بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
30:21 Onlarla rahatlaşıb hüzur tapasınız deyə, sizin üçün sizin cinsinizdən zövcələr yaratması və aranıza dostluq sevgisi və mərhəmət qoyması Onun ayələrindəndir. Düşünən bir camaat üçün bunda işarətlər vardır.
30:22 Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun ayələrindəndir. Bilənlər üçün bunda işarələr vardır.
30:23 Gecə və gündüz vaxtı yatmağınız və Onun lütfündən axtarmağınız da Onun ayələrindəndir. Dinləyən bir camaat üçün bunda işarələr vardır.
30:24 Qorxu və ümid qaynağı olaraq sizə ildırımı göstərməsi və göydən bir su endirərək ölümündən sonra onunla yeri diriltməsi də Onun ayələrindədir. Ağlını işlədən bir camaat üçün bunda işarələr vardır.
30:25 Göyün və yerin Onun əmri ilə ayaqda durması da Onun ayələrindəndir. Sonra sizi yerdən bir tək çağırışla çağırdığı vaxt siz çıxacaqsınız.
30:27 Yaradılışı başladıb təkrarlayan da Odur; bu Ona çox asandır. Göylərdə və yerdə ən uca örnək Ona aiddir. O Üstündür, Hikmət Sahibidir.
30:28 Bax sizə öz içinizdən bir örnək verir: Əmriniz altındakı kimsələri, sizə verdiyimiz ruzilərdə sizə tay ortaqlar olaraq qəbul edərsinizmi? Bir-birinizdən çəkindiyiniz kimi onlardan da çəkinərsinizmi? Ağlını işlədən bir camaat üçün ayələri bu cür detallı açıqlayırıq.
30:29 Əslində, zalımlar bilgisizcə öz başlarına (istəklərinə) uydular. Allahın azdırdığını kim doğruya yönəldə bilər? Onlara heç kimsə yardım etməz.
30:30 Təkallahlı biri olaraq özünü dinə həsr etməlisən. Həqiqətən, Allah insanları belə bir yaradılış ilə donataraq yaratmışdır. Allahın yaratmasında dəyişiklik olmaz. Bu, tam kamil bir dindir, fəqət insanların çoxu bilməz.
30:31 Ona yönəlin; Onu hörmətlə dinləyin, namazı qoruyun və ortaq qoşanlardan olmayın!
30:32 Onlar ki, dinlərini parçaladılar və məzhəb-məzhəb oldular. Hər partiya özünə aid (imam və kitab)larla sevinib öyünməkdədir.
30:33 İnsanlara bir zərər toxunduğu gün tamamilə Rəblərinə yönələrək dua edərlər. Fəqət sonra, onlara bir rəhmət daddırınca, bəziləri Rəblərinə ortaq qoşar.
30:34 Beləcə onlara verdiklərimizə qarşı nankorluq edərlər. Əylənin görək; irəlidə biləcəksiniz.
30:36 İnsanlara bir rəhmət daddırdığımız vaxt onunla sevinərlər. Etdiklərinin qarşılığı olaraq onlara bir pislik toxunsa dərhal ümidsizliyə düşərlər.
30:37 Allahın, istədiyinə ruzini artırdığını və azaltdığını görmürlərmi? İman edən bir camaat üçün bunda dərslər vardır.
30:38 Elə isə yaxınlığı olanlara haqlarını ver, yoxsula və yolçuya da... Allahın rizasını diləyənlər üçün bu daha yaxşıdır; onlar uğur qazananlardır.
30:39 İnsanların malları içində artması üçün verdiyiniz sələm (riba) Allah yanında artmaz. Ancaq, Allahın rizasını diləyərək verdiyiniz bir zəkata gəlincə, onu verənlər sərmayələrini qat-qat artırarlar.
30:40 Allah sizi yaratdı, sonra sizə ruzi verdi, sonra sizi öldürür, sonra sizi dirildir. Ortaqlarınızdan hansı bunlardan birini edə bilir? Təriflər Ona aiddir. Onların ortaq qoşduqlarından çox Ucadır.