Yusuf - 12:24
Qadın onu çox arzulamışdı, Rəbbinin işarətini görməsəydi o da onu çox arzulamışdı. Beləcə pislik və fənalığı ondan çevirdik. O, xalis qullarımızdandı.
İman edənlər Şeytandan gələn bir düşüncənin təsirində qaldıqlarında Allaha sığınarlar:
Ali İmran/3:135
O kəslər ki, bir günah işlədikləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı xatırlayar və günahları üçün bağışlanma diləyərlər, – Onsuzda Allahdan başqa kim günahları bağışlaya bilər ki? – və onlar bilə-bilə günah işləməyə davam etməz.
Əraf/7:200
Şeytandan nə zaman pis bir düşüncə zehnini narahat edərsə, Allaha sığın; O, Eşidəndir, Biləndir!
Əraf/7:201
Müttəqilərə hər nə zaman şeytandan qaranlıq bir təklif yetişsə, dərhal xatırlayarlar. Beləcə dərhal görərlər.
Yusuf/12:23
Evində olduğu qadın onu başdan çıxarmaq istədi, qapıları bağladı və: "Tamamilə sənə aidəm," dedi. Dedi ki: "Allaha sığınıram. O mənim rəbbimdir (ağamdır), (ona görə) ki mənə yaxşı bir yer verdi. Zalımlar uğur qazanmaz."
Yusuf/12:24
Qadın onu çox arzulamışdı, Rəbbinin işarətini görməsəydi o da onu çox arzulamışdı. Beləcə pislik və fənalığı ondan çevirdik. O, xalis qullarımızdandı.
Fələq/113:1
De ki, "Şəfəqin Rəbbinə sığınıram."
Fələq/113:2
"Yaratdığı şeylərin şərrindən."
Fələq/113:3
"Çökdüyü zaman qaranlığın şərrindən."
Fələq/113:4
"Aravuranların, sözləşmələri (müqavilələri) pozanların şərrindən."
Fələq/113:5
"Qısqandığı vaxt qısqananın şərrindən."
Nas/114:1
De ki, "Sığınıram insanların Rəbbinə,"
Nas/114:2
"İnsanların Yönəticisinə,"
Nas/114:3
"İnsanların Tanrısına,"
Nas/114:4
"Şərrindən heç kəsin xəbəri olmadan (hiyləgərcəsinə) pıçıldayanların."
Nas/114:5
"Onlar insanların köksünə pıçıldayarlar."
Nas/114:6
"Onlar həm cinlərdən, həm də insanlardandır."