Nəhl - 16:4
İnsanı kiçik bir damcıdan yaratdı, fəqət buna rəğmən o, açıq-aşkar bir düşmən kəsildi.
İnsanı necə yaratdı?
Nur/24:45
Allah bütün canlıları sudan yaradır. Onlardan bəzisi qarnı üzərində yeriyir, bəzisi iki ayaqları üzərində yeriyir, bəzisi də dörd ayaq üzərində yeriyir. Allah istədiyini yaradır. Allah hər şeyə Gücü Yetəndir.
Furqan/25:54
O yaratdı, sudan bir insan və ona nəsil-nəcabət verdi. Rəbbin hər şeyə Gücü Yetəndir.
Səcdə/32:7
O yaratdığı hər şeyi mükəmməl hala saldı. İnsanın yaradılışına palçıqdan başladı.
Səcdə/32:8
Sonra onun soyunu bayağı bir sudan davam etdirdi.
Mursəlat/77:20
Sizi dəyərsiz bir sudan yaratmadıqmı?
Qiyamə/75:36
İnsan, başıboş buraxılacağınımı sanır?
Qiyamə/75:37
Tökülən mənidən bir sperma deyildimi?
Qiyamə/75:38
Və bir embriona çevrildikdən sonra, O yaradıb forma verdi.
Qiyamə/75:39
Və ondan erkək və dişi olmaq üzrə iki cift yaratdı.
Əbəsə/80:17
Təəssüflər olsun insana; nə qədər də nankordur!
Əbəsə/80:18
Onu hansı şeydən yaratmışdı?
Əbəsə/80:19
Bir spermadan onu yaratdı; ölçü və forma verdi.
Nəcm/53:45
Odur iki cütü yaradan; erkəyi və dişini...
Nəcm/53:46
Atıldığı zaman bir damcı mənidən (nütfədən).
İnsan/76:2
Biz insanı qarışıq bir mayedən yaratdıq ki, onu sınayaq. Buna görə onu eşidən və görən etdik.
Muminun/23:12
Biz, insanı xüsusi bir palçıqdan yaratdıq.
Muminun/23:13
Sonra onu sağlam bir gözləmə yerində bir damcı halına gətirdik.
Muminun/23:14
Sonra, o damcını embrion olaraq formalaşdırdıq, sonra embrionu döl olaraq formalaşdırdıq, sonra dölü sümük olaraq formalaşdırdıq, sonra sümüyə ət geydirdik və sonra onu yeni bir məxluq halına saldıq. Surət verənlərin ən gözəli (olan) Allah çox Ucadır.
Həcc/22:5
Ey insanlar, dirilmə mövzusunda şübhə edirsinizsə, (xatırlayın ki,) sizi torpaqdan, sonra bir damcıdan, sonra asılı olan bir maddədən (embriondan), sonra şəklə salınmış və salınmamış bir döldən yaratdıq. Beləcə sizə bildiririk. Nəyi istəmişiksə müəyyən bir müddətə qədər onu rəhimlərdə tutub saxlayarıq. Sonra sizi bir uşaq olaraq çıxararıq və ardından böyüyüb yetkinlik çağına yetişirsiniz. Kiminizin həyatına son verilər, kiminizin də (ömrü) ən pis yaşa qədər çatdırılar. Beləcə bir bilgiyə sahib olduqdan sonra bir şey bilməz olsun. Torpağı quru və ölü görərsən, ancaq üzərinə su yağdırdığımız zaman titrəyib qabarar və bitirər cürbəcür gözəl bitkilər.
Ənbiya/21:30
İnkar edənlər, görmürlərmi ki, göylər və yer bitişik halda idi və Biz onları partlatdıq? Ayrıca hər canlını da sudan yaratdıq. Hələ də iman etməyəcəklərmi?
Nəhl/16:4
İnsanı kiçik bir damcıdan yaratdı, fəqət buna rəğmən o, açıq-aşkar bir düşmən kəsildi.
Ya sin/36:77
İnsan, onu bir damcıdan (nütfədən) yaratdığımızı görmürmü ki, Bizə qarşı açıq-aşkar bir düşmən kəsilir?
Kəhf/18:37
Onunla söhbət edən yoldaşı ona dedi ki: "Səni torpaqdan, xırda bir damladan yaradıb səni bir adam şəklinə salan Rəbbinimi inkar edirsən?"
Rahmən/55:14
İnsanı, saxsı kimi quru bir palçıqdan yaratdı.