بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
64:1 Göylərdə və yerdə nə varsa, Allahı ucaldır. Hakimiyyət Onundur, tərif Onadır. O, hər şeyə Gücü Yetəndir.
64:2 Sizi O yaratdı. Sonra kiminiz inkarçı, kiminiz də inanclıdır. Allah bütün etdiklərinizi Görəndir.
64:3 Göyləri və yeri bəlli bir məqsəd üçün yaratmış, sizə surət vermiş və surətinizi gözəlləşdirmişdir. Dönüş Onadır.
64:4 Göylərdə və yerdə olanları bilir; sizin gizlədiklərinizi və aşkara vurduqlarınızı da bilir. Allah gizli düşüncələrinizi çox yaxşı bilir.
64:5 Daha öncə inkar edib və etdiklərinin qarşılığını dadanların xəbəri sizə yetişmədimi? Onlara ağrılı-acılı bir əzab vardır.
64:6 Çünki, elçiləri onlara açıq-aşkar dəlillərlə gedirlər və onlar isə, "Bizə doğru yolu bir insanmı göstərəcək?" deyirdilər. Beləcə inkar edib üz çevirirdilər. Allah heç bir şeyə möhtac deyildir. Allah Zəngindir, Təriflənəndir.
64:7 İnkar edənlər, dirildilməyəcəklərini iddia edərlər. De ki, "Bəli, Rəbbimə and olsun, dirildiləcəksiniz və sonra etdikləriniz sizə bildiriləcəkdir. Bu, Allah üçün asandır."
64:8 Allaha, elçisinə və nazil etdiyimiz bu nura iman edin. Allah etdiklərinizdən Xəbərdardır.
64:9 Gün gələr, sizi toplanma günü üçün toplayarıq. Bu, aldanma günüdür. Kim Allaha iman edər və müttəqi davranarsa, pisliklərini örtər və onu altından çaylar axan cənnətlərə daxil edər. Orada əbədi qalarlar. Böyük uğur məhz budur.
64:10 İnkar edənlər, ayələrimizi yalanlayanlar atəşin əhlidir; orada əbədi qalarlar. Necə də pis bir gediş nöqtəsidir
64:11 Başa nə gəlirsə, Allahın izni ilədir. Kim Allaha iman edərsə, könlünə yön göstərər. Allah hər şeyi biləndir.
64:12 Allaha tabe olun, elçisinə tabe olun. Üz çevirsəniz, elçimizin görəvi açıq-aydın bildirməkdən ibarətdir.
64:14 Ey iman edənlər, həyat yoldaşlarınız və övladlarınız sizə düşmən ola bilərlər. Elə isə onlardan ehtiyat edin. Amma əfv edər, yumşaq (anlayışlı) davranar və bağışlayarsanız, əlbəttə Allah da Bağışlayandır, Rəhmlidir.
64:15 Mallarınız və övladlarınız sizin üçün bir sınaqdır. Böyük mükafat Allah qatındadır.
64:16 Gücünüz yetdiyi qədər Allahı saya salıb hörmət edin. Dinləyin, itaət edin və öz xeyriniz üçün yardım edin. Nəfsinin xudbinlik və xəsisliyindən qorunanlar uğur qazananlardır.
64:17 Allaha gözəl bir ödünc versəniz, O da onu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah qarşılıq verəndir, Şəfqətlidir.