بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
45:21 Pislikləri işləyən kimsələr, dirildiklərində və ölümlərində, onları, iman edib müttəqi davrananlarla eynimi tutacağımızı sandılar? Necə də pis hökm verirlər!
45:22 Allah göyləri və yeri bəlli bir məqsəd üçün yaratdı ki, hər can, qazandığının qarşılığını haqsızlığa uğramadan görsün.
45:23 Arzusunu tanrı edən kimsəyə diqqət etdinmi? Həqiqətən Allah onu bilərək azdırmış, eşitmə hissini və beynini möhürləmiş və görməsinə pərdə qoymuşdur. Allahdan başqa kim onu doğruya yönəldə bilər? Öyüd almırsınız?
45:24 Onlar deyərlər ki, "Biz sadəcə dünya həyatında yaşayırıq. Yaşayırıq, ölürük və bizi zamandan başqası məhv etməz." Onların bu mövzuda bir bilgisi yoxdur. Onlar sadəcə zənn edirlər.
45:25 Onlara açıq-aydın ayələrimiz oxunduğunda, "Doğru sözlüsünüzsə, atalarımızı geri gətirin," deməkdən başqa dəlilləri yoxdur.
45:26 De ki, "Sizi Allah dirildir və öldürür. Sonra gerçəkləşməsində şübhə olmayan Dirilmə Günündə sizi bir araya toplayar. Fəqət insanların çoxu bilməz."
45:27 Göylərin və yerin hökmranlığı Allaha aiddir. Saat (dünyanın sonu) gerçəkləşdiyi gün, məhz o gün batili müdafiə edənlər məğlub olacaqdır.
45:28 Hər camaatı diz çökmüş halda görərsən. Hər camaat öz kitabına çağrılar: "Bu gün sizə, etdiklərinizin qarşılığı ödənəcəkdir."
45:29 "Bu kitabımız sizə qarşı gerçəyi söyləməkdədir. Çünki biz, etdiklərinizi qeyd edirdik."
45:30 İman edən və müttəqi davrananlara gəlincə, Rəbləri onları rəhmətinə daxil edəcəkdir. Açıq-aşkar zəfər məhz budur.
45:31 İnkar edənlərə gəlincə, "Ayələrimiz sizə oxunmuş və siz də təkəbbür göstərib günahkar bir topluluq olmamışdınızmı?
45:32 Onlara Allahın sözünün bir gerçək, və Saatın qətiləşməsi qaçılmaz bir hadisə olduğu söyləndiyində siz, "Saatın nə olduğunu bilməyirik! Biz sadəcə müxtəlif gümanlara sahibik və bu mövzuda qəti bir bilgi əldə etmiş deyilik," deyirdiniz.
45:33 Etdikləri pisliklər özlərinə görünəcək və istehza etdikləri şey onları bürüyüb ovlayacaqdır.
45:34 Və onlara belə deyilər: "Bu günkü qarşılaşmanızı unutduğunuz üçün, Biz də bu gün sizi unuduruq. Yeriniz atəşdir və sizin bir yardımçınız da olmayacaqdır."
45:35 "Çünki siz Allahın ayələrini məsxərəyə qoydunuz və dünya həyatı sizi aldatdı." Nəticə olaraq, onlar oradan çıxa bilməzlər və üzrləri də dinlənməz.
45:37 Göylərdə və yerdə bütün böyüklüklər Ona aiddir. O, Üstündür, Hikmət Sahibidir.