بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
5:81 Allaha, Peyğəmbərə və ona nazil edilənə iman etsəydilər, onları özlərinə dost qəbul etməzdilər. Lakin onların əksəriyyəti yoldan çıxmışdır.
5:82 İnsanların arasında iman edənlərin ən azğın düşməni olaraq Yəhudiləri və müşrikləri görəcəksən. İman edənlərə sevgi baxımından ən yaxın olanları da “Biz Xristianıq!” – deyənləri görərsən. Çünki onların arasında təkəbbür göstərməyən papalar və rahiblər vardır.
5:83 Elçiyə nazil edilənləri dinlədikləri zaman, gerçəyi tanımalarından ötrü gözlərinin yaşla dolduğunu görərsən. Deyərlər ki, "Rəbbimiz! İman etdik, bizi şahidlərdən hesab et."
5:84 "Rəbbimizin bizi yaxşıların arasına qatmasını ümid etdiyimiz halda nə üçün Allaha və bizə yetişən gerçəklərə iman etməyək?"
5:85 Bu sözlərindən ötrü Allah onlara, içlərində çaylar axan və sürəkli qalacaqları cənnətlər verdi. Yaxşı davrananların qarşılığı budur.
5:87 Ey iman edənlər! Allahın sizə halal etdiyi yaxşı şeyləri haram etməyin. Həddi aşmayın. Allah həddi aşanları sevməz.
5:88 Allahın sizə ruzi olaraq verdiklərini, halal və təmiz olaraq yeyin. İman etdiyiniz Allahı dinləyin.
5:89 Allah qəsdiniz olmadan içdiyiniz andlardan sizi məsuliyyətli tutmaz. Ancaq bilə-bilə içdiyiniz andlardan sizi məsuliyyətli tutar. Andınızı pozsanız cəzası, ailənizə ümumi olaraq yedirtdiyiniz yeməklərdən on yoxsulu doyurmaq və ya geyindirmək və ya bir köləni azad etməkdir. Kim tapa bilməzsə üç gün oruc tutmalıdır. Bu, bilə-bilə içdiyiniz andlarınızın cəzasıdır. Andlarınızı qoruyun. Allah gözəl qarşılıq verəsiniz deyə ayələrini bu cür açıqlayır.
5:90 Ey iman edənlər! Sərxoş edici maddələr, qumar, müqəddəs daş və ziyarətgahlar, şans oyunları şeytan əməli olan bir pislikdir. Bunlardan çəkinin ki, qurtulasınız.
5:91 Şeytan, sərxoşedicilərlə, qumarla aranıza düşmənçilik və kin salmaq, sizi Allahı xatırlamaqdan və namazdan ayırmaq istəyir. Artıq (bunlardan) əl çəkirsinizmi?
5:92 Allaha tabe olun, elçiyə tabe olun və diqqətli olun. Üz çevirsəniz, bilin ki, elçimizin öhdəsinə düşən görəv, açıq-aydın bildirməkdir.
5:93 İman edib müttəqi işlər görənlər, əmrlərə tabe olaraq iman edib muttəqi davrandıqları, günahlardan çəkinib iman etdikləri və yenə çəkinib yaxşılıq etdikləri müddətcə yediklərindən ötrü onlara bir günah yoxdur. Allah yaxşı davrananları sevər.
5:94 Ey iman edənlər! Əllərinizin və nizələrinizin çata biləcəyi ovlarla Allah sizi sınayacaq ki, yalnız ikən də Ondan qorxanları Allah ayırsın. Kim bundan sonra həddi aşarsa, onun üçün ağrılı-acılı bir əzab vardır.
5:95 Ey iman edənlər! İhramda ikən (Həcc üçün müqəddəs bölgədə ikən) ov heyvanı öldürməyin. Sizdən kim qəsdən onu öldürərsə cəzası, aranızdan iki ədalətli şəxsin qərarlaşdırmasına əsasən ona uyğun bir ev heyvanı qurban olaraq Kəbəyə göndərməsidir. Yaxud cəza olaraq, yoxsulları doyurması ya da buna uyğun oruc tutması lazımdır. Beləcə etdiyinin vəbalını dadmış olsun. Keçmişdəkiləri Allah əfv etdi. Kim bunu təkrarlayarsa Allah ondan öc alar. Allah Üstündür, Öc Alandır.
5:96 Dəniz heyvanlarını ovlamaq və onları yemək sizə halal edildi. Sizə və yolçulara (səfərdə olanlara) dolanacaq vasitəsi olsun deyə... İhramda olduğunuz müddətcə quruda ov etmək sizə qadağan edildi. Hüzuruna toplanacağınız Allahı dinləyin.
5:97 Allah, müqəddəs ev Kəbəni, müqəddəs ayları, nəzirləri və onları işarələyən çələngləri (nişanları), insanlar üçün güvənlik ünsürü etdi. Biləsiniz ki, Allah göylərdə və yerdə olanları bilir. Allah hər  şeyi Bilir.
5:98 Bilin ki, Allahın cəzası çətindir (şiddətlidir). Allah Bağışlayandır, Rəhmlidir.
5:99 Elçinin görəvi ancaq açıq şəkildə bildirməkdir. Allah aşkara çıxardığınızı da, gizlədiklərinizi də bilir.
5:100 De: "Pis ilə yaxşı eyni olmaz; pisin çoxluğu diqqətini çəksə belə... Ağıl sahibləri, uğur qazanmaq istəyirsinizsə (sayınız aşağı düşsə belə) Allahı dinləyin."