بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
2:121 Onlara verdiyimiz kitabı olduğu kimi izləyənlər, buna (Qurana) iman edir; inkar edənlər isə, ziyana uğrayar.
2:122 İsrail oğulları! Sizə verdiyim nemətimi və digər xalqlardan daha çox sizə bəxş etdiyimi xatırlayın.
2:123 Kimsənin kimsə üçün bir şey ödəyə bilmədiyi, heç kimsədən fidyə alınmadığı və heç kimsəyə şəfaətin (vasitəçiliyin) fayda vermədiyi və yardımın kəsildiyi bir gündən çəkinin.
2:124 Rəbbi, bir zamanlar İbrahimi bəzi kəlmələrlə sınamış; o da onlara əlavə etmişdi: (Tanrı) "Səni insanlara öndər edəcəyəm," demişdi. "Soyumdan da?..," deyincə, "Zalımlar Mənim sözümə daxil olmaz" buyurmuşdu.
2:125 Kəbəni insanlar üçün bir diqqət mərkəzi və bir güvənlik yeri etdik. İbrahimin məqamını bir namaz yeri olaraq istifadə edin! “Ziyarətçilər, özünü ibadətə verənlər və əyilib səcdə edənlər üçün ikiniz evimi təmiz saxlayın", deyə İbrahim və İsmaili görəvləndirmişdik.
2:126 İbrahim: “Rəbbim, buranı təhlükəsiz yer et, Allaha və Axirət gününə iman edən insanlara məhsullarla ruzi ver," deyincə, "İnkar edənə də ruzi verəcəyəm. Ona qısa bir müddət dolanışıq verər, sonra onu atəş cəzasına məhkum edərəm. Ora, necə də pis bir gediş yeridir!" - dedi.
2:127 İbrahim, İsmail ilə birlikdə evin (Kəbənin) təməllərini yüksəldir: “Rəbbimiz, bizdən qəbul et, şübhəsiz Sən Eşidənsən, Bilənsən."
2:128 "Rəbbimiz! İkimizi Sənə təslim olanlar (müsəlmanlar) et. Soyumuzdan da Sənə təslim olan bir topluluq çıxar. Bizə necə ibadət edəcəyimizi göstər, Sənə yönəlməmizi qəbul et, şübhəsiz Sən yönəlmələri qəbul edənsən, Rəhimsən."
2:129 "Rəbbimiz, onların arasından, ayələrini onlara oxuyacaq, onlara kitabı və hikməti öyrədəcək və onları təmizləyəcək bir elçi göndər. Sən Ucasan, Hikmət Sahibisən."
2:130 Özünü aldadandan başqası İbrahimin dinindən üz çevirməz. Onu bu dünyada seçdik, axirətdə də müttəqi kəslərdən olacaq.
2:131 Rəbbi ona: “Təslim ol!”– dediyində, “Aləmlərin Rəbbinə təslim oldum!”– deyə qarşılıq vermişdi.
2:132 İbrahim və daha sonra Yəqub bunu övladlarına öyüd-nəsihət etdi: “Övladlarım! Allah sizin üçün bu dini seçdi; müsəlman olaraq ölməyə diqqət edin."
2:133 Yəqub can verərkən şahid olsaydınız. O, övladlarına: "Məndən sonra kimə qulluq edəcəksiniz?" - deyə soruşmuşdu. Onlar da, "Sənin Tanrın, ataların İbrahim, İsmail və İshaqın Tanrısı olan tək Tanrıya qulluq edəcəyik, biz Ona təslim olanlarıq," - demişdilər.
2:134 Bu keçmişdəki bir camaatdır. Onların qazandıqları onların, sizin qazandıqlarınız sizindir. Siz onların etdiklərindən məsuliyyətli tutulmayacaqsınız.
2:135 “Yəhudi və ya Xristian olun ki, doğru yolu tapa biləsiniz," - dedilər. De ki: "Xeyr, biz İbrahimin Təkallahlı dininə tabe olarıq. O, ortaq qoşanlardan olmadı."
2:136 “Allaha, bizə nazil edilənə, İbrahim, İsmail, İshaq, Yəqub və nəvələrinə nazil edilənlərə, Musaya, İsaya verilənə, və bütün peyğəmbərlərə Rəbbi tərəfindən verilənlərə iman etdik. Onların heç biri arasında fərq qoymarıq. Biz sadəcə Ona təslim olanlarıq,” - deyin.
2:137 Sizin iman etdiyiniz kimi iman etsələr, doğru yolu tapmış olarlar. Üz döndərərlərsə, qarşı gəlmiş olarlar. Onlara qarşı Allah sənə yetər. O Eşidəndir, Biləndir.
2:138 Budur Allahın sistemi! Kimin sistemi Allahınkindən daha yaxşıdır? "Biz yalnız Ona qulluq edərik."
2:139 De: “Bizimlə Allah haqqındamı mübahisə edirsiniz? Halbuki O, bizim də Rəbbimiz, sizin də Rəbbinizdir. Biz etdiklərimizə, siz də etdiklərinizə cavabdehsiniz. Biz özümüzü sadəcə Ona həsr etdik."
2:140 İbrahimin, İsmailin, İshaqın, Yəqubun və nəvələrinin Yəhudi və ya Xristian olduğunumu iddia edirsiniz? De ki: “Siz daha yaxşı bilirsiniz, yoxsa Allah?” Allahın bildirdiyini gizləyəndən daha zalım kim ola bilər? Allah etdiklərinizdən qafil deyil."