بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
16:122 Və ona bu dünyada xoşbəxtlik verdik, axirətdə isə müttəqilərlə birlikdə olacaqdır.
16:123 Həqiqətən İbrahimin dinini bir monoteist olaraq izləməyin üçün sənə vəhy etdik; o əsla bütpərəstlərdən olmadı.
16:124 Şənbə günü, sadəcə onda ayrılığa (ixtilafa) düşənlərə vacib edilmişdi. Rəbbin ayrılığa (ixtilafa) düşdükləri mövzuda Dirilmə günü aralarında hökm verəcəkdir.
16:125 Rəbbinin yoluna hikmətlə və gözəl aydınlatma ilə dəvət et. Onlarla ən gözəl tərzdə mübahisə et. Rəbbin, yolundan azanları və doğru yolda olanları ən yaxşı biləndir.
16:126 Qarşılıq verəcəksinizsə, sizə verilən qarşılığın bir bənzəriylə qarşılıq verin. Səbr edərsinizsə, əlbəttə bu səbr edənlər üçün daha xeyirlidir.
16:127 Səbr et, səbrin ancaq Allahın yardımıyladır. Onlar üçün üzülmə və onların hiylələrindən də narahat olma.