بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
3:142 Allah aranızdakı çalışanları ortaya çıxarmadan, səbr edənləri ayırmadan cənnətə girəcəyinizimi sandınız?
3:143 Siz ölümlə qarşılaşmamışdan öncə onu arzulayırdınız. Fəqət indi onu gördüyünüz halda gözləyirsiniz.
3:144 Muhəmməd sadəcə bir elçidir və ondan öncə də neçə-neçə elçilər gəlib keçmişdir. Ölər yaxud öldürülərsə geriyəmi dönəcəksiniz? Səbatsızlar Allaha heç bir zərər verə bilməz. Allah şükür edənləri mükafatlandıracaqdır.
3:145 Allahın izni olmadan heç kimsə ölə bilməz. Ölümün müəyyən edilmiş bir vaxtı var. Kim dünya nemətini istəyərsə, ona ondan verərik. Kim də axirət nemətini istəyərsə, ona da ondan verərik. Şükür edənləri mükafatlandıracağıq.
3:146 Neçə-neçə peyğəmbərlər var ki, özlərini Rəblərinə həsr etmiş bir çox adam onlarla birlikdə savaşdı. Allah yolunda başlarına gələndən ötrü ruhdan düşmədilər, geri çəkilmədilər, boyun əymədilər. Allah müqvimət göstərənləri sevər.
3:147 Sözləri yalnızca bu idi: “Rəbbimiz, günahlarımızı və işlərimizdəki həddi aşmalarımızı bağışla, qədəmlərimizi sabit et və inkarçı topluluğa qarşı bizə zəfər ver."
3:148 Allah da onlara həm dünya nemətini, həm də axirət nemətinin ən gözəlini verdi. Allah gözəl davrananları sevər.
3:149 Ey iman edənlər! İnkar edənlərə tabe olarsanız, sizi geriyə döndərərlər və ziyana uğrayanlardan olarsınız.
3:150 Xeyr! Mövlanız (sahibiniz, dostunuz) Allahdır. O, yardım edənlərin ən yaxşısıdır.
3:151 Gücsüz və iqtidarsız şəxsləri Allaha ortaq qoşduqlarına görə, inkar edənlərin qəlblərinə qorxu salacağıq. Yerləri atəşdir. Zalımların dayanacağı yer necə də pisdir!
3:152 Allah, sizə verdiyi sözdə durdu və necə ki, (Allahın) izniylə onları darmadağın etdiniz. Amma, sevdiyiniz şeyi sizə göstərdikdən sonra ruhdan düşdünüz, savaş haqqında bir-birinizlə mübahisə etdiniz və əmrləri dinləmədiniz. Kiminiz dünyanı, kiminiz də axirəti istəyirdi. Sonra, sınamaq üçün sizi onlardan çevirdi və hər şeyə rəğmən sizi əfv etdi. Allahın iman edənlərə neməti boldur.
3:153 Elçi arxanızdan çağırmasına rəğmən siz heç kimsəyə dönüb baxmadan təpəyə dırmanırdınız. İtirdiklərinizə və başınıza gələnlərə üzülməyəsiniz deyə sizə kədər üstünə kədər verdi. Allah etdiklərinizdən Xəbərdardır.
3:154 Sonra o üzüntünün ardından, içərinizdən bir qrupa təskinlik verən güvən dolu bir yuxunu üzərinizə endirdi. Bir qisminiz eqoistcəsinə öz dərdinə düşmüş, cahiliyyə dövründə olduğu kimi Allah haqqında yanlış düşüncələr çıxarır və, "Bu işdə bir səlahiyyətimiz varmı," - deyirdi. "Bütün səlahiyyət Allahındır," - de. Sənə açmadıqlarını içlərində gizləyirdilər. "Bizim bir səlahiyyətimiz olsaydı burada öldürülməzdik," - deyirlər. De ki, "Evlərinizdə belə olsaydınız, aranızda ölməsi qərarlaşdırılanlar devriləcəkləri yerə doğru sürünəcəkdilər." Allah beləcə kökslərinizdəkini sınayar və qəlblərinizdəkini təmizləyər. Allah ən gizli düşüncələri bilir.
3:155 İki ordunun qarşılaşdığı gün geriyə dönənlərinizi etdikləri bəzi işlərə görə şeytan azdırmaq istəmişdi. Ancaq Allah onları əfv etdi. Allah gerçəkdən çox Bağışlayıcı, çox Şəfqətlidir.
3:156 Ey iman edənlər! Səfərə çıxan və ya savaşa gedən qardaşları üçün: “Bizimlə qalsaydılar, nə ölər, nə də öldürülərdilər”– deyən inkarçılar kimi olmayın! Allah bu tip düşüncəni qəlblərində bir üzüntü qaynağı edər. Yaşadan da, öldürən də Allahdır. Allah etdiklərinizi görür.
3:157 Allah yolunda ölər yaxud öldürülsəniz, Allahın bağışlaması və rəhmətinə qovuşmuş olarsınız ki, bu onların bütün topladıqlarından daha yaxşıdır.
3:159 Allahın sənə bir lütfü olaraq onlarla mülayim rəftar etdin. Kobud və daş ürəkli olsaydın, çevrəndən dağılıb gedərdilər. Onları əfv et, bağışlanmalarını dilə və görüləcək işlər haqqında onlara danış. Qərar verincə də Allaha güvən; Allah güvənənləri sevər.
3:160 Allah sizi dəstəkləyərsə, heç bir güc sizi məğlub edə bilməz. Sizi tərk edərsə, artıq sizə kim yardım edə bilər ki? İman edənlər Allaha güvənsin.