Nəhl - 16:9
Yolları göstərmək Allaha aiddir; bəzisi əyridir. İstəsəydi hamınızı doğruya yönəldərdi.
Əyri yola nə üçün yönləndirilirlər?
Nəhl/16:9
Yolları göstərmək Allaha aiddir; bəzisi əyridir. İstəsəydi hamınızı doğruya yönəldərdi.
Əraf/7:175
Ona ayələrimizi verdiyimiz, ancaq onlardan sıyrılıb-çıxmış kimsənin nə vəziyyətə düşdüyünü anlat onlara. Şeytan onu azdırıncaya qədər təqib etmişdi.
Əraf/7:176
İstəsəydik onu ayələrimizlə yüksəldərdik. Fəqət o, dünyaya bağlandı və həvəsinin ardına düşdü. Onun durumu, üstünə getsən də, getməsən də dili çöldə ləhləyən qəzəbli bir itin vəziyyətinə bənzəyər. Ayələrimizi yalanlayan topluluqların vəziyyəti bax belədir. Bu hadisəni çatdır, ola bilər ki, düşünərlər.
Sad/38:26
Ey Davud, Biz səni yer üzündə rəhbər etdik. İnsanlar arasında ədalətlə hökm ver, həvəsinə və hisslərinə qapılma, sonra səni Allahın yolundan azdırar. Allahın yolundan azanlara, Hesab Gününü unutduqları üçün çətin bir cəza vardır.
Ənam/6:125
Allah kimi doğru yola yetişdirmək istəyərsə, onun könlünü İslama (Tanrıya təslim olmağa) açar, kimi də azdırmaq istəyərsə köksünü, göyə yüksəlirmiş kimi dar və sıxıntılı edər. Allah iman etməyənləri bax bu cür pis vəziyyətə salar.
Ğafir/40:63
Allahın ayə və möcüzələrini rədd edənlər, bax belə azdırılırlar.
Casiyə/45:23
Arzusunu tanrı edən kimsəyə diqqət etdinmi? Həqiqətən Allah onu bilərək azdırmış, eşitmə hissini və beynini möhürləmiş və görməsinə pərdə qoymuşdur. Allahdan başqa kim onu doğruya yönəldə bilər? Öyüd almırsınız?
Ali İmran/3:86
İman etdikdən, elçinin doğru olduğuna şahid olduqdan və özlərinə açıq-aydın dəlillər gəldikdən sonra inkar edən bir camaatı, Allah necə doğruya yönəldər? Allah zalım camaatı hidayətə yetişdirməz.
Ənam/6:110
İlk öncə iman etməməyə qərar verdikləri üçün anlayışlarını və gözlərini çevirib, azğınlıqları içində çarəsiz vəziyyətdə buraxarıq.
Zuxruf/43:36
Kim Rəhmanın mesajına əhəmiyyət verməzsə, ona bir şeytanı istiqamətləndirərik, sonra da onun yoldaşı olar.
Zuxruf/43:37
Həqiqətən, onları yoldan çıxararlar. Buna rəğmən onlar doğru yolda olduqlarını sanarlar.
Əraf/7:27
Adəm oğulları, şeytan, ana-atanızın vücudlarını özlərinə göstərmək üçün libaslarını soyunduraraq cənnətdən çıxartdığı kimi sizi də çaşdırmasın. O və qəbiləsi sizin onları görmədiyiniz yerdən sizi görürlər. Biz, şeytanları, iman etməyənlərin dostları etdik.
Əraf/7:30
Bir qrupu doğru yola yönəltdi, bir qrup da azğınlığa layiq görüldü. Onlar şeytanları Allahdan başqa dostlar qəbul etdilər. Amma özlərini doğru yolda sanırlar.
Fussilət/41:25
Keçmişlərini və gələcəklərini onlara gözəl göstərən bəzi yoldaşları onlar üçün təyin etdik. Onlardan öncə gəlib-keçmiş cin və insan cəmiyyətləri üçün gerçəkləşən o söz, onlar üçün də keçərli oldu. Onlar ziyana uğramışlardır.
Fatir/35:8
Pis işi, özünə süslənib və onu gözəl görən kimsəyə nə deyirsən? Allah istəyəni azdırır və istəyəni yola yönəldir. Elə isə onlar üçün özünü üzmə. Allah onların etdiklərini yaxşı Bilir.
Furqan/25:43
Arzusunu tanrı seçən şəxsi gördünmü? Sənmi ona advokatlıq (vəkillik) edəcəksən?
Maidə/5:49
Aralarında Allahın nazil etdiyi ilə hökm verməlisən. Onların kefinə uyma. Allahın sənə nazil etdiklərinin bir qismindən əsla səni çaşdırmasınlar. Üz çevirərlərsə, demək ki, Allah bəzi günahlarına görə onları cəzalandırmaq istəyir. Gerçəkdən insanların çoxu yoldan çıxmışdır.
Nisa/4:137
İman edib sonra inkar edən, təkrar iman edib təkrar inkar edən və daha sonra inkar etmələrində irəli gedən kimsələri Allah əfv etməyəcək və onlara yol göstərməyəcək.
Əraf/7:179
İnsanlardan və cinlərdən çoxunu cəhənnəmə məhkum etdik. Qəlbləri var, fəqət qavraya bilməzlər; gözləri var, fəqət görməzlər; qulaqları var, fəqət eşitməzlər. Onlar, kənd təsərrüfatı heyvanları kimidir, hətta daha da pis... Və onlar, olub bitəndən xəbərsizdirlər.
Ənam/6:39
Ayələrimizi yalanlayanlar qaranlıqlar içində olan karlar və lallardır. Allah kimi istəyərsə azdırar, kimi də istəyərsə doğru yola qoyar/yönəldər.
Səcdə/32:13
İstəsəydik, hər kəsə hidayətini verərdik. Ancaq, cinlərin və insanların bir qismi ilə cəhənnəmi toplu şəkildə dolduracağıma dair sözüm gerçəkləşmişdir.
Nəhl/16:93
Allah istəsəydi, sizi tək bir camaat edərdi. Ancaq, istədiyini azdırır, istədiyinə də yol göstərir. Əlbəttə etdiklərinizdən sorğu-sual olunacaqsınız.
Ənam/6:35
Üz çevirmələri sənə ağır gəldisə, biləsən ki, yerin içinə bir dəlik açmağa ya da göyə nərdivan dayamağa gücün yetsə, bir möcüzə ortaya qoysan yenə də təsir etməz... Allah istəsəydi onları doğru yola toplayardı. Elə isə cahillərdən olma!
Rad/13:31
Əgər o dağları hərəkətə gətirən, yaxud yer üzünü parçalayan, yaxud ölüləri dirildən bir Quran olsaydı belə (onlar yenə iman etməzdi). Bütün işlər Allahın kontrolundadır. İman edənlər hələ də anlamadılarmı ki, Allah istəsəydi bütün insanları doğruya yetişdirərdi. İnkar edənlər, Allahın sözü yerinə yetincəyə qədər etdiklərinə qarşılıq olaraq ya başlarına, ya da yaxınlarına üz verəcək bir fəlakətə uğrayacaqlar. Allah sözündən dönməz.
Maidə/5:108
Bu tətbiq, şahidliyi lazımi qaydada etmələrini və and içdikdən sonra andlarının rədd edilməsindən qorxmalarını təmin etmək üçündür. Allaha ehtiram edin və dinləyin. Allah yoldan yaxşıca çıxmış topluluğu doğru yola yönəltməz.
Nisa/4:88
Sizə nə olur ki, ikiüzlülər haqqında iki qrupa ayrılırsınız? Etdikləri əməllərə görə Allah onları baş aşağı çevirdi. Allahın azdırdığını sizmi doğru yola yetişdirmək istəyirsiniz? Allahın azdırdığı kimsəyə sən heç bir yol tapa bilməzsən.
Nisa/4:115
Doğru yol özünə bəlli olduqdan sonra kim elçiyə qarşı gələr və iman edənlərin yolundan fərqli bir yol seçərsə, onu seçdiyi yönə yönəldər və onu Cəhənnəmə atarıq. Ora necə də pis bir dönüş nöqtəsidir.
Nisa/4:142
İkiüzlülər (münafiqlər), Allahı aldatdıqlarını zənn edər. Halbuki O (Allah), onları (beləcə) aldanmış buraxır. Onlar namaza qalxdıqlarında könülsüz qalxar. Çünki özlərini insanlara göstərərlər və Allahı çox az xatırlayarlar.
Nisa/4:143
(Onlar) arada tərəddüd edib qalarlar; nə bunlara, nə də onlara qatılarlar. Allahın çaşdırdığına bir yol tapa bilməzsən.
Nisa/4:168
İnkar edib zülm edənləri Allah nə bağışlayacaq, nə də onlara bir yol göstərəcəkdir.
Əraf/7:146
Yer üzündə haqsız yerə təkəbbür göstərənləri möcüzələrimdən çevirəcəyəm. Hər cürə möcüzəni görsələr də iman etməzlər. Doğru yolu görsələr onu yol seçməzlər. Amma azğınlıq yolunu görsələr onu yol seçərlər. Çünki onlar ayələrimizi yalanladılar və əhəmiyyət vermədilər.
Əraf/7:148
Musanın xalqı özündən sonra, süs əşyalarından, böyürtüsü olan bir buzov heykəli düzəldib bütləşdirdilər. Onun, danışmaqdan və onlara yol göstərməkdən aciz olduğunu görmədilərmi? Onu mənimsəyərək zalımlardan oldular.
Tovbə/9:115
Allah bir cəmiyyəti doğru yola yönəltdikdən sonra, çəkinəcəkləri şeyləri bildirmədən, onları azğınlığa məhkum edən deyildir. Allah hər şeyi Biləndir.
Nəhl/16:36
Hər bir cəmiyyətin içində, "Allaha qulluq edin və bütpərəstlikdən çəkinin," deyən bir elçi göndərdik. Onlardan bəzisinə Allah yol göstərdi, bəzisi də azğınlıqda qalmağa məhkum oldu. Yer üzünü gəzib dolaşın və yalanlayanların sonunun necə olduğuna diqqət edin.
Nəhl/16:107
Çünki onlar dünya həyatını axirətdən üstün tutdular. İnkar edən topluluğu Allah doğru yola yönəltməz.
İsra/17:47
Səni dinlədikləri zaman necə eşitdiklərini və öz aralarında danışdıqları vaxt zalımların, "Siz sadəcə sehrlənmiş bir adamı izləyirsiniz," dediklərini yaxşı bilirik.
İsra/17:48
Diqqət et, səni necə də tərif edərək (tanıdaraq) azırlar və artıq bir daha yol tapa bilməzlər.
Muhəmməd/47:25
Onlara doğru yol bəlli olduqdan sonra geriyə dönənləri şeytan doğru yoldan çıxarmışdır və onlara ümid vermişdir.
Muhəmməd/47:26
Çünki onlar, Allahın nazil etdiyini bəyənməyənlərə, "Bəzi mövzularda sizə tabeyik," demişdilər. Allah onların gizli planlarını bilməkdədir.
Muhəmməd/47:32
İnkar edib Allahın yolundan sapanlar və özlərinə doğru yol bəlli olduqdan sonra elçiyə qarşı gələnlər Allaha heç bir zərər verə bilməzlər. Əksinə, onların etdiklərini keçərsiz qılacaqdır.
Rad/13:33
Hər kəsin etdiyini kontrol edən O deyilmi? Buna rəğmən Allaha ortaq qoşdular. De ki: "Onları (istədiyiniz) isimlərlə təqdim edin! Siz Onun yer üzündə bilmədiyi bir şeyimi Ona xəbər verirsiniz, yoxsa boş sözlərmi uydurursunuz?" Əslində, inkar edənlərin hiylələri özlərinə süslü göstərilir və beləcə yoldan azarlar. Allah kimi azdırarsa, ona doğrunu göstərəcək (olan) yoxdur.