Kəhf - 18:110
De ki, "Mən sizin kimi bir insandan başqa bir şey deyiləm. Tanrınızın tək bir Tanrı olduğu mənə vəhy edildi. Rəbbi ilə qarşılaşmağı ümid edən hər kəs müttəqi işlər görsün və Rəbbinə olan qulluğa heç kimsəni ortaq qoşmasın."
"İddia etdiyin kimi göydən üzərimizə parçalar düşürməlisən" - İnkar edənlər möcüzə görsələr belə iman etməzlər:
Rad/13:31
Əgər o dağları hərəkətə gətirən, yaxud yer üzünü parçalayan, yaxud ölüləri dirildən bir Quran olsaydı belə (onlar yenə iman etməzdi). Bütün işlər Allahın kontrolundadır. İman edənlər hələ də anlamadılarmı ki, Allah istəsəydi bütün insanları doğruya yetişdirərdi. İnkar edənlər, Allahın sözü yerinə yetincəyə qədər etdiklərinə qarşılıq olaraq ya başlarına, ya da yaxınlarına üz verəcək bir fəlakətə uğrayacaqlar. Allah sözündən dönməz.
Rum/30:58
Biz bu Quranda, insanlar üçün hər cür örnəyi verdik. Onlara bir möcüzə gətirsən, kafirlər, "Siz yanılanlarsınız," deyəcəklər.
Ənam/6:7
Sənə kağız üzərinə yazılı bir kitab nazil etsəydik və hətta əlləri ilə toxunsaydılar, inkar edənlər: "Bu ancaq açıq-aşkar bir sehrdir!" – deyəcəklər.
Bəqərə/2:145
Kitab verilənlərə hər cürə ayəni (möcüzəni) gətirsən də, onlar yenə sənin qiblənə yönəlməz. Sən də onların qibləsinə tabe olan deyilsən. Onlar bir-birlərinin qibləsinə də tabe olmaz. Sənə gələn bu bilgidən sonra, onların kefinə (istəyinə) uyarsansa zalımlardan olarsan.
Ənam/6:109
Onlara bir möcüzə gəlsə ona mütləq iman edəcəklərinə dair bütün gücləriylə Allaha and içərlər. De ki: "Möcüzələr Allahın yanındadır." Möcüzə gəldiyi zaman da onların iman etməyəcəyini bilmirsiniz?
Hicr/15:14
Onlara göydən bir qapı açsaq və onun içində (yuxarıya doğru) yüksəlmiş olsaydılar,
Hicr/15:15
"Gözlərimiz sərxoş edildi, sehrləndik," deyəcəkdilər.
Rum/30:58
Biz bu Quranda, insanlar üçün hər cür örnəyi verdik. Onlara bir möcüzə gətirsən, kafirlər, "Siz yanılanlarsınız," deyəcəklər.
Qamər/54:2
Bir möcüzə görsələr üz çevirərlər və, "Davam eden bir sehrdir" deyərlər.
Ali İmran/3:183
Onlar, “Atəşin yeyəcəyi bir qurban gətirmədikcə heç bir elçiyə iman etməməmiz mövzusunda Allah bizdən söz aldı," - deyirlər. De ki, “Məndən öncə, açıq-aşkar dəlillərlə birlikdə bu dediyinizi də sizə gətirən elçilər gəldi. Sözünüzün yiyəsisinizsə nə üçün onları öldürdünüz?"
Ənam/6:25
Onların bir qismi səni dinləyir. Fəqət, qəlbləri üzərinə anlamalarına əngəl olacaq pərdələr, qulaqlarına da ağırlıq qoyarıq. Hər bir möcüzəni görsələr də ona iman etməzlər. Buna görə sənin yanına gəldiklərində səninlə mübahisə edir və inkar edənlər, "Bu ancaq bir əfsanədir," deyir.
Şuəra/26:187
"Doğru sözlüsənsə, göydən üzərimizə kütlələr endir."
İsra/17:92
"Və ya iddia etdiyin kimi, göydən üzərimizə parçalar düşürməli, yaxud Allahı və mələkləri qarşımıza gətirməlisən."
İsra/17:93
"Ya da qızıldan bir evin olmalı və ya göyə yüksəlməlisən. Yüksəlsən belə oxuyacağımız bir kitabı üzərimizə endirmədikcə ona iman etməyəcəyik." De ki: "Rəbbim Ucadır. Mən elçi olan bir insandan başqa bir şeyəmmi ki?"
Tur/52:44
Göydən bir parçanın düşdüyünü görsələr, "Bulud topasıdır!" deyərlər.
Ənam/6:35
Üz çevirmələri sənə ağır gəldisə, biləsən ki, yerin içinə bir dəlik açmağa ya da göyə nərdivan dayamağa gücün yetsə, bir möcüzə ortaya qoysan yenə də təsir etməz... Allah istəsəydi onları doğru yola toplayardı. Elə isə cahillərdən olma!
Əraf/7:146
Yer üzündə haqsız yerə təkəbbür göstərənləri möcüzələrimdən çevirəcəyəm. Hər cürə möcüzəni görsələr də iman etməzlər. Doğru yolu görsələr onu yol seçməzlər. Amma azğınlıq yolunu görsələr onu yol seçərlər. Çünki onlar ayələrimizi yalanladılar və əhəmiyyət vermədilər.
Bəqərə/2:118
Cahillər: “Allah bizimlə danışmalı və ya bizə bir ayə (möcüzə) gəlməli deyildimi?” dedilər. Daha öncəkilər də onlar kimi danışmışdılar. (Onların) başları bir-birinə bənzəyir. Biz möcüzələri, iman edənlərə sərgiləyərik.