Kəhf - 18:110
De ki, "Mən sizin kimi bir insandan başqa bir şey deyiləm. Tanrınızın tək bir Tanrı olduğu mənə vəhy edildi. Rəbbi ilə qarşılaşmağı ümid edən hər kəs müttəqi işlər görsün və Rəbbinə olan qulluğa heç kimsəni ortaq qoşmasın."
İman edənlər, Rəbləri ilə qarşılaşacaqlarını bilir və Ona qulluq (xidmət) şüuru ilə yaşayarlar:
Ali İmran/3:195
Rəbləri onlara cavab verdi: "Mən, sizdən heç bir çalışanın etdiyini mükafatsız buraxmaram, istər kişi olsun, istər qadın olsun; hamınız eynisiniz. Köç (hicrət) edənlər, öz yurdlarından çıxarılanlar, yolumda işgəncə və həqarətə məruz qalanlar, vuruşanlar və öldürülənlər... Onların pisliklərini örtəcəyəm və onları içlərində çaylar axan bağçalara yerləşdirəcəyəm. Allahdan bir qarşılıq olaraq... Ən gözəl qarşılıq Allahın yanındadır.”
Bəqərə/2:273
(Yardımı), Allah yolundakı çalışmasından ötrü sərbəstlikləri məhdudlaşdırılaraq, köç etmə imkanından məhrum edilmiş ehtiyac sahiblərinə verin. Onları tanımayanlar, qürürlü rəftarlarına görə onları zəngin sanır. Onları üzlərindən tanıyarsan. İnsanlardan yardım dilənməzlər. Etdiyiniz hər yaxşılığı Allah bilir.
Ali İmran/3:134
O müttəqilər ki, bolluq və darlıqda yardım üçün para (pul) xərcləyərlər. Öfkələrini kontrol edərlər, insanların qüsurlarını görməməzlikdən gələrlər. Allah yaxşılıq edənləri sevər.
Ali İmran/3:135
O kəslər ki, bir günah işlədikləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı xatırlayar və günahları üçün bağışlanma diləyərlər, – Onsuzda Allahdan başqa kim günahları bağışlaya bilər ki? – və onlar bilə-bilə günah işləməyə davam etməz.
Ali İmran/3:136
Onlara, Rəblərindən bağışlanma və ağacları altından çaylar axan cənnətlərlə qarşılıq verilər; orada sürəkli qalarlar. Çalışanların mükafatı necə də gözəldir.
Ali İmran/3:140
Sizə bir sıxıntı toxundusa, düşmən topluluğuna da buna bənzər bir sıxıntı toxunmuşdur. Belə günləri, insanların arasında döndərib dururuq ki, Allah gerçək iman edənləri ayırsın və sizdən bəzilərini şahidlər seçsin. Allah zalımları sevməz.
Ali İmran/3:141
Allah beləcə iman edənləri sağlamlaşdırar və kafirlərin qürurunu qırar.
Ali İmran/3:142
Allah aranızdakı çalışanları ortaya çıxarmadan, səbr edənləri ayırmadan cənnətə girəcəyinizimi sandınız?
Tovbə/9:99
Ərəblərdən, Allaha və axirət gününə iman edənlər də vardır. Xərclədiklərini isə Allaha yaxınlaşdıracaq bir vəsilə və elçiyə dəstək sayarlar. Gerçəkdən o, onlar üçün bir yaxınlaşma vəsiləsidir. Allah onları rəhmətinə daxil edəcəkdir. Allah Bağışlayandır, Rəhmlidir.
Tovbə/9:100
Köç edənlərin (mühacir) və yardımçıların (ənsar) öncülərindən və onları gözəlcə izləyənlərdən Allah razı olmuşdur, onlar da Ondan razı olmuşdurlar. Onlara içlərində çaylar axan və əbədi qalacaqları cənnətlər hazırlamışdır. Bax böyük zəfər budur.
Tovbə/9:101
İstər çevrənizdən və istərsə də şəhər camaatından olan Ərəblərdən bəziləri ikiüzlüdür. İkiüzlülükdə həyasızlaşmışdırlar. Sən onları bilməzsən, Biz onları bilirik. Onları ikiqat əzabla cəzalandıracağıq və sonra da böyük bir əzaba uğradılacaqlar.
Tovbə/9:102
Digərləri isə günahlarını etiraf etdilər, yaxşı işlərlə pis işləri bir-birinə qarışdırdılar. Ümid edilir ki, Allah onları əfv etsin. Allah Bağışlayandır, Rəhmlidir.
Tovbə/9:103
Onları təmizləmək və ucaltmaq üçün paralarından bir sədəqə al və onları təşviq et / dəstəklə, çünki sənin dəstəyin onları məmnun edər. Allah Eşidəndir, Biləndir.
Tovbə/9:104
Bilmirlərmi ki, qullarından tövbələri qəbul edən, sədəqələri alan Allahdır və Allah Tövbələri qəbul edəndir, Rəhmlidir?
Tovbə/9:105
"Çalışın; Allah, elçisi və iman edənlər etdiyinizi görəcəkdir. Gizlini və açığı Bilənə döndəriləcəksiniz və O da etdiklərinizi sizə bildirəcəkdir," de.
Ali İmran/3:146
Neçə-neçə peyğəmbərlər var ki, özlərini Rəblərinə həsr etmiş bir çox adam onlarla birlikdə savaşdı. Allah yolunda başlarına gələndən ötrü ruhdan düşmədilər, geri çəkilmədilər, boyun əymədilər. Allah müqvimət göstərənləri sevər.
Ali İmran/3:147
Sözləri yalnızca bu idi: “Rəbbimiz, günahlarımızı və işlərimizdəki həddi aşmalarımızı bağışla, qədəmlərimizi sabit et və inkarçı topluluğa qarşı bizə zəfər ver."
Ali İmran/3:148
Allah da onlara həm dünya nemətini, həm də axirət nemətinin ən gözəlini verdi. Allah gözəl davrananları sevər.
Muzzəmmil/73:20
Rəbbin, sənin və yoldaşlarından bir qrupun, gecənin üçdə ikisindən az, yarısında və üçdə birində qalxdığını bilir. Gecənin və gündüzün miqdarını Allah təyin edər. O, sizin bunu edə bilməyəcəyinizi bildiyi üçün sizi əfv etmişdir. Elə isə Qurandan sizə asan gəldiyi qədər oxuyun. Aranızda xəstələr, yer üzündə Allahın lütfündən ruzi axtaranlar və Allah yolunda savaşanlar olduğunu bilməkdədir. Ondan sizə asan gəldiyi qədər oxuyun. Namazı qoruyun, zəkatı verin və gözəl davranmaq yolu ilə Allaha bir borc verin. Özünüz üçün etdiyiniz hər yaxşılığı, Allah qatında daha yaxşı və daha böyük bir mükafat olaraq görəcəksiniz. Allahdan bağışlanma diləyin; Allah Bağışlayandır, Rəhmlidir.
Əraf/7:170
Kitaba sarılanlar və namaz qılanlara gəlincə, yaxşılığa çalışanları mükafatsız buraxmarıq.
Bəqərə/2:177
Üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz yaxşılıq deyil. Yaxşılar o kimsələrdir ki, Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə iman edirlər; əqrəbalara, yetimlərə, möhtaclara, yolda qalmışlara, dilənənlərə və kölələri azadlığa qovuşdurmaq üçün sevərək para (pul) yardımı edirlər, namazı qoruyur, zəkatı verir, söz verdiklərində sözlərində dururlar, çətinliyə, sıxıntıya və zülmə qarşı müqavimət göstərirlər. Bax doğru olanlar onlardır, Müttəqi olanlar da onlardır.
İnsan/76:5
Yaxşılar isə, kafur (CHO) qarışdırılmış bir qədəhdən içərlər.
İnsan/76:6
Allahın qullarının daşıraraq içdikləri bir qaynaq...
İnsan/76:7
Onlar sözlərini yerinə yetirərlər və olduqca pis olan bir gündən qorxarlar.
İnsan/76:8
Yoxsula, yetimə və dustağa sevdikləri yeməkləri yedirərlər.
İnsan/76:9
"Biz sizi Allah rizası üçün yediririk. Sizdən nə bir qarşılıq, nə də bir təşəkkür gözləmirik."
İnsan/76:10
"Biz, üzü dönmüş və bəlalı bir gündən ötrü Rəbbimizdən çəkinirik."
İnsan/76:11
Həqiqətən, Allah onları o günün pisliyindən qoruyar və onlara nəşə və sevinc verər.
İnsan/76:12
Müqavimət göstərdikləri üçün onları bağça və ipəklə mükafatlandırar.
Zəriyət/51:15
Müttəqilər cənnətlərdədir, bulaq başlarındadır.
Zəriyət/51:16
Rəblərinin onlara verdiyini alırlar. Çünki onlar bundan öncə gözəl davranırdılar.
Zəriyət/51:17
Gecələri az yatırdılar.
Zəriyət/51:18
Səhər vaxtlarında bağışlanma diləyirdilər.
Zəriyət/51:19
Paralarında (pullarında), istəyənlər və yoxsullar üçün bir pay vardı.