بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
7:181 Yaratdıqlarımız arasında bir topluluq var ki, gerçək ilə yol göstərirlər və yenə onunla haqqı qoruyurlar.
7:182 Ayələrimizi yalanlayanlara gəlincə, onları, bilmədikləri yerdən yavaş-yavaş yaxınlaşdıracağıq.
7:184 Düşünmürlərmi? Yoldaşlarında heç bir dəlilik yoxdur. O, ancaq açıq-aşkar bir xəbərdar edəndir.
7:185 Göylərin və yerin səltənətinə və Allahın yaratdığı şeylərə baxmırlarmı? Son anlarının yaxınlaşa biləcəyini heç düşünmürlərmi? Bundan sonra artıq hansı hədisə (sözə) inanırlar?
7:186 Allahın azdırdığı kimsələr üçün yol göstərici tapılmaz. Onları azğınlıqları içində çaşbaş vəziyyətdə buraxar.
7:187 Səndən o saatın (dünyanın sonunun) nə zaman gələcəyini soruşurlar. "Onun bilgisi Rəbbimin yanındadır," de. Onu vaxtı gəlincə Ondan başqası ortaya çıxarmaz. Göylərə və yerə ağır gələn o saat sizə qəflətən gələcəkdir. Sanki ondan xəbərdarsanmış kimi səndən soruşurlar. "Onun bilgisi Allahın yanındadır," de. Fəqət insanların çoxu bilməz.
7:188 De ki: "Allahın istədiyindən başqa mən özümə nə bir fayda, nə də bir zərər verə bilmərəm. Gizlini bilsəydim malımı artırardım, mənə pislik də toxunmazdı. Mən ancaq iman edən bir camaat üçün bir xəbərdarlıq edən və müjdə verənəm."
7:189 O Sizi tək bir nəfsdən (eyni genetik xüsusiyyətdən) yaratdı. Ondan da zövcəsini yaratdı ki, sükunət tapsın. Zövcəsinə yaxınlaşınca, yüngül bir yüklə yükləndi və onunla dolaşdı. Yükü ağırlaşınca hər ikisi Rəbləri Allaha: "Bizə qüsursuz bir övlad verərsən şükür edənlərdən olacağıq," deyə yalvardılar.
7:190 Onlara qüsursuz bir övlad verincə, Onun onlara verdiyi bu hədiyəylə əlaqəli olaraq Ona ortaqlar qoşmağa başladılar. Allah onların ortaq qoşduqları hər şeydən çox Ucadır.
7:193 Onları doğruya çağırsanız sizə uymazlar. Onları çağırsanız da, sussanız da, sizin üçün eynidir.
7:194 Allahdan başqa çağırdıqlarınız, sizin kimi qullardır. Haydı, sözünüzdə doğrusunuzsa, onları çağırın, sizə cavab versinlər.
7:195 Üzərində yeriyə biləcəkləri ayaqlarımı var? Tutmaları üçün əllərimi var? Görmələri üçün gözlərimi var? Eşitmələri üçün qulaqlarımı var? De ki: "Ortaqlarınızı çağırın və mənim üçün plan qurun. Heç dayanmayın!"
7:196 "Bir tək Sahibim (Vəlim), kitabı nazil edən Allahdır. O, dürüst insanları qoruyar."
7:197 "Ondan başqa çağırdıqlarınız nə sizə yardım edə bilərlər, nə də özlərinə yardım edə bilərlər."
7:198 Onları hidayətə çağırsan, eşitməzlər. Onların sənə baxdığını görərsən; fəqət onlar görməzlər.
7:200 Şeytandan nə zaman pis bir düşüncə zehnini narahat edərsə, Allaha sığın; O, Eşidəndir, Biləndir!