İbrahim - 14:10 Elçiləri: "Göyləri və yeri yarıb yaradan Allahamı şəkk edirsiniz? Günahlarınızı bağışlamaq üçün sizi çağırır və sizə möhlət verir," dedilər. Onlar da, "Siz, ancaq bizim kimi insanlarsınız, atalarımızın qulluq/xidmət etməkdə olduğu şeydən bizi çevirmək istəyirsiniz. Bizə açıq-aydın bir səlahiyyət sənədi gətirin," dedilər.
Allahla yanaşı tanrı qəbul edilənlərin heç bir mövzuda gücü və səlahiyyəti yoxdur:
Əraf/7:33 De ki : "Rəbbim, ancaq pis işlərin aşkarını və gizlisini, günahları, haqsız yerə hücum etməyi, özlərinə heç bir nüfuz və güc vermədiyi bir şeyi Allaha ortaq qoşmanızı və Allah haqqında bilmədiyiniz şeyləri söyləmənizi haram etmişdir."
Əraf/7:70 Dedilər ki: "Sadəcə Allaha qulluq edək və atalarımızın qulluq/xidmət etdiklərini tərk edək deyəmi bizə gəldin? Doğru sözlüsənsə bizi təhdid etdiyin şeyi gətir, görək."
Əraf/7:71 Dedi ki: "Rəbbinizdən bir əzab və qəzəbə məhkum edilmisiniz. Sizin və atalarınızın uydurduğu və Allahın özlərinə heç bir güc vermədiyi isimlər haqqındamı mənimlə mübahisə edirsiniz? Gözləyin, mən də sizinlə birlikdə gözləyənlərdənəm."

Yusuf/12:39 "Ey həbsxana yoldaşlarım, fərqli rəblərmi daha yaxşıdır, yoxsa Tək və hər şeyə Hakim olan Allahmı?"
Yusuf/12:40 "Ondan başqa qulluq/xidmət etdikləriniz, sizin və atalarınızın uydurduğu isimlərdən ibarətdir. Allah haqqında bir dəlil endirməmişdir. Hökm, ancaq Allahındır. Yalnızca Özünə qulluq etmənizi əmr etmişdir. Ən doğru din bax budur. Halbuki insanların çoxu bunu bilmir."

Əraf/7:191 Bir şey yarada bilməyən, əksinə yaradılmış olan şeylərimi ortaq qoşurlar?

Nəhl/16:20 Allahdan başqa çağırdıqları kəslər heç bir şey yarada bilməzlər, əksinə özləri yaradılmışlardır.

Həcc/22:71 Allahla yanaşı elələrinə qulluq/xidmət edirlər ki, onlara heç bir güc verilməmişdir və barələrində bir bilgiyə də sahib deyillər. Bu zalımların heç bir yardımçısı yoxdur.
Həcc/22:73 Ey insanlar! Məhz sizin üçün, diqqətlə dinləyə biləcəyiniz bir örnək: Allahla yanaşı qulluq/xidmət etdikləriniz, toplansalar da bir milçək belə yarada bilməzlər. Hətta milçək onlardan bir şey qapsa, onu ondan geri ala bilməzlər. İstəyən də aciz, istənən də...

Furqan/25:3 Buna rəğmən Onunla yanaşı, bir şey yarada bilməyən, özləri yaradılan, özlərinə belə fayda və zərər verə bilməyən, öldürə bilməyən, yaşada bilməyən və dirildə bilməyən bir neçə tanrılar qəbul etdilər.

Loğman/31:11 Bu Allahın yaratmasıdır. Ondan başqasının nələr yaratdığını mənə göstərin. Zalımlar, gerçəkdən açıq-aşkar bir azğınlıq içindədirlər.

Fatir/35:40 De ki, "Allahdan başqa çağırdığınız ortaqlarınızı düşündünüzmü; onlar yer üzündə nəyi yaratmışlar mənə göstərin?" Yoxsa onların göydə bir ortaqlıqlarımı var? Və ya onlara bir kitab verdik ki, ondakı bir dəliləmi istinad edirlər? Həqiqətən, Zalımlar bir-birlərinə ancaq aldadıcı sözlər verirlər.

Əhqaf/46:4 De ki: "Allahdan başqa yalvardıqlarınıza bir baxın. Onların yerdən nəyi yaratdığını mənə göstərin. Yoxsa göylərdə onların bir ortaqlığımı var? Bundan öncə bir kitab və ya bir elmi sənəd gətirin, doğru sözlüsünüzsə?"

Şuəra/26:70 Atasına və xalqına, "Nəyə qulluq/xidmət edirsiniz?" demişdi.
Şuəra/26:71 "Heykəllərə qulluq/xidmət edirik; Biz özümüzü onlara həsr etmişik," dedilər.
Şuəra/26:72 "Onları çağırdığınız zaman sizi eşidirlərmi?" dedi,

Ali İmran/3:151 Gücsüz və iqtidarsız şəxsləri Allaha ortaq qoşduqlarına görə, inkar edənlərin qəlblərinə qorxu salacağıq. Yerləri atəşdir. Zalımların dayanacağı yer necə də pisdir!