İsra - 17:78
Günəşin əyilməsindən gecənin qaralmasına qədər namazı qoru. Səhər Quranını da qoru. Səhər vaxtı Quran (oxuması) şahid olunur.
Allahın kitabını necə oxumalıyıq?
Nəhl/16:98
Quran oxuduğunda, qovulmuş şeytandan Allaha sığın!
Ələq/96:1
Yaradan Rəbbinin ismi ilə oxu.
Sad/38:29
Sənə nazil etdiyimiz bu kitab mübarəkdir; ayələrini tədqiq edib araşdırsınlar və ağıl sahibləri öyüd alsınlar.
Qiyamə/75:16
Onu tələsərək əyri-əskik (kəsirli oxuyaraq) dilini oynatma.
Ta ha/20:114
Gerçək Hökmdar olan Allah ucadır! Sənə vəhyi tamamlanmadan öncə Quranı (anlamaq üçün) tələsmə və: "Rəbbim biliyimi artır," de.
Muzzəmmil/73:2
Bəzi gecələr xaric, gecə vaxtı qalx.
Muzzəmmil/73:3
Yarısında və ya yarısından bir az öncə.
Muzzəmmil/73:4
Yaxud yarısından bir az sonra... Quranı da diqqətlə düşünə-düşünə oxu.
İsra/17:78
Günəşin əyilməsindən gecənin qaralmasına qədər namazı qoru. Səhər Quranını da qoru. Səhər vaxtı Quran (oxuması) şahid olunur.