İbrahim - 14:42
Zalımların etdiklərindən Allahı xəbərsiz sanma. Onları sadəcə, gözlərin dəhşətdən donub qalacağı günə qədər təxirə salmaqdadır.
Allah zalimlərə nə üçün möhlət verər?
Fatir/35:45
Allah insanları etdiklərinə görə cəzalandırsaydı, yer üzündə heç bir məxluq buraxmazdı. Fəqət, onları bəlli bir müddətə qədər təxirə salmaqdadır. Nə zaman ki, müddətləri bitər, bax o zaman Allah qullarının (hesabını) görər.
Ali İmran/3:178
İnkar edənlər, verdiyim möhlətin onlar üçün yaxşı olduğunu sanmasınlar. Günahlarının artması üçün onlara möhlət veririk. Onlara alçaldıcı bir əzab var.
Tovbə/9:55
Onların paraları və övladları səni təsirə salmasın. Allah bunlarla, onları dünya həyatında cəzalandırmaq və canlarının inkarçı olaraq çıxmasını istəyir.
Bəqərə/2:126
İbrahim: “Rəbbim, buranı təhlükəsiz yer et, Allaha və Axirət gününə iman edən insanlara məhsullarla ruzi ver," deyincə, "İnkar edənə də ruzi verəcəyəm. Ona qısa bir müddət dolanışıq verər, sonra onu atəş cəzasına məhkum edərəm. Ora, necə də pis bir gediş yeridir!" - dedi.
İsra/17:18
Kim bu müvəqqəti dünyanı istəyərsə, orada istədiyimizə dilədiyimiz qədər verərik. Ancaq daha sonra onu, qınanmış və qovulmuş olaraq cəhənnəmə məhkum edərik.
Yunus/10:19
İnsanlar vahid bir cəmiyyət idi; sonra anlaşılmazlığa (ixtilafa) düşdülər. Rəbbinin vermiş olduğu bir Sözü olmasaydı, anlaşılmazlığa (ixtilafa) düşdükləri mövzuda dərhal aralarında hökm veriləcəkdi.
Ta ha/20:129
Rəbbinin verilmiş bir sözü və öncədən müəyyən etdiyi plan olmasaydı, bunların da icabına dərhal baxılardı.
Ənkəbut/29:53
Əzabı gətirməyin üçün sənə meydan oxuyurlar! Müəyyən etdiyimiz bir zaman olmasaydı, o əzab onlara gələcəkdi. Onlara qəflətən, xəbərləri olmadan gələcəkdir.
Muminun/23:52
Sizin bu cəmiyyətiniz, tək bir cəmiyyətdir. Mən sizin Rəbbinizəm, Mənə hörmət edin.
Muminun/23:53
Fəqət, onlar işlərini müxtəlif kitablara ayırdılar. Hər qrup öz yanında olandan razı...
Muminun/23:54
Müəyyən bir müddətə qədər onları şaşqınlıqları içində burax!
Muminun/23:55
Elə bilirlər ki, onlara bağışladığımız paralar və övladlar ilə,
Muminun/23:56
Onların yaxşılığına tələsirik? Xeyr, fərqində deyillər.