Hicr - 15:16
Göydə qalaktikalar yerləşdirdik və seyr edənlər üçün onları süslədik.
Göylər və yer hansı məqsəd üçün yaradıldı?
Hud/11:7
O, hansınızın daha yaxşı iş görəcəyini sınamaq üçün göyləri və yeri altı gündə yaradandır. Hökmranlığı suyun üzərində idi. Buna rəğmən, kafirlərə, "Siz ölümdən sonra dirildiləcəksiniz," desən, kafirlər, "Bu, ancaq açıq-aydın bir sehrdir." deyəcəklər.
Ənbiya/21:16
Göylər, yer və aralarındakıları oyun-əyləncə üçün yaratmadıq.
Sad/38:27
Göyü, yeri və aralarındakıları boş yerə yaratmadıq. Bu, inkar edənlərin zənnidir. Özlərini atəşə soxduqları üçün inkar edənlərə təəssüflər olsun.
Casiyə/45:22
Allah göyləri və yeri bəlli bir məqsəd üçün yaratdı ki, hər can, qazandığının qarşılığını haqsızlığa uğramadan görsün.
Kəhf/18:7
Biz, kimlərin müttəqi davranacağını sınamaq üçün, üzərindəki maddələrlə yer üzünü süslədik.
Əhqaf/46:3
Biz göyləri, yeri və aralarındakıları ancaq bəlli bir məqsədə görə və bəlli bir müddət üçün yaratdıq. İnkar edənlər xəbərdarlığa əhəmiyyət verməməkdədirlər.
Ənbiya/21:35
Hər can ölümü dadacaqdır. Sizi bir sınaq olaraq yaxşı və pis hadisələrlə sınayarıq və dönüşünüz Bizədir.
Mulk/67:2
Hansınızın daha gözəl işlər görəcəyini sınamaq üçün ölümü və həyatı yaradandır. O, Üstündür, Bağışlayandır.
Ali İmran/3:129
Göylərdə və yerdə nə varsa, Allahındır. İstəyəni/istədiyini bağışlayır, istəyəni/istədiyini də cəzalandırır. Allah Bağışlayandır, Rəhmlidir.