Nəhl - 16:112 Allah güvən içində uğur qazanmış bir topluluğu örnək olaraq verir: O topluluğun ruzisi onlara hər tərəfdən bol miqdarda yetişirdi. Ancaq daha sonra, Allahın nemətlərinə qarşı nankor davranınca Allah onlara aclıq və qorxu bəlasını daddırdı.
Allaha nankorluq; Bildiyimiz hər şeyi əmrimizə verən Allah olduğu halda, Onunla yanaşı heç bir gücü və səlahiyyəti olmayan bir qrup tanrılar qəbul edib, onlara qulluq/xidmət etmək:
Bəqərə/2:22 O, yer üzünü sizin üçün yaşanacaq hala saldı və göyü də bir yapı etdi. Göydən su endirdi və onunla ruzi olaraq sizə müxtəlif məhsullar çıxardı. Bilə-bilə Allaha ortaqlar qoşmayın.

Ənam/6:14 De: "Göyləri və yeri yoxdan Yaradan, hamını yedirən, Özü isə yeməkdən uzaq olan Allahdan başqa sahibmi qəbul edim?" De: "Mən, hər kəsdən öncə (Allaha) təslim olmaqla əmr olundum." Ortaq qoşmayın!

Furqan/25:45 Rəbbinin kölgəni necə uzatdığına diqqət etdinmi? Həqiqətən, istəsəydi onu hərəkətsiz də edərdi. Necə ki, Günəşi ona dəlil etdik (kölgənin varlığını işığa bağlı etdik).
Furqan/25:47 Və O, gecəni sizə bir örtük, yuxunu bir dincəlmə və gündüzü də bir dirilmə zamanı edəndir.
Furqan/25:48 Və O, rəhmətindən öncə müjdələyici olaraq küləkləri göndərəndir. Və Biz göydən tərtəmiz bir su endirərik.
Furqan/25:49 (Ona görə) ki, onunla ölü bir ölkəni dirildək və yaratdığımız neçə-neçə kənd təsərrüfatı heyvanlarını və insanları onunla sulayaq.
Furqan/25:50 Öyüd almaları üçün onu aralarında yayıb paylaşdıq. Halbuki insanların əksəriyyəti nankorluqda israr etməkdədir.

Nəhl/16:54 Halbuki, sizdən o sıxıntını qaldırdığı zaman, sizdən bir qrup Rəblərinə ortaq qoşmağa başlayır.
Nəhl/16:55 Onlara verilənə nankorluq edərək... Kefinizə baxın; yaxında mütləq biləcəksiniz!

İsra/17:67 Okeanda sizə bir sıxıntı toxunarsa, Ondan başqa çağırdıqlarınız yox olar. Fəqət sizi qurtarıb quruya çıxarınca, dönərsiniz (üz döndərərsiniz). İnsan nankordur.

Ənkəbut/29:65 Gəmiyə mindikləri zaman, dini sadəcə Allaha aid edərək, Onu çağırarlar. Nə zaman ki, onları dənizdən qurtararıq, ortaq qoşmağa təkrar başlayarlar.
Ənkəbut/29:66 Burax, onlara verdiklərimizə nankorluq etsinlər, zövq alsınlar. İrəlidə biləcəklər.

Rum/30:33 İnsanlara bir zərər toxunduğu gün tamamilə Rəblərinə yönələrək dua edərlər. Fəqət sonra, onlara bir rəhmət daddırınca, bəziləri Rəblərinə ortaq qoşar.
Rum/30:34 Beləcə onlara verdiklərimizə qarşı nankorluq edərlər. Əylənin görək; irəlidə biləcəksiniz.

Zumər/39:3 Həqiqətən, din sadəcə Allaha aiddir. Ondan başqalarını övliya (dostlar) olaraq qəbul edənlər, "Onlar bizi Allaha daha çox yaxınlaşdırsın deyə biz onlara qulluq/xidmət edirik." (deyərlər). Ayrılığa (ixtilafa) düşdükləri bu mövzu haqqında onların arasında Allah qərar verəcəkdir. Allah şübhəsiz ki, yalançıları və nankorları doğru yola yönəltməz.

Ğafir/40:42 "Siz məni Allaha qarşı nankor olmağa və haqqında bilgim olmayan şeyləri Ona ortaq qoşmağa çağırırsınız. Mən isə sizi O Üstün və Bağışlayıcı olana çağırıram."
Ğafir/40:43 "Şübhəsiz ki, məni özünə çağırdığınız şeyin nə dünyada, nə də axirətdə bir dayanağı yoxdur. Dönüşümüz Allahadır. Həddi aşanlar, cəhənnəmə gedəcəklər."

Zuxruf/43:15 Qullarından bəzilərini Ona bir pay olaraq ayırdılar. İnsan gerçəkdən açıq-aşkar bir nankordur.
Zuxruf/43:16 Yaratdıqlarından qızları Özünə ayırdı sonra da oğulları sizəmi seçdi?

Əraf/7:189 O Sizi tək bir nəfsdən (eyni genetik xüsusiyyətdən) yaratdı. Ondan da zövcəsini yaratdı ki, sükunət tapsın. Zövcəsinə yaxınlaşınca, yüngül bir yüklə yükləndi və onunla dolaşdı. Yükü ağırlaşınca hər ikisi Rəbləri Allaha: "Bizə qüsursuz bir övlad verərsən şükür edənlərdən olacağıq," deyə yalvardılar.
Əraf/7:190 Onlara qüsursuz bir övlad verincə, Onun onlara verdiyi bu hədiyəylə əlaqəli olaraq Ona ortaqlar qoşmağa başladılar. Allah onların ortaq qoşduqları hər şeydən çox Ucadır.
Əraf/7:65 Ad xalqına da qardaşları Hudu göndərdik. Dedi ki: "Ey xalqım, Allaha qulluq edin. Ondan başqa tanrınız yoxdur. Müttəqi olmayacaqsınız?"

Şuəra/26:132 "Bildiyiniz hər şeyi sizə verəni dinləyin."