Nəhl - 16:92
İpliyini möhkəmcə əyirdikdən sonra (onu) açan qadın kimi olmayın. Bir topluluğun digər bir topluluqdan güclü olmasından faydalanaraq andlarınızı aranızda pis şeyə istifadə etməyin. Allah sizi beləcə sınayar. Anlaşılmazlığa (ixtilafa) düşdüyünüz mövzuları Dirilmə günü sizə açıqlayacaq.
Allah, dirilmə günü hər kəsi toplayar və insanların ayrılığa (ixtilafa) düşdüyü mövzular haqqında hökm verər:
Bəqərə/2:113
Yəhudilər: “Xristianların bir təməli yoxdur," deyərkən, Xristianlar da: "Yəhudilərin bir təməli yoxdur," dedilər. Halbuki hamısı da kitabı oxuyurlar. Cahillər də eyni onlar kimi danışır. Dirilmə günü Allah ayrılığa düşdükləri mövzularda aralarında hökm verəcəkdir.
Yunus/10:93
İsrail oğullarına şərəfli bir yer bağışladıq və onlara gözəl ruzilər verdik. Fəqət, onlara elm gəldikdən sonra ayrılığa düşdülər. Rəbbin, dirilmə günü, ayrılığa düşdükləri mövzuda aralarında hökm verəcəkdir.
Zumər/39:3
Həqiqətən, din sadəcə Allaha aiddir. Ondan başqalarını övliya (dostlar) olaraq qəbul edənlər, "Onlar bizi Allaha daha çox yaxınlaşdırsın deyə biz onlara qulluq/xidmət edirik." (deyərlər). Ayrılığa (ixtilafa) düşdükləri bu mövzu haqqında onların arasında Allah qərar verəcəkdir. Allah şübhəsiz ki, yalançıları və nankorları doğru yola yönəltməz.
Səba/34:25
De ki, "Bizim günahlarımızdan siz məsul deyilsiniz, biz də sizin etdiklərinizdən məsul deyilik."
Səba/34:26
De ki, "Rəbbimiz hamımızı toplayar və sonra aramızda gerçəyə görə hökm verər. O Hakimdir, Biləndir."
Casiyə/45:28
Hər camaatı diz çökmüş halda görərsən. Hər camaat öz kitabına çağrılar: "Bu gün sizə, etdiklərinizin qarşılığı ödənəcəkdir."
Casiyə/45:29
"Bu kitabımız sizə qarşı gerçəyi söyləməkdədir. Çünki biz, etdiklərinizi qeyd edirdik."
Zumər/39:69
Yer, Rəbbinin nuru ilə parlayar. Kitab qoyular. Peyğəmbərlər və şahidlər gətirilər. Aralarında gerçəyə görə hökm verilər və onlara zülm edilməz.
Casiyə/45:28
Hər camaatı diz çökmüş halda görərsən. Hər camaat öz kitabına çağrılar: "Bu gün sizə, etdiklərinizin qarşılığı ödənəcəkdir."