Məryəm - 19:96 İman edib müttəqi davrananlara Rəhman sevgi bağışlayar.
İnsan və cəmiyyət müttəqi olarsa:
Yunus/10:64 Dünya həyatında da, axirətdə də xoşbəxtlik onlarındır. Allahın kəlmələri (verdiyi söz) dəyişməz. Məhz bu, ən böyük zəfərdir.

Nisa/4:147 Siz şükür edib və iman etsəniz, Allah sizi nə üçün cəzalandırsın ki? Allah Qarşılıq Verəndir, Güclüdür.

Maidə/5:66 Tövratı, İncili və onlara nazil edilənləri tətbiq etsəydilər, onları başdan ayağa nemətlərə boğardıq. Onların arasında mötədil bir camaat olsa da, əksəriyyəti pis işlər görməkdədir.

Əraf/7:96 Ölkələrin xalqları iman edib müttəqi davransaydılar, göylərdən və yerdən üzərlərinə bolluq qapısını açardıq. Amma yalanladılar və bundan sonra qazandıqları ilə birlikdə onları yaxaladıq.

Kəhf/18:16 "Madam ki, siz onlardan və Allahdan başqa qulluq/xidmət etdiklərindən ayrıldınız, elə isə mağaraya sığının. Ola bilər ki, Rəbbiniz sizə rəhmətini yağdırar, işinizdə sizə müsbət nəticə hazırlayar."

Yunus/10:98 İnancı özünə fayda verməyən bir camaat olsaydı belə, Yunusun xalqı bunun bir istisnası olardı; İman etdikləri zaman, bu dünya həyatındakı alçaldıcı əzabı onların üzərindən qaldırdıq. Bir müddətə qədər onları nemətlərlə yaşatdıq.

Hud/11:3 Rəbbinizin bağışlamasını diləyib, Ona tövbə etməlisiniz. O zaman, sizi bəlli bir vaxta qədər gözəlcə keçindirər və layiq olan hər kəsə də lütfündən verər. Dönərsəniz, sizin üçün böyük günün əzabından qorxuram.
Hud/11:52 "Ey xalqım, Rəbbinizdən bağışlanma diləyin, sonra Ona yönəlin ki, göydən üzərinizə bol rəhmət yağdırsın, gücünüzə güc qatsın. Günahkarlar olaraq üz çevirməyin!"
Hud/11:117 Xalqı müttəqi davrandığı müddətcə, Rəbbin məmləkətləri məhv edəcək deyildir.

Nəhl/16:112 Allah güvən içində uğur qazanmış bir topluluğu örnək olaraq verir: O topluluğun ruzisi onlara hər tərəfdən bol miqdarda yetişirdi. Ancaq daha sonra, Allahın nemətlərinə qarşı nankor davranınca Allah onlara aclıq və qorxu bəlasını daddırdı.

Qasas/28:59 Rəbbin, cəmiyyətlərin mərkəzinə, onlara ayələrimizi oxuyan bir elçi göndərmədikcə onları məhv etməz. Biz, xalqı zalım olmayan cəmiyyətləri əsla məhv etmərik.

Saffat/37:141 Qarşı çıxdı və yanlış qərar verənlərdən oldu.
Saffat/37:143 (Tanrını) xatırlayıb düşünməsəydi,
Saffat/37:144 Dirilmə Gününə qədər onun qarnında qalacaqdı.
Saffat/37:145 Onu çöl kimi bir sahilə atdıq, yorğun və halsız...
Saffat/37:146 Və onun üçün orada geniş yarpaqlı ağac yetişdirdik.
Saffat/37:147 Biz onu yüz min və ya daha çox adama göndərdik.
Saffat/37:148 İman etdilər, Biz də onları bir müddətə qədər dolandırdıq (gün-güzəran verdik).

Zuxruf/43:33 Bütün insanlar (inkarçılıqda) vahid bir cəmiyyət olmasaydı, Rəhmanı inkar edənlərin evini gümüş tavanlar və çıxıb qalxacaqları nərdivanlarla təchiz edərdik.
Zuxruf/43:33 Bütün insanlar (inkarçılıqda) vahid bir cəmiyyət olmasaydı, Rəhmanı inkar edənlərin evini gümüş tavanlar və çıxıb qalxacaqları nərdivanlarla təchiz edərdik.
Zuxruf/43:34 Evlərinə qapılar və komfortlu mebellər.
Zuxruf/43:35 Və neçə-neçə cəzbedici maddələr. Bütün bunlar bu dünya həyatının keçici materialıdır. Axirət isə Rəbbinin qatında müttəqilərindir.

Nuh/71:10 Dedim ki, "Rəbbinizdən bağışlanma diləyin; O, çox Bağışlayandır."
Nuh/71:12 "Sizi bol para (pul) və övladlarla dəstəkləsin, sizə bağçalar və çaylar versin."
Nuh/71:13 Sizə nə olub ki, Allaha hörmət göstərmək istəmirsiniz?

Nəhl/16:30 Müttəqilərə: "Rəbbiniz nə nazil etmişdi?" deyilir. "Yaxşılıq," deyə qarşılıq verirlər. Bu dünyada gözəl davrananlar üçün gözəllik vardır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də yaxşıdır.
Nəhl/16:41 Zülmə uğradıqdan sonra Allah uğrunda köç (hicrət) edənləri dünyada gözəl şəkildə yerləşdirəcəyik. Axirət mükafatları isə daha böyükdür; bir bilsələr...
Nəhl/16:97 Kişi olsun, qadın olsun, hər kim inanclı olaraq yaxşı bir iş görərsə, ona bu dünyada gözəl bir həyat bağışlayarıq və etdikləri yaxşı işlərə qarşılıq mükafatlarını da tam verərik.
Nəhl/16:120 İbrahim, Allaha boyun əyən, monoteist bir öncü idi. Heç bir vaxt ortaq qoşmadı.
Nəhl/16:121 Onun nemətlərinə şükür edən idi. Onu seçdi və  onu doğru yola yönəltdi.
Nəhl/16:122 Və ona bu dünyada xoşbəxtlik verdik, axirətdə isə müttəqilərlə birlikdə olacaqdır.

Nur/24:55 Allah, iman edib müttəqi davrananlarınızı, onlardan öncəkiləri hakim etdiyi kimi onları da hakim edəcəyinə, onlar üçün seçdiyi dini bərqərar edəcəyinə və qorxularını güvənə çevirəcəyinə (dair) söz vermişdir. Çünki onlar Mənə qulluq edərlər və Mənə heç bir şeyi ortaq qoşmazlar. Bundan sonra inkar edənlər, yoldan çıxmış olanlardır.