بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
21:21 Onlar, yer üzündən (özlərinə) dirildə bilmə bacarığına sahib olan tanrılarmı qəbul etdilər?
21:22 O ikisində (göylər və yerdə) Allahdan başqa tanrılar olsaydı, ikisi də fəsada uğrayardı. Mütləq hökmranlığın sahibi Allah onların vəsflərindən çox uzaqdır.
21:24 Ondan başqa tanrılarmı qəbul etdilər? De ki: "Dəlilinizi gətirin. Bu, mənim zamanımdakıların da mesajıdır, məndən öncəkilərin də mesajıdır." Ancaq çoxları anlamır deyə gerçəkdən üz çevirirlər.
21:25 Səndən öncə (elə) bir elçi göndərmədik ki, ona: "Məndən başqa tanrı yoxdur; sadəcə Mənə qulluq edin!" deyə vəhy etmiş olmayaq.
21:26 "Rəhman (Özünə) bir övlad götürdü," dedilər. O Ucadır. Halbuki onlar şərəfli qullardır.
21:27 Onlar Ondan öncə söz söyləməzlər; onun əmrlərini isə ciddiyyətlə yerinə yetirərlər.
21:28 O (Allah) onların keçmişini və gələcəyini bilir. Onlar Onun razı olduğu qullarından başqası üçün şəfaət etməzlər. Onlar belə Onun qarşısında hörmətdən tir-tir əsirlər.
21:29 Onlardan kim, "Mən Onun yanında bir tanrıyam," deyərsə, onu Cəhənnəmlə cəzalandırarıq; zalımları Biz bu cür mükafatlandırırıq.
21:30 İnkar edənlər, görmürlərmi ki, göylər və yer bitişik halda idi və Biz onları partlatdıq? Ayrıca hər canlını da sudan yaratdıq. Hələ də iman etməyəcəklərmi?
21:31 Onları yırğalamasın deyə yer üzündə dağları yerləşdirdik. Yolu tapa bilmələri üçün onda geniş keçidlər açdıq.
21:32 Göyü qorunmuş bir tavan etdik. Buna rəğmən onlar ondakı işarətlərə maraq göstərməməkdədirlər.
21:33 O yaratdı, gecəni, gündüzü, günəşi və ayı. Hər biri bir orbitdə üzüb getməkdədir.
21:34 Səndən öncə heç bir insanı ölümsüz etmədik. Sən ölürsən, onlar əbədimi qalacaqlar?
21:35 Hər can ölümü dadacaqdır. Sizi bir sınaq olaraq yaxşı və pis hadisələrlə sınayarıq və dönüşünüz Bizədir.
21:36 Kafirlər (gerçəyi örtənlər) səni gördüklərində, "Tanrılarınızı dilinə dolayan budurmu?" deyə istehzalarına hədəf etməkdən başqa bir reaksiya göstərmirlər. Onlar Rəhmanın mesajını tamamilə inkar etməkdədirlər.
21:37 İnsan tələsən (hövsələsiz) yaradılmışdır. Sizə ayələrimi (işarətlərimi) göstərəcəyəm; tələsməyin.
21:38 "Doğru sözlüsünüzsə, O verilən söz nə zaman gerçəkləşəcək?" deyə meydan oxuyurlar.
21:39 İnkar edənlər, üzlərindən və arxalarından atəşi uzaqlaşdıra bilməyəcəkləri və yardım da görə bilməyəcəkləri anı bir bilsəydilər.
21:40 Həqiqətən, onlara qəflətən gələcək və onları heyrətə salacaqdır. Nə onu geri çevirməyə gücləri yetər, nə də onlara möhlət verilər.