Ta ha - 20:3 Ancaq (Allaha) ehtiram göstərənlər üçün bir öyüddür.
Quran iman edənlər üçün öyüddür:
Yunus/10:57 Ey insanlar, Rəbbinizdən sizə bir öyüd, könülləri sıxan hər şeyə qarşı bir şəfa, iman edənlərə bir yol göstərən və bir rəhmət gəlmişdir.

İbrahim/14:52 Bu, insanlar üçün bir bildirişdir. Bu xəbərdarlığı dinləsinlər, Onun yalnız Tək Tanrı olduğunu bilsinlər və ağıl sahibləri öyüd alsınlar.

İsra/17:41 Biz, öyüd almaları üçün Quranda açıqladıq. Lakin bu, sadəcə onların nifrətini artırır.

Ta ha/20:2 Biz bu Quranı sıxıntı çəkəsən deyə göndərmədik.
Ta ha/20:113 Biz, beləcə onu ərəbcə bir Quran olaraq nazil etdik. Müttəqi davranarlar və ya onlar üçün bir öyüd olar deyə, onda gələcəyin xəbərlərini müxtəlif şəkillərdə açıqladıq.

Nur/24:34 Açıq-aşkar ayələr nazil etmişik, sizdən öncə keçmiş kimsələrdən örnəklər və müttəqilər üçün bir öyüd.

Ənkəbut/29:51 Bu kitabı sənə nazil etməyimiz və onlara oxunması onlara yetərli deyilmi? Bunda iman edən bir camaat üçün bir rəhmət və öyüd vardır.

Sad/38:29 Sənə nazil etdiyimiz bu kitab mübarəkdir; ayələrini tədqiq edib araşdırsınlar və ağıl sahibləri öyüd alsınlar.

Zumər/39:27 Biz bu Quranda, insanlar üçün hər cür örnəyi verdik ki, öyüd alsınlar.

Duxan/44:58 Bunu sənin dilinlə asanlaşdırdıq ki, öyüd alsınlar.

Qaf/50:45 Biz onların nə danışdığını yaxşı bilirik. Sən onların üzərində zor tətbiq edən deyilsən. Xəbərdarlıqlarımdan qorxanlara sən bu Quran ilə öyüd ver.

Qamər/54:17 Quranı mesaj üçün asanlaşdırdıq; Öyüd alan yoxdur?

Muddəssir/74:56 Allah istəməzsə onlar öyüd ala bilməzlər. O, (Quran) müttəqi davranmanın qaynağıdır; bağışlamanın qaynağıdır.

Hud/11:114 Gündüzün iki ucunda, gecənin yaxın qismində namazı qoru! Yaxşılıqlar pislikləri silib götürər. Bu, öyüd alanlara bir öyüddür.

Nur/24:1 Bu, nazil edərək qanun olaraq yayımladığımız bir surədir, öyüd alasınız deyə içinə açıq-aşkar ayələr yerləşdirdik.

Qasas/28:46 (Musanı) çağırdığımız zaman Turun yamacında da deyildin. Ancaq, səndən öncə özlərinə  bir xəbərdar edən gəlməmiş bir camaatı xəbərdar etməyin üçün Rəbbindən bir rəhmət olaraq (sənə bilgi veririk); bəlkə öyüd alarlar.
Qasas/28:51 Öyüd alarlar deyə onlara mesajı çatdırdıq.

Tur/52:29 Sən öyüd ver! Rəbbinin sənə olan yaxşılığı sayəsində sən nə bir kahinsən, nə də dəli.

Əbəsə/80:4 Yaxud da öyüd-nəsihət alacaq və ona mesajın faydası toxunacaqdı.


Bəqərə/2:221 Ortaq qoşan qadınlar iman etmədikcə onlarla evlənməyin. İman edən bir xidmətçi qadın, ortaq qoşan bir qadından daha xeyirlidir; ondan xoşunuz gəlsə belə. Ortaq qoşan kişilərlə, iman edincəyə qədər qızlarınızı evləndirməyin. İman edən bir xidmətçi kişi ortaq qoşandan daha xeyirlidir, xoşunuz gəlsə belə... Onlar, atəşə çağırır. Allah isə cənnətə və bağışlanmağa çağırır və öyüd almaları üçün ayələrini insanlara açıqlayır.
Bəqərə/2:231 Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti sona yetişdiyi zaman onları ya yaxşılıqla yanınızda saxlayın və ya yaxşılıqla buraxın. İntiqam almaq üçün onlara zərər verəcək şəkildə saxlamayın. Bunu edən özünə zülm etmiş olar. Allahın ayələrini xəfifə almayın. Allahın sizə verdiyi nemətlərini və sizə öyüd vermək üçün nazil etdiyi Kitabı və hikməti düşünün. Allahı dinləyin və bilin ki, Allah hər şeyi bilir.

Ali İmran/3:138 Bu (Quran), insanlar üçün bir xəbərdarlıq, müttəqilər üçün də bir yol göstərici və öyüddür.

Əraf/7:2 Bu, sənə nazil edilən bir kitabdır. Onunla xəbərdar etməyin və iman edənlərə öyüd-nəsihət verməyin üçün sinəndə heç bir şübhə və sıxıntı olmasın.