Ta ha - 20:123
(Allah) dedi ki, "Bir-birinizə düşmənlər olaraq ordan aşağı enin. Sizə Məndən bir yol göstərici gəldiyində, kim mənim yoluma tabe olarsa, o azmaz və pərişan olmaz."
Şeytanın insana düşmənçiliyi:
Əraf/7:16
(İblis:) "Məni azdırmana qarşılıq olaraq, onlara görə Sənin ən doğru yolunun üzərində gizlicə oturacağam."
Əraf/7:17
"Sonra önlərindən, arxalarından, sağlarından və sollarından onlara (onların yanına) soxulacağam. Beləcə əksəriyyətini şükür edən görməyəcəksən."
Hicr/15:36
(İblis:) "Rəbbim, diriləcəkləri günə qədər mənə möhlət ver," dedi.
Hicr/15:37
(Allah) dedi ki: "Oldu, sənə möhlət verildi."
Hicr/15:38
"Məlum vaxtın gününə qədər..."
Hicr/15:39
(İblis) dedi ki: "Rəbbim, məni yoldan çıxartdığın üçün, onları yer üzündə başdan çıxarıb toplu halda azdıracağam."
Hicr/15:40
"Özlərini sadəcə Sənə həsr edənlər xaric."
Bəqərə/2:168
Ey insanlar! Yerin halal və təmiz məhsullarından yeyin, şeytanın addım izləri ilə getməyin; o, sizə açıq-aydın düşməndir.
Bəqərə/2:169
O sizə pisliyi, həyasızlığı və Allaha bilmədiyiniz şeyləri isnad etməyinizi əmr edər.
Nisa/4:119
"Onları azdıracağam, onları xülyalarla məşğul edəcəyəm; heyvanların qulaqlarını yarmalarını (beləcə ətlərini haram etmələrini) əmr edəcəyəm, Allahın yaratdıqlarını dəyişdirmələrini əmr edəcəyəm”. Kim Allah yerinə şeytanı dost və hökmdar seçərsə, açıq-aşkar bir ziyana uğramışdır.
Nisa/4:120
Onlara söz verir, ümid verir. Gerçəkdə, şeytanın onlara verdiyi söz aldatmaqdan başqa bir şey deyildir.
İbrahim/14:22
Qərar yayımlandıqdan sonra şeytan onlara belə dedi: "Allah sizə gerçəyi söz verdi, mən isə sizə söz verdim və sözümdən döndüm. Mənim sizin üzərinizdə heç bir gücüm yox idi; mən sizi çağırdım, siz də mənə qatıldınız. Buna görə məni qınamayın, yalnızca özünüzü qınayın. Nə siz məni qurtara bilərsiniz, nə də mən sizi qurtara bilərəm. Məni ortaq qoşmanızı zatən öncə də inkar etmişdim." Zalımlar üçün ağrılı-acılı bir əzab vardır.
İsra/17:64
Onlardan gücün çatdığı kimsələri səsinlə yerindən oynat, onlara qarşı bütün gücünü və adamlarını səfərbər et, paralarının (pullarının) və övladlarının bir bölümünə ortaq ol və onlara ümid ver. Şeytan, onlara ancaq saxta ümidlər verir."
Fatir/35:5
Ey insanlar! Allahın sözü gerçəkdir; Dünya həyatı sizi aldatmasın. Aldadıcı, sizi Allah haqqında aldatmasın.
Fatir/35:6
Şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O partiyasını (öz tərəfdarlarını) sadəcə cəhənnəm əhli olmağa çağırır.
Maidə/5:91
Şeytan, sərxoşedicilərlə, qumarla aranıza düşmənçilik və kin salmaq, sizi Allahı xatırlamaqdan və namazdan ayırmaq istəyir. Artıq (bunlardan) əl çəkirsinizmi?
Ya sin/36:59
Ey günahkarlar, siz bu gün ayrılın.
Ya sin/36:60
Ey Adəmin övladları, şeytana qulluq/xidmət etməyəcəyinizə dair sizdən söz almamışdımmı? O sizin açıq-aydın düşməninizdir.
Ya sin/36:61
Mənə qulluq edin. Bu ən doğru yoldur.
Ya sin/36:62
Buna rəğmən o, sizdən bir çox nəsilləri azdırdı. Heç ağlınızı işlətmirdiniz?
Ya sin/36:63
Bax, sizə söz verilən cəhənnəm budur!