İsra - 17:89
Biz bu Quranda hər cürə örnəyi verdik, halbuki insanların əksəriyyəti inkarda israr etməkdədir.
Quranda əksəriyyət:
Ənam/6:116
Yer üzündəkilərin əksəriyyətinə tabe olsan, səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyurlar və onlar sadəcə təxminlərə əsaslanıb saçmalayırlar.
Yusuf/12:103
Nə qədər istəsən də, insanların əksəriyyəti iman etməyəcəkdir.
Yusuf/12:106
Onların da çoxu, ortaq qoşmadan Allaha iman etməz.
Səba/34:20
İblis, onlar haqqındaki gözləntilərini doğru çıxardı. İman edən bir qrup xaric, ona uydular.
Maidə/5:49
Aralarında Allahın nazil etdiyi ilə hökm verməlisən. Onların kefinə uyma. Allahın sənə nazil etdiklərinin bir qismindən əsla səni çaşdırmasınlar. Üz çevirərlərsə, demək ki, Allah bəzi günahlarına görə onları cəzalandırmaq istəyir. Gerçəkdən insanların çoxu yoldan çıxmışdır.
Hud/11:40
Nəhayət, əmrimiz gəlib və göy qaynayıb daşınca, ona dedik ki: "Hər növdən bir cütü, daha öncə məhkum edilmişlər xaric, ailə-uşağını və iman edənləri ona yüklə." Onunla birlikdə iman etmişlər zatən bir neçə nəfər idi.
Maidə/5:64
Yəhudilər "Allahın əli bağlıdır," - dedi. Əslində əlləri bağlı olanlar özləridir... Söylədiklərindən ötrü lənətləndilər. Halbuki Onun iki əli də açıq olub, istədiyi kimi xərcləməkdədir. Rəbbindən sənə nazil edilənlər onlardan çoxunun azğınlığını və inkar etmələrini artıracaqdır. Dirilmə gününə qədər aralarına düşmənçilik və kin saldıq. Hər nə vaxt savaş üçün atəş yandırsalar Allah onu söndürmüşdür. Yer üzündə fəsad törətmək üçün gəzib-dolaşırlar. Allah isə fəsad törədənləri sevməz.
İsra/17:89
Biz bu Quranda hər cürə örnəyi verdik, halbuki insanların əksəriyyəti inkarda israr etməkdədir.
Sad/38:24
Dedi ki, "Sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə, sənə qarşı haqsızlıq etmişdir. Həqiqətən, ortaqçıların çoxu bir-birinin haqqına əl uzadır. İman edib müttəqi davrananlar bunun xaricindədir, onlar isə sayca nə qədər də azdır!" Davud, onu sınadığımızı sanaraq bağışlanma dilədi, əyildi və (Bizə) yönəldi.
Məryəm/19:73
Onlara ayələrimiz açıq-aşkar olaraq oxunduğu zaman inkar edənlər iman edənlərə, "Hansımız rifah və say baxımından daha çox üstünlüyə sahibdir?" deyərlər.
Yunus/10:83
Firon və əyanlarının işgəncə və təzyiqindən qorxduqları üçün Musaya, xalqından ancaq bir neçə nəfər iman etdi. Firon, yer üzündə həddi çox aşan bir tiran idi.
Şuəra/26:53
Firon, şəhərlərə kütlə propagandaçıları göndərdi:
Şuəra/26:54
"Bunlar kiçik bir çətədir."
Şuəra/26:55
"Bizə qarşı öfkə ilə baş qaldırmaqdadırlar."
Şuəra/26:56
"Biz isə çoxluq olaraq ayıq-sayıq olmalıyıq."
Furqan/25:50
Öyüd almaları üçün onu aralarında yayıb paylaşdıq. Halbuki insanların əksəriyyəti nankorluqda israr etməkdədir.
Rum/30:8
Öz-özlərinə heç düşünmədilərmi ki, Allah göyləri, yeri və aralarındakıları bir məqsəd üçün və müəyyən bir müddət üçün yaratmışdır?! Buna rəğmən, insanların əksəriyyəti Rəbləri ilə qarşılaşmağı inkar etməkdədirlər.
Zuxruf/43:78
Sizə gerçəyi gətirdik; ancaq çoxunuz gerçəkdən xoşlanmırsınız.
Hədid/57:16
İman edənlər üçün Allahın mesajına və nazil olan gerçəyə könüllərini açmağın vaxtı gəlmədimi? Daha öncə özlərinə kitab verilənlər kimi olmasınlar; onların üzərindən uzun zaman keçincə qəlbləri qatılaşmışdı. Onların əksəriyyəti yoldan çıxmış kimsələrdir.
Zəriyət/51:35
Sonra, orada iman edənlərdən kim varsa çıxardıq.
Zəriyət/51:36
Zatən orada bir evdən başqa heç bir müsəlman tapmadıq.
Hud/11:27
Xalqının inkar edən öncüləri, "Səni sadəcə bizim kimi bir insan olduğunu görürük və aramızdakı dayaz düşüncəli adi insanlardan başqa kimsənin sənə tabe olmadığını görürük. Sizin bizdən hər hansısa bir üstünlüyünüzü də görmürük. Əksinə, biz sizin yalançı olduğunuzu sanırıq," dedilər.
Bəqərə/2:100
Hər nə vaxt bir razılığa gəldilərsə onlardan bir qrup onu pozub atmadımı? Onsuz da onların çoxu iman etməz.
Bəqərə/2:243
Sayları minlərlə olduqları halda ölüm qorxusuyla yurdlarını tərk edənlər diqqətini çəkdimi? Allah onlara: “Ölün!”– dedi və sonra onları diriltdi. Doğrudan da, Allah insanlara qarşı lütfkardır; ancaq insanların çoxu şükür etməz.
Ali İmran/3:110
Siz, insanlar üçün (üzə) çıxarılmış ən yaxşı topluluqsunuz. Yaxşılığı öyüd-nəsihət edir, pislikdən çəkindirir və Allaha iman edirsiniz. Kitab əhli iman etsəydi, özləri üçün yaxşı olardı. İçərilərində iman edənlər olmaqla birlikdə əksəriyyəti yoldan çıxmışdır.
Maidə/5:32
Bunun üçün İsrail oğullarına bunu yazdıq: "Kim, cinayət işləməmiş və yer üzündə fəsad törətməmiş bir adamı öldürərsə bütün insanları öldürmüş kimidir. Kim də o canı yaşadarsa, bütün insanları yaşatmış kimi olar. Elçilərimiz onlara açıq-aşkar dəlillərlə gəldilər. Buna rəğmən onların çoxu dərhal sonra yer üzündə azğınlıq etməyə başladılar.
Maidə/5:59
De: “Kitablılar! Allaha, bizə nazil edilənə və öncəki nazil edilənlərə iman etdik deyəmi, yoldan çıxmış olan əksəriyyətinizlə birlikdə bizə qarşı nifrət bəsləyirsiniz?"
Maidə/5:62
Onların çoxunu günahda, düşmənçilikdə və haram yeməkdə tələsən görərsən. Etdikləri necə də pisdir!
Maidə/5:68
De: "Kitablılar! Tövratı, İncili və Rəbbinizdən sizə nazil ediləni tətbiq etmədikcə heç bir təməliniz olmaz." Rəbbindən sənə nazil edilənlər, onların əksəriyyətinin azğınlıq və inkarını artırar. İnkar edən camaat üçün özünü üzmə.
Maidə/5:71
İmtahan edilməyəcəklərini sandılar, korlaşıb, karlaşdılar. Sonra Allah yönəlmələrini (tövbələrini) qəbul etdi; fəqət buna rəğmən əksəriyyəti yenə korlaşıb, karlaşdı. Allah etdiklərini görməkdədir.
Maidə/5:81
Allaha, Peyğəmbərə və ona nazil edilənə iman etsəydilər, onları özlərinə dost qəbul etməzdilər. Lakin onların əksəriyyəti yoldan çıxmışdır.
Hədid/57:27
Sonra onların ardınca dalbadal elçilərimizi göndərdik. Məryəm oğlu İsanı da göndərdik və ona İncili verdik. Onun ardınca gedənlərin könüllərinə şəfqət və mərhəmət qoyduq. Fəqət, Bizim onlar üçün təsdiqləmədiyimiz (buyurmadığımız) bir ruhbanlıq (rahiblik) uydurdular. Halbuki onlardan sadəcə Allahı razı edəcək xüsuslara uymalarını istəmişdik. Üstəlik ruhbanlığa (rahibliyə) də lazımınca riayət etmədilər. Aralarından iman edənlərə mükafatlarını verdik; ancaq çoxları yoldan çıxmışlardı.
Maidə/5:103
Müəyyən bir erkək və dişi birləşdirməsiylə balalayanların, and nəticəsi olaraq sərbəst buraxılanların, bir-birinin ardınca iki erkək doğanların və on dəfə döl verən erkək dəvələrin haram edilməsini Allah təsdiqləmir. İnkar edənlər Allaha iftira edir. Onların çoxu dərk etməz.
Ənam/6:37
"Ona Rəbbindən bir ayə (möcüzə) enməli deyildimi?" deyirlər. De ki: "Allah istədiyi an bir ayə endirə bilir; fəqət çoxu bunu bilməz."
Ənam/6:111
Onlara mələkləri endirsək, onlarla ölülər danışsa və hər şeyi gətirib önlərinə toplasaq, Allahın istədikləri xaric, yenə iman edəcək deyillər. Fəqət çoxu bu gerçəyi bilməz.
Ənam/6:137
Beləcə, onların (Tanrı adından hökm verən) ortaqları, övladlarını öldürməyi belə müşriklərin (ortaq qoşanların) çoxuna yaxşı bir şeymiş kimi göstərdilər. Beləcə onları məhv etdilər və dinlərini qarışdırıb pozdular. Allah istəsəydi bunu edə bilməzdilər. Onlardan və uydurduqları şeylərdən uzaq dur.
Əraf/7:102
Əksəriyyətini, verdikləri sözü tutan görmədik. Əksinə əksəriyyətini yoldan çıxan gördük.
Əraf/7:187
Səndən o saatın (dünyanın sonunun) nə zaman gələcəyini soruşurlar. "Onun bilgisi Rəbbimin yanındadır," de. Onu vaxtı gəlincə Ondan başqası ortaya çıxarmaz. Göylərə və yerə ağır gələn o saat sizə qəflətən gələcəkdir. Sanki ondan xəbərdarsanmış kimi səndən soruşurlar. "Onun bilgisi Allahın yanındadır," de. Fəqət insanların çoxu bilməz.
Tovbə/9:34
Ey iman edənlər, din bilənlərin və din adamlarının çoxu insanların pulunu nahaq yerə yeyərlər və Allahın yolundan azdırırlar. Qızıl və gümüşü yığıb Allah yolunda xərcləməyənlərə ağrılı-acılı bir əzab müjdələ.
Yunus/10:55
Göylərdə və yerdə olan hər şey Allahındır. Allahın sözü tamamilə gerçəkdir; fəqət onların çoxu bilməz.
Yunus/10:60
Allahın adına yalan uyduranlar dirilmə gününü düşünmürlərmi? Allah insanlara qarşı bol lütf sahibidir; ancaq onların çoxu şükür etməz.
Yunus/10:92
"Səndən sonrakı nəsillərə ibrət olmağın üçün bu gün sənin cəsədini qoruyacağıq. Lakin insanların əksəriyyəti işarətlərimizdən xəbərsizdirlər."
Yusuf/12:8
(Qardaşları) demişdilər ki: "Atamız Yusuf və (öz) qardaşını bizdən daha çox sevir, biz isə çoxluq təşkil edirik. Atamız açıq-aydın yanlış bir mövqedədir."
Yusuf/12:15
Onu götürdükləri və quyunun dibinə atmaq üçün toplaşıb qərar verdikləri sırada biz ona: "(Üzülmə) onların bu etdiklərini, heç fərqində olmayacaqları bir anda onlara xəbər verəcəksən," deyə vəhy etdik.
Yusuf/12:38
"Mən, atalarım İbrahim, İshaq və Yəqubun dininə tabe oldum. Allaha hər hansısa bir şeyi ortaq qoşmaq bizə yaraşmaz. Bu, Allahın bizə və insanlara olan lütfüdür. Ancaq insanların çoxu şükür etməz."
Yusuf/12:40
"Ondan başqa qulluq/xidmət etdikləriniz, sizin və atalarınızın uydurduğu isimlərdən ibarətdir. Allah haqqında bir dəlil endirməmişdir. Hökm, ancaq Allahındır. Yalnızca Özünə qulluq etmənizi əmr etmişdir. Ən doğru din bax budur. Halbuki insanların çoxu bunu bilmir."
Yusuf/12:68
Atalarının onlara əmr etdiyi yerlərdən girdilər. Bu, onları Allahın heç bir təqdirindən qurtara bilməzdi; ancaq Yəqubun onlardan bunu istəməkdə xüsusi bir səbəbi var idi. O, ona öyrətdiyimiz bəlli bir bilgiyə sahib idi; fəqət insanların çoxu bilməz.
Rad/13:1
Əlif. Ləm. Mim. Ra. Bu (hərflər), Kitabın möcüzələridir. Rəbbindən sənə nazil edilən, gerçəkdir; fəqət insanların çoxu iman etməz.
İbrahim/14:36
"Rəbbim, onlar, insanlardan bir çoxunu azdırdılar. Mənim davamçılarım məndəndir. Mənə qarşı gələnlərə gəlincə, əlbəttə Sən Bağışlayansan, Rəhmlisən."
Nəhl/16:38
"Allah ölən bir kəsi diriltməz" deyə bütün gücləriylə Allaha and içərlər. Xeyr, Onun verdiyi gerçək bir sözdür o. Ancaq insanların çoxu bunu bilmir.
Nəhl/16:83
Allahın nemətlərini çox yaxşı tanıdıqları halda onları inkar edərlər. Onların çoxu kafirlərdir.
Ənbiya/21:24
Ondan başqa tanrılarmı qəbul etdilər? De ki: "Dəlilinizi gətirin. Bu, mənim zamanımdakıların da mesajıdır, məndən öncəkilərin də mesajıdır." Ancaq çoxları anlamır deyə gerçəkdən üz çevirirlər.
Furqan/25:44
Onların çoxunun gerçəkdən eşitdiklərini yaxud da anladıqlarınımı sanırsan? Onlar sadəcə kənd təsərrüfatı heyvanları kimidir; Xeyr, yol baxımından daha da azğındırlar.
Şuəra/26:103
Əlbəttə bunda bir dərs vardır; amma çoxları iman etməzlər.
Şuəra/26:121
Əlbəttə bunda bir dərs vardır; amma çoxları iman etməzlər.
Şuəra/26:139
Beləcə onu yalanladılar. Nəhayət Biz də onları məhv etdik. Əlbəttə bunda bir dərs vardır; amma çoxları iman etməzlər.
Şuəra/26:158
Və cəza onları yaxaladı. Əlbəttə bunda bir dərs vardır; amma çoxları iman etməzlər.
Şuəra/26:190
Əlbəttə bunda bir dərs vardır; amma çoxları iman etməzlər.
Şuəra/26:223
Dinləyirlər; ancaq çoxu yalançıdır.
Nəml/27:61
Yer üzünü bir məskunlaşma mərkəzi edən, aralarından çaylar çıxaran, üzərinə sağlam dağlar yerləşdirən və hər iki suyun arasına bir əngəl (maneə) qoyan kimdir? Allah ilə birlikdə başqa bir tanrıdır? Doğrusu, onların çoxu bilməz.
Qasas/28:78
Dedi ki, "Bütün bunlar mənə, bilgi və bacarığıma görə verildi." Ondan öncə, özündən daha böyük bir gücə və say baxımından çoxluğa sahib olan neçə-neçə nəsilləri Allahın məhv etdiyini bilmirmi? Suçluların suçları özlərindən soruşulmaz.
Rum/30:6
Allahın verdiyi sözdür. Allah sözünü pozmaz; fəqət insanların çoxu bilməz.
Rum/30:30
Təkallahlı biri olaraq özünü dinə həsr etməlisən. Həqiqətən, Allah insanları belə bir yaradılış ilə donataraq yaratmışdır. Allahın yaratmasında dəyişiklik olmaz. Bu, tam kamil bir dindir, fəqət insanların çoxu bilməz.
Səba/34:36
De ki, "Mənim Rəbbim, istədiyinə ruzini bol verər və ya azaldar. Fəqət insanların çoxu bilməz."
Səba/34:28
Biz səni bütün insanlara bir müjdəçi və xəbərdar edici olaraq göndərdik. Ancaq insanların çoxu bilməz.
Ğafir/40:57
Göylərin və yerin yaradılması, insanın yaradılmasından daha böyük bir şeydir. Halbuki insanların çoxu bilməz.
Ğafir/40:61
Allah, gecəni dincəlməyiniz üçün yaradan və gündüzü də aydınlıq edəndir. Allah insanlara qarşı böyük lütf sahibidir, fəqət insanların çoxu şükür etməz.
Fussilət/41:4
Bir müjdəçi və bir xəbərdar edicidir. Ancaq onların əksəriyyəti ondan üz çevirmişdir; onlar eşitməzlər.
Duxan/44:39
Biz onları ancaq bəlli bir məqsədə görə yaratdıq. Halbuki onların çoxu bilməz.
Casiyə/45:26
De ki, "Sizi Allah dirildir və öldürür. Sonra gerçəkləşməsində şübhə olmayan Dirilmə Günündə sizi bir araya toplayar. Fəqət insanların çoxu bilməz."
Hud/11:119
Rəbbinin acıdıqları xaric. Bunun üçündür ki, onları yaratdı. Rəbbinin sözü yerinə yetmişdir: "Cəhənnəmi cinlər və insanlarla, toplu halda dolduracağam."
Yusuf/12:102
Bunlar sənə vəhy etdiyimiz keçmişin xəbərləridir. Onlar toplaşıb qərar verib, hiylə qurarkən sən onların yanında deyildin.
Hicr/15:39
(İblis) dedi ki: "Rəbbim, məni yoldan çıxartdığın üçün, onları yer üzündə başdan çıxarıb toplu halda azdıracağam."
Səcdə/32:13
İstəsəydik, hər kəsə hidayətini verərdik. Ancaq, cinlərin və insanların bir qismi ilə cəhənnəmi toplu şəkildə dolduracağıma dair sözüm gerçəkləşmişdir.
Sad/38:85
"Cəhənnəmi səninlə və onlardan sənin ardınca gedənlərlə kütləvi şəkildə dolduracağam."