İbrahim - 14:38 "Rəbbimiz, Bizim gizlədiyimizi və açıqladığımızı bilirsən. Yerdə və göydə heç bir şey Allaha gizli qalmaz.
Göylərin və yerin gizlilikləri Allaha aiddir:
Yunus/10:21 Onlara toxunan bir sıxıntıdan sonra insanlara bir rəhmət daddırdığımız zaman, ayə və möcüzələrimizə qarşı dərhal bir plan qurarlar. De ki: "Plan qurmada Allah daha cəlddir. Elçilərimiz, qurduğunuz bütün planları qeyd etməkdədir."

İbrahim/14:38 "Rəbbimiz, Bizim gizlədiyimizi və açıqladığımızı bilirsən. Yerdə və göydə heç bir şey Allaha gizli qalmaz.

Ta ha/20:7 (Niyyətini) Sözlə açıqlasan da, (açıqlamasan da) O, gizlini və gizlinin gizlisini bilir.

Təğabun/64:4 Göylərdə və yerdə olanları bilir; sizin gizlədiklərinizi və aşkara vurduqlarınızı da bilir. Allah gizli düşüncələrinizi çox yaxşı bilir.

Hud/11:5 Onlar, sinələrində olanı şüuraltı olaraq Ondan gizləmək istəyərlər. Yaxşı bilin ki, libaslarına büründüklərində belə onların gizlədiklərini və açıqladıqlarını bilir. O, gizli düşüncələri Biləndir.

Rad/13:10 Sözü istər gizləyin, istər açıqlayın, istər gecənin qaranlığında gizlənin, istər gündüz vaxtı ortaya çıxın, Onun üçün eynidir.
Rad/13:9 Gizlini və aşkarı Biləndir; Böyükdür, Ucadır.

Ənam/6:3 O, göylərdə və yerdə olan Allahdır. Sizin gizli saxladığınızı da, aşkar etdiyinizi də bilir, qazandıqlarınızı da bilir.

Qaf/50:16 İnsanı Biz yaratdıq və onun öz-özünə nəyi pıçıldadığını yaxşı bilirik. Biz ona şah damarından daha yaxınıq.

Səba/34:3 İnkar edənlər, "Saat, heç vaxt gerçəkləşməyəcək," dedilər. De ki, "Şübhəsiz, Rəbbimə and olsun sizə gələcəkdir. O, gələcəyi Biləndir. Göylərdə və yerdə bir atom ağırlığı Ondan gizli qalmaz. İstər ondan kiçik olsun, yaxud böyük olsun... Hamısı açıq-aşkar bir kitabdadır.

Yunus/10:61 Hansı durumda olursunuz olun, Qurandan nə oxuyursunuz oxuyun, hansı işi görərsəniz görün, siz onlarla uğraşarkən Biz mütləq sizə şahid oluruq. Göylərdə və yerdə olan bir atom ağırlığı belə Rəbbinin kontrolunun xaricinə çıxa bilməz. Atomdan da kiçik olsun, böyük olsun, hər şey açıq-aşkar bir kitabda qeyd edilmişdir.

Nəml/27:75 Göylərdə və yerdə gizli olan hər şey, istisnasız açıq-aşkar bir kitabdadır.

Qaf/50:18 Yanında gözətçi şahidlər olmadan ağzından bir söz çıxmaz.
Qaf/50:17 Sağında və solunda iki alıcı mələk oturub qeyd etməkdədirlər (yazmaqdadırlar).

Mulk/67:14 Heç Yaradan yaratdığını bilməzmi? O, Lətifdir, Xəbərdardır.
Mulk/67:13 İstər sözünüzü gizləyin, və ya onu açıqlayın; O, kökslərin içindəkini bilir.

Mucadilə/58:7 Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini anlamırsınız? Üç nəfər gizli danışsa, mütləq O onların dördüncüsüdür. Beş nəfər olsalar, mütləq O onların altıncısıdır. İstər bundan az və ya çox və harada olursa olsunlar, O onlarla bərabərdir. Sonra dirilmə günündə onlara etdiklərini xəbər verər. Allah hər şeyi Biləndir.
Mucadilə/58:6 Gün gələr Allah onları toplu şəkildə dirildər və sonra etmiş olduqlarını özlərinə xəbər verər. Onlar, unutduqları halda, Allah onları hesaba almışdır. Və Allah hər şeyə Şahiddir.

Ənam/6:59 Gizli şeylərin (Qeybin) açarı Onun əlindədir, Ondan başqası onları bilməz. Quruda və dənizdə nə varsa onları bilir. Biliyi xaricində bir yarpaq belə düşməz. Yerin qaranlığında bir toxum, yaş və ya quru heç bir şey yoxdur ki, açıq-aşkar bir kitabda qeyd edilməsin.