Hud - 11:6 Yer üzündə elə bir canlı (məxluq) yoxdur ki, ruzisi Allah tərəfindən təmin edilməsin. Onların qalacaqları və uğrayacaq yerlərini bilir. Bütün bunlar açıq-aşkar bir kitabdadır.
Hər şey ana kitabdadır:
Ənam/6:59 Gizli şeylərin (Qeybin) açarı Onun əlindədir, Ondan başqası onları bilməz. Quruda və dənizdə nə varsa onları bilir. Biliyi xaricində bir yarpaq belə düşməz. Yerin qaranlığında bir toxum, yaş və ya quru heç bir şey yoxdur ki, açıq-aşkar bir kitabda qeyd edilməsin.

Qaf/50:17 Sağında və solunda iki alıcı mələk oturub qeyd etməkdədirlər (yazmaqdadırlar).
Qaf/50:16 İnsanı Biz yaratdıq və onun öz-özünə nəyi pıçıldadığını yaxşı bilirik. Biz ona şah damarından daha yaxınıq.

Yunus/10:21 Onlara toxunan bir sıxıntıdan sonra insanlara bir rəhmət daddırdığımız zaman, ayə və möcüzələrimizə qarşı dərhal bir plan qurarlar. De ki: "Plan qurmada Allah daha cəlddir. Elçilərimiz, qurduğunuz bütün planları qeyd etməkdədir."


Casiyə/45:29 "Bu kitabımız sizə qarşı gerçəyi söyləməkdədir. Çünki biz, etdiklərinizi qeyd edirdik."

Ənbiya/21:94 Kim inanclı olaraq müttəqi işlər görərsə, onun bu cəhdi boşa getməyəcəkdir; Biz sürəkli olaraq qeyd etməkdəyik.

Nisa/4:81 “Oldu, itaət edirik!” deyərlər. Ancaq Sənin yanından çıxdıqlarında onlardan bir qismi, söyləmiş olduqlarının əksinə (plan) qurur. Allah onların planlayıb qurduqları şeyləri qeyd edir. Onlara əhəmiyyət vermə; Allaha güvən. Dəstəkləyici olaraq Allah yetər.

Hud/11:6 Yer üzündə elə bir canlı (məxluq) yoxdur ki, ruzisi Allah tərəfindən təmin edilməsin. Onların qalacaqları və uğrayacaq yerlərini bilir. Bütün bunlar açıq-aşkar bir kitabdadır.

Hədid/57:22 Yer üzündə və aranızda olan heç bir şey yoxdur ki, Biz onu yaratmadan öncə bir kitabda qeyd edilmiş (yazılmış) olmasın. Bu, şübhəsiz Allah üçün çox asandır.

Yunus/10:61 Hansı durumda olursunuz olun, Qurandan nə oxuyursunuz oxuyun, hansı işi görərsəniz görün, siz onlarla uğraşarkən Biz mütləq sizə şahid oluruq. Göylərdə və yerdə olan bir atom ağırlığı belə Rəbbinin kontrolunun xaricinə çıxa bilməz. Atomdan da kiçik olsun, böyük olsun, hər şey açıq-aşkar bir kitabda qeyd edilmişdir.

Həcc/22:70 Allahın göydə və yerdə olan hər şeyi bildiyini bilmirsənmi? Bütün bunlar bir kitabda qeyd edilmişdir (yazılmışdır). Əlbəttə bu Allah üçün asandır.

Nəml/27:75 Göylərdə və yerdə gizli olan hər şey, istisnasız açıq-aşkar bir kitabdadır.

Səba/34:3 İnkar edənlər, "Saat, heç vaxt gerçəkləşməyəcək," dedilər. De ki, "Şübhəsiz, Rəbbimə and olsun sizə gələcəkdir. O, gələcəyi Biləndir. Göylərdə və yerdə bir atom ağırlığı Ondan gizli qalmaz. İstər ondan kiçik olsun, yaxud böyük olsun... Hamısı açıq-aşkar bir kitabdadır.

Fatir/35:11 Allah sizi torpaqdan, sonra bir damcıdan (nütfədən) yaratmış və sonra da sizi cütlər halında yaratmışdır. Bir dişinin hamilə qalması və doğması ancaq Onun bilgisi ilədir. Bir canlının uzun ömürlü olması da, ömrünün qısa tutulması da ancaq bir kitabda qeydə (yazıya) görədir. Bu, Allaha asandır.

Ya sin/36:12 Ölüləri Biz, bəli Biz dirildirik, onların etdiklərini və (ölümlərindən sonrakı) aqibətlərini yazarıq. Biz hər şeyi açıq-aşkar bir kitabda hesaba almışıq.

Zuxruf/43:3 Düşünəsiniz deyə, onu qüsursuz bir dilə sahib bir Quran etdik.
Zuxruf/43:4 O, ana kitabda (qorunur), qatımızda üstündür, hikmətlidir.