadan öncə nə üçün onlara izin verdin?

Əhzab/33:37 Allah tərəfindən özünə yaxşılıq edilən və sənin də yaxşılıq etdiyin şəxsə, "Arvadını saxla və Allaha qarşı diqqətli ol," deyirdin. Beləcə Allahın açığa vuracağı bir şeyi gizləyirdin. Allahdan çəkinməli olduğun halda, insanlardan çəkinirdin. Zeyd zövcəsiylə əlaqəsini kəsdiyində Biz səni onunla evləndirmişdik ki, iman edənlər, övladlığa götürdükləri zövcələri ilə əlaqələrini kəsdiklərində onlarla evlənməkdə çətinliklə qarşılaşmasın. Allahın əmri yerinə yetirilməlidir.

Saffat/37:141 Qarşı çıxdı və yanlış qərar verənlərdən oldu.

Ənbiya/21:87 ZanNun (yəni ismində 'Nun' hərfi olan Yunus) da... Etiraz edərək görəvini tərk etmişdi. Onu kontrol edə bilməyəcəyimizi sandı. Nəhayət, (balığın qarnındakı) qaranlıqlar içində, "Səndən başqa tanrı yoxdur. Sən Ucasan. Mən yanlış davrandım," deyə yalvardı.

Hud/11:45 Nuh Rəbbinə səsləndi: "Ey Rəbbim, oğlum mənim ailəmdəndir, Sənin verdiyin söz isə əlbəttə gerçəkdir və Sən, hökm verənlərin ən yaxşısısan."
Hud/11:46 Dedi ki: "Ey Nuh, O, sənin ailəndən ola bilməz. Bilmədiyin bir mövzuda Məndən bir şey istəməyin, müttəqi bir rəftar deyildir. Cahillərdən olmamağı sənə öyüd-nəsihət edirəm."
Hud/11:47 Dedi ki: "Rəbbim! Bilmədiyim bir mövzuda Sənə yalvardığım üçün Sənə sığınıram. Məni bağışlamasan, mənə acımasan, ziyana uğrayanlardan olaram."

Qasas/28:15 Xalqının xəbəri olmadığı bir vaxtda şəhərə girmişdi. Orada iki adamın vuruşduğunu gördü; biri onun tərəfindən (İbrani), digəri də düşmən tərəfindən (Misirli) idi. (Onun) tərəfindən olan adam düşməninə qarşı ondan yardım istədi. Buna görə də Musa o birinə bir yumruq vurub işini bitirdi. "Bu şeytanın bir işidir; o bir düşməndir, açıq-aşkar bir azdırıcıdır," dedi.
Qasas/28:16 (Musa) dedi: "Rəbbim! Mən özümə haqsızlıq etdim, məni bağışla." O da onu bağışladı. Çünki O, Bağışlayandır, Rəhmlidir.

Sad/38:21 Dava edənlərin xəbəri sənə yetişdimi? Bir vaxt məbədinə dırmanmışdılar.
Sad/38:22 Davudun yanına girdiklərində onlardan irkilmişdi. "Qorxma! Bir-birinin haqqını tapdalayan iki davaçı... Aramızda gerçəyə görə hökm ver, haqsızlıq etmə. Bizə yolun ortasını göstər," demişdilər.
Sad/38:23 "Bu mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu, mənim isə bir tək qoyunum var. Belə ikən, "Onu da mənə ver," dedi və mübahisədə mənə üstün gəldi."
Sad/38:24 Dedi ki, "Sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə, sənə qarşı haqsızlıq etmişdir. Həqiqətən, ortaqçıların çoxu bir-birinin haqqına əl uzadır. İman edib müttəqi davrananlar bunun xaricindədir, onlar isə sayca nə qədər də azdır!" Davud, onu sınadığımızı sanaraq bağışlanma dilədi, əyildi və (Bizə) yönəldi.
Sad/38:25 Beləcə onu bağışladıq. Yanımızda onun yaxınlığı və gözəl bir yeri vardır.
Sad/38:26 Ey Davud, Biz səni yer üzündə rəhbər etdik. İnsanlar arasında ədalətlə hökm ver, həvəsinə və hisslərinə qapılma, sonra səni Allahın yolundan azdırar. Allahın yolundan azanlara, Hesab Gününü unutduqları üçün çətin bir cəza vardır.
Sad/38:30 Davuda, Süleymanı verdik. Yaxşı bir quldu, (Tanrıya) sürəkli yönələn biri idi.
Sad/38:31 Bir axşam, ona gözəl qaçış atları təqdim edilmişdi.
Sad/38:32 Dedi ki, "Mal və mülk sevgisi məni Rəbbimi xatırlamaqdan saxladı. Ta ki, o (günəş) bir örtüyün arxasında yox oldu."

Əbəsə/80:4 Yaxud da öyüd-nəsihət alacaq və ona mesajın faydası toxunacaqdı.

Ta ha/20:83 (Allah buyurdu:) "Musa, nə üçün xalqını buraxmaqda tələsdin?"
Ta ha/20:84 (Musa) dedi: "Onlar təlimə tabedirlər. Rəbbim, razı olasan deyə, Sənə doğru tələsdim."
Ta ha/20:85 (Allah:) "Xalqını, səndən sonra sınağa çəkdik. Samiri onları azdırdı," dedi.

Mumtəhənə/60:4 Sizin üçün İbrahim və onunla bərabər olanlarda gözəl bir örnək vardır. Onunla bərabər olanlar, öz xalqına, "Biz sizdən və sizin Allahdan başqa qulluq/xidmət etdiklərinizdən uzağıq. Sizi tanımırıq. YALNIZ Allaha iman edincəyə qədər bizimlə sizin aranızda əbədi olaraq düşmənçilik və nifrət zahir olmuşdur. Halbuki, İbrahimin atasına, "Sənin bağışlanmağın üçün dua edəcəyəm, fəqət Allahdan gələcək heç bir şeyə qarşı səni qoruya bilmərəm." şəklindəki sözü (bir xəta olaraq) bunun xaricində idi. "Rəbbimiz, Sənə güvəndik, Sənə yönəldik və axırda Sənə dönəcəyik."