بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
7:201 Müttəqilərə hər nə zaman şeytandan qaranlıq bir təklif yetişsə, dərhal xatırlayarlar. Beləcə dərhal görərlər.
7:202 (Şeytanlar) qardaşlarını isə azğınlığa sürükləyərlər və bundan heç geri çəkilməzlər.
7:203 Onlara bir möcüzə gətirmədiyin zaman: "Möcüzə istəsəydin nə olardı?" deyərlər. De ki: "Mən, ancaq Rəbbimdən mənə vəhy edilənə tabe oluram." Bunlar, Rəbbinizdən aydınlatmalardır, iman edən bir camaat üçün bir hidayət və rəhmətdir.
7:205 Rəbbini könüldən yalvararaq, gizlicə və səssizcə səhər-axşam xatırla; qafillərdən olma.
7:206 Rəbbinin qatındakılar, Ona qulluq etməkdən çəkinib təkəbbür göstərməzlər, Onu Ucaldırlar və Ona səcdə edərlər.