Hud - 11:62 Dedilər ki: "Ey Saleh, sən bundan öncə, aramızda məşhur bir ümid qaynağı idin. İndi sən bizi atalarımızın qulluq/xidmət etdiklərindənmi çəkindirirsən? Biz, sənin bizi çağırdığın şeylərdən şübhə içindəyik."
Allahla yanaşı başqalarına nə üçün qulluq/xidmət etdilər?
Əhqaf/46:28 Allahdan başqa, Ona yaxınlaşmaq məqsədi ilə seçdikləri tanrılar onlara yardım etməli deyildimi? Əksinə, onları tərk etdilər. Məhz onların yalanları və uydurmaları belədir.

Yunus/10:18 Allahı buraxıb, özlərinə nə zərər, nə də fayda verə bilməyənlərə qulluq/xidmət edirlər və: "Bunlar, Allah yanında bizə şəfaət edəcəklər," deyirlər. De ki: "Allahın göylərdə və yerdə bilmədiyi şeylərimi Ona bildirirsiniz? O çox Ucadır, ortaq qoşduqlarınızdan uzaqdır."

Ənam/6:94 "Sizi ilk dəfə yaratdığımız kimi Bizə tək olaraq gəldiniz. Sizə xəyal kimi göstərdiyimiz şeyləri ardınızda buraxdınız. Haqqınızda (veriləcək qərarda Tanrı ilə) ortaq davranacaqlarını iddia etdiyiniz şəfaətçilərinizi yanınızda görmürük. Aranızdakı bağlar kəsilmişdir. İddia etdikləriniz sizi tərk etmişdir."

Əraf/7:30 Bir qrupu doğru yola yönəltdi, bir qrup da azğınlığa layiq görüldü. Onlar şeytanları Allahdan başqa dostlar qəbul etdilər. Amma özlərini doğru yolda sanırlar.
Əraf/7:191 Bir şey yarada bilməyən, əksinə yaradılmış olan şeylərimi ortaq qoşurlar?
Əraf/7:192 Bütlər, nə onlara yardım edə bilər, nə də özlərinə yardım edə bilərlər.
Əraf/7:193 Onları doğruya çağırsanız sizə uymazlar. Onları çağırsanız da, sussanız da, sizin üçün eynidir.
Əraf/7:194 Allahdan başqa çağırdıqlarınız, sizin kimi qullardır. Haydı, sözünüzdə doğrusunuzsa, onları çağırın, sizə cavab versinlər.

Kəhf/18:102 İnkar edənlər, Məndən başqa qullarımı vəlilər seçərək qurtulacaqlarınımı sandılar? O inkar edənlərin qalacaq yeri olaraq cəhənnəmi təyin etdik.

Məryəm/19:81 Onlara dəstək olsunlar deyə Allahla yanaşı tanrılar qəbul etdilər.

Ya sin/36:74 Allahdan başqa tanrılar qəbul etdilər. Bəlkə onlara yardım edərlər deyə.

Zumər/39:3 Həqiqətən, din sadəcə Allaha aiddir. Ondan başqalarını övliya (dostlar) olaraq qəbul edənlər, "Onlar bizi Allaha daha çox yaxınlaşdırsın deyə biz onlara qulluq/xidmət edirik." (deyərlər). Ayrılığa (ixtilafa) düşdükləri bu mövzu haqqında onların arasında Allah qərar verəcəkdir. Allah şübhəsiz ki, yalançıları və nankorları doğru yola yönəltməz.
Zumər/39:43 Allahdan başqa şəfaətçilərmi qəbul etdilər? De ki, "Onlar heç bir şeyə sahib deyillərsə və düşünə bilmirlərsə də, eləmi?"

Əhqaf/46:27 Çevrənizdəki neçə-neçə şəhərləri də məhv etdik. Dönərlər deyə onlara ayələri açıqlamışdıq.