بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
43:22 Xeyr, "Biz atalarımızı bir yol üzərində gördük və biz onların təlimlərini izləyirik," dedilər.
43:23 Eyni bunun kimi, səndən öncə, bir şəhərə hər nə zaman bir xəbərdar edən göndərdiksə, elita təbəqə, "Biz, atalarımızı bir yol üzərində gördük və biz onların təlimlərini izləyirik," deyərdilər.
43:24 O da, "Sizə, atalarınızı üzərində gördüyünüzdən daha doğrusunu gətirmiş olsam da?" deyərdi. Onlar da, "Sizin gətirdiyiniz mesajı inkar edirik," deyərdilər.
43:26 İbrahim, atasına və xalqına demişdi ki, "Sizin qulluq/xidmət etdiklərinizdən uzağam."
43:28 Bəlkə doğru yola dönərlər deyə onun ardından gələnlər üçün bunu əbədi bir dərs etdi.
43:29 Doğrusu, onlara gerçək və açıq-aşkar bir elçi gəlincəyə qədər, bunlara və atalarına imkan verdim.
43:31 "Bu Quran, bu iki şəhərdən məşhur və böyük bir adama nazil edilməli deyildimi?" dedilər.
43:32 Rəbbinin rəhmətini onlarmı paylaşdırırlar?! Dünya həyatında onların dolanışıqlarını aralarında Biz paylaşdırdıq; bir-birlərinə iş gördürə bilmələri üçün onları bir-birlərinə dərəcələrlə üstün etdik. Rəbbinin rəhməti onların yığdıqlarından daha yaxşıdır.
43:33 Bütün insanlar (inkarçılıqda) vahid bir cəmiyyət olmasaydı, Rəhmanı inkar edənlərin evini gümüş tavanlar və çıxıb qalxacaqları nərdivanlarla təchiz edərdik.
43:35 Və neçə-neçə cəzbedici maddələr. Bütün bunlar bu dünya həyatının keçici materialıdır. Axirət isə Rəbbinin qatında müttəqilərindir.
43:36 Kim Rəhmanın mesajına əhəmiyyət verməzsə, ona bir şeytanı istiqamətləndirərik, sonra da onun yoldaşı olar.
43:37 Həqiqətən, onları yoldan çıxararlar. Buna rəğmən onlar doğru yolda olduqlarını sanarlar.
43:38 Nəhayət, Bizə gəldiyində, "Kaş ki, mənimlə sənin aranda iki şərq arası qədər uzaqlıq olsaydı; sən necə də pis bir yoldaşsanmış!" deyər.
43:39 Zalimlik etdiyiniz üçün, o gün (peşmançılığınız) sizə bir fayda verməz; siz cəzanı bölüşəcəksiniz.
43:40 Sənmi kara eşitdirəcəksən, yaxud koru və açıq-aşkar bir azğınlıqda olanı yola gətirəcəksən?