Ta ha - 20:5
Rəhman, idarə etmə və hökmranlığı əlində saxlayandır.
Hər şeyin hökmranlığı, kontrolu və idarə edilməsi Allaha aiddir:
Ənam/6:59
Gizli şeylərin (Qeybin) açarı Onun əlindədir, Ondan başqası onları bilməz. Quruda və dənizdə nə varsa onları bilir. Biliyi xaricində bir yarpaq belə düşməz. Yerin qaranlığında bir toxum, yaş və ya quru heç bir şey yoxdur ki, açıq-aşkar bir kitabda qeyd edilməsin.
Nisa/4:108
İnsanlardan gizləyərlər amma Allahdan gizləyə bilməzlər. Halbuki Onun xoşlanmadığı düşüncələri qurarlarkən O onlarla bərabərdir. Allah onların bütün etdiklərini Əhatə Edir.
Mucadilə/58:7
Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini anlamırsınız? Üç nəfər gizli danışsa, mütləq O onların dördüncüsüdür. Beş nəfər olsalar, mütləq O onların altıncısıdır. İstər bundan az və ya çox və harada olursa olsunlar, O onlarla bərabərdir. Sonra dirilmə günündə onlara etdiklərini xəbər verər. Allah hər şeyi Biləndir.
Bəqərə/2:255
Allah: Ondan başqa tanrı yoxdur, Yaşayandır, Sonsuzdur. Onu nə mürgü, nə də yuxu tutmaz. Göylərdə və yerdə nə varsa Onundur. İzni olmadan kim Onun qatında vasitəçilik edə bilər? Onların keçmişini və gələcəyini bilir. İstədiyi miqdardan başqa Onun biliyindən heç bir şeyi qavraya bilməzlər. Hökmranlığı göyləri və yeri əhatə etmişdir. Onları qorumaq Onu yormaz. O Ucadır, Böyükdür.
Bəqərə/2:107
Göylərin və yerin hökmranlığının Allaha aid olduğunu bilmirsənmi? Sizin Allahdan başqa Sahibiniz və Yardımçınız yoxdur.
Ali İmran/3:189
Göylərin və yerin hökmranlığı Allaha aiddir. Allah hər şeyə Gücü Yetəndir.
Maidə/5:17
“Allah Məryəm oğlu Məsihdir,”– deyənlər əlbəttə kafir olmuşdurlar. De ki: “Əgər Allah Məryəm oğlu Məsihi, onun anasını və yer üzündə olanların hamısını məhv etmək istəyərsə, kim buna əngəl ola bilər?” Göylərin, yerin və arasındakıların hökmranlığı Allaha aiddir. İstədiyini yaradır. Allah hər şeyə Gücü Yetəndir.
Maidə/5:18
Yəhudilər və Xristianlar: “Biz Allahın oğulları və sevimliləriyik”– dedilər. "Elə isə günahlarınıza görə nə üçün sizi cəzalandırır? Siz sadəcə Onun yaratdığı insanlardansınız," - de. İstəyəni/istədiyini bağışlayır, istəyəni/istədiyini də cəzalandırır. Göylərin, yerin və bunların arasındakıların hökmranlığı Allaha aiddir. Dönüş də Onadır.
Maidə/5:40
Göylərin və yerin hökmranlığı Allaha aiddir, bilmirsənmi? İstədiyinə əzab verər, istədiyini də bağışlayar. Allah hər şeyə Gücü Yetəndir.
Maidə/5:120
Göylərin, yerin və aralarındakı hər şeyin hökmranlığı Allaha aiddir. Onun gücü hər şeyə yetər.
Əraf/7:158
De ki: "Ey insanlar, mən, hamınız üçün, göylərin və yerin hökmranlığına sahib olan Allahın elçisiyəm. Ondan başqa tanrı yoxdur. Dirildir və öldürür." Allaha və ümmi olan elçisinə iman edin, Necə ki, o da Allaha və sözlərinə iman etməkdədir. Ona tabe olun ki, doğrunu tapa biləsiniz.
Əraf/7:185
Göylərin və yerin səltənətinə və Allahın yaratdığı şeylərə baxmırlarmı? Son anlarının yaxınlaşa biləcəyini heç düşünmürlərmi? Bundan sonra artıq hansı hədisə (sözə) inanırlar?
Tovbə/9:116
Göylərin və yerin hökmranlığı Allaha aiddir. Dirildir və öldürür. Sizin üçün Allahdan başqa nə bir sahib, nə də bir yardımçı yoxdur.
Rad/13:2
Görə biləcəyiniz bir dirək olmadan göyləri yüksəldən, sonra bütün idarəetmə işinə hakim olan, günəşi və ayı əmri altına alan Allahdır. Hamısı müəyyən bir müddət üçün axıb getməkdədir. Bütün işləri kontrol edər və ayələri detallı olaraq açıqlayar ki, Rəbbinizlə qovuşma barəsində şübhəniz qalmasın.
Yusuf/12:39
"Ey həbsxana yoldaşlarım, fərqli rəblərmi daha yaxşıdır, yoxsa Tək və hər şeyə Hakim olan Allahmı?"
Rad/13:16
De ki: "Rəbbi kimdir, göylərin və yerin?" De ki: "Allahdır!" De ki: "Ondan başqa, özlərinə belə fayda və zərər verə bilməyən kimsələri övliyalarmı seçdiniz?" De ki: "Heç korla görən eyni ola bilərmi, yaxud heç qaranlıqla işıq eyni ola bilərmi?" Yoxsa Allahın yaratdığı kimi yaradan ortaqlar tapdılar sonra da yaratmalarını bir-biriyləmi qarışdırdılar? De ki: "Allah hər şeyin Yaradıcısıdır. O Təkdir, Hökmdardır."
İsra/17:42
De ki: "İddia etdikləri kimi onunla yanaşı başqa tanrılar olsaydı, onlar da Hökmranlığın Sahibinə doğru yol axtarardılar."
Ta ha/20:5
Rəhman, idarə etmə və hökmranlığı əlində saxlayandır.
Muminun/23:88
De ki: "Qoruyub mühafizə edən, fəqət Özü qorunub mühafizə edilməyən; hər şeyin hökmranlığını əlində saxlayan kimdir, bilirsinizmi?"
Muminun/23:89
"Allah!" deyəcəklər. De ki, "O halda necə olur ki, aldanırsınız?"
Fatir/35:13
Gecəni gündüzün içinə salar, gündüzü də gecənin içinə salar. Müəyyən edilmiş bir müddətə qədər axıb gedən günəşi və ayı əmri altına almışdır. Rəbbiniz Allah bax belədir; Hökmranlıq Ona aiddir. Ondan başqa çağırdıqlarınız isə nüvə membranını belə idarə edə bilməzlər.
Sad/38:65
De ki, "Mən sadəcə xəbərdar edən biriyəm. Tək və Hakim olan Allahdan başqa bir tanrı yoxdur."
Zumər/39:4
Allah bir övlad istəsəydi, yaratdıqlarının arasından istədiyini seçərdi. O, çox Ucadır. O, Tək və Hakim olan Allahdır.
Zumər/39:6
Sizi tək bir nəfərdən yaratdı. Sonra ondan da həmtayını yaratdı. Sizə səkkiz cür kənd təsərrüfatı heyvanı endirdi. Sizi analarınızın qarınlarında, üç qaranlıq içərisində yaradılışdan yaradılışa keçirərək yaratmaqdadır. Rəbbiniz olan Allah bax budur. Hökmranlıq Ona aiddir. Ondan başqa tanrı yoxdur. Necə olur ki, çevrilirsiniz?
Həşr/59:23
O Allahdır ki, Ondan başqa Tanrı yoxdur. Hökmrandır, Müqəddəsdir, Salamdır (Sülh və salamatlıq bəxş edəndir), Güvəniləndir, Qoruyandır, Üstündür, Güclüdür, Uludur. Allah onların ortaq qoşduqlarından çox Ucadır.
Haqqə/69:17
Mələklər hər yandadır. Rəbbinin hökmranlığı o gün səkkiz (aləm) üzərində hakim olacaqdır.
Bəqərə/2:257
Allah iman edənlərin Hökmdarı və Dostudur; onları qaranlıqlardan aydınlığa çıxarır. İnkar edənlərin dostları isə azğın kəslərdir; onları aydınlıqdan qaranlığa çıxarırlar. Onlar atəş xalqıdır, onlar orada sürəkli qalacaqlar.
Bəqərə/2:286
Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyər. Hər kəsin qazandığı yaxşılıq öz xeyrinə, qazandığı pislik isə öz zərərinədir. “Rəbbimiz, unudar yaxud yanılarıqsa bizi məsul tutma! Rəbbimiz, bizdən öncəkilərə yüklədiyin kimi bizə ağır öhdəliklər yükləmə! Rəbbimiz, gücümüzün çatmayacağı şeyləri bizə yüklətmə! Bizi xoş qarşıla, bizi bağışla və bizə rəhm et! Sənsən bizim Mövlamız (Sahibimiz və Hökmdarımız)! İnkar edən topluluqlara qarşı bizə yardım et!”
Ali İmran/3:68
İnsanların İbrahimə ən yaxın olanları, onun ardınca gedənlər, bu Peyğəmbər və iman edənlərdir. Allah iman edənlərin Hökmdarı və Dostudur.
Nisa/4:119
"Onları azdıracağam, onları xülyalarla məşğul edəcəyəm; heyvanların qulaqlarını yarmalarını (beləcə ətlərini haram etmələrini) əmr edəcəyəm, Allahın yaratdıqlarını dəyişdirmələrini əmr edəcəyəm”. Kim Allah yerinə şeytanı dost və hökmdar seçərsə, açıq-aşkar bir ziyana uğramışdır.
Ənam/6:18
O Öz qullarına tamamilə hakimdir. O, Hikmət sahibidir, Xəbərdardır.
Ənam/6:61
O Öz qullarına tamamilə hakimdir və üzərinizə qoruyucu mələklər göndərir. Sizdən birinə ölüm gəldiyi zaman elçilərimiz onun canını (o an) vaxt itirmədən alarlar.
Ənfal/8:40
Dönərlərsə, bilin ki, Sahibiniz Allahdır. O, ən yaxşı Mövla (Hakim/Dost/Qoruyucu) və ən yaxşı Yardımçıdır.
Ali İmran/3:109
Göylərdə və yerdə nə varsa Allahındır və bütün işlər Allah tərəfindən kontrol edilir.
Ali İmran/3:120
Sizə bir yaxşılıq toxunsa onlar üzülər, başınıza bir pislik gəlsə ona sevinərlər. Çətinliklərə qarşı müqavimət göstərər və müttəqi davranarsanız intriqaları sizə heç bir zərər verməz. Allah (onların) bütün etdiklərini kontrol edər.
Nisa/4:85
Kim bir yaxşılığa vasitəçilik edərsə, özü üçün ondan bir pay var. Kim bir pisliyə vasitəçilik edərsə, özü üçün ondan bir pay var. Allah hər şeyi kontrol edər.
Ənam/6:102
Məhz Rəbbiniz Allah budur. Ondan başqa tanrı yoxdur. Hər şeyin Yaradıcısıdır! Ona qulluq edin! O, hər şeyi kontrol edər.
Yunus/10:61
Hansı durumda olursunuz olun, Qurandan nə oxuyursunuz oxuyun, hansı işi görərsəniz görün, siz onlarla uğraşarkən Biz mütləq sizə şahid oluruq. Göylərdə və yerdə olan bir atom ağırlığı belə Rəbbinin kontrolunun xaricinə çıxa bilməz. Atomdan da kiçik olsun, böyük olsun, hər şey açıq-aşkar bir kitabda qeyd edilmişdir.
Yunus/10:31
De ki: "Sizə göydən və yerdən kim ruzi verir? Eşitmə və görmə duyğularınızı kim kontrol edir? Ölüdən dirini, diridən ölünü kim çıxarır? Bütün işləri kim idarə edir?" "Allah," deyəcəklər. De ki: "Elə isə nə üçün müttəqi davranmırsınız?"
Hud/11:12
"Ona bir xəzinə, yaxud onunla birlikdə bir mələk enməli deyildimi?" dedikləri üçün bəlkə də, köksün daralacaq və sənə vəhy edilənin bir qismini tərk edəcəksən. Sən yalnız bir xəbərdarlıq edənsən; Allah hər şeyi kontrol edəndir.
Hud/11:56
"Mən, Rəbbim və Rəbbiniz olan Allaha güvəndim. Onun kontrol etmədiyi heç bir canlı (məxluq) yoxdur. Rəbbim ən doğru yolun üzərindədir."
Hud/11:57
"Üz çevirsəniz, artıq mən mənimlə göndərilən mesajı sizə bildirdim. Rəbbim yerinizə başqa bir xalq keçirəcək və siz Ona heç bir zərər verə bilməzsiniz. Mənim Rəbbim hər şeyi Hifz edib Kontrol Edəndir."
Rad/13:2
Görə biləcəyiniz bir dirək olmadan göyləri yüksəldən, sonra bütün idarəetmə işinə hakim olan, günəşi və ayı əmri altına alan Allahdır. Hamısı müəyyən bir müddət üçün axıb getməkdədir. Bütün işləri kontrol edər və ayələri detallı olaraq açıqlayar ki, Rəbbinizlə qovuşma barəsində şübhəniz qalmasın.
Rad/13:31
Əgər o dağları hərəkətə gətirən, yaxud yer üzünü parçalayan, yaxud ölüləri dirildən bir Quran olsaydı belə (onlar yenə iman etməzdi). Bütün işlər Allahın kontrolundadır. İman edənlər hələ də anlamadılarmı ki, Allah istəsəydi bütün insanları doğruya yetişdirərdi. İnkar edənlər, Allahın sözü yerinə yetincəyə qədər etdiklərinə qarşılıq olaraq ya başlarına, ya da yaxınlarına üz verəcək bir fəlakətə uğrayacaqlar. Allah sözündən dönməz.
Rad/13:33
Hər kəsin etdiyini kontrol edən O deyilmi? Buna rəğmən Allaha ortaq qoşdular. De ki: "Onları (istədiyiniz) isimlərlə təqdim edin! Siz Onun yer üzündə bilmədiyi bir şeyimi Ona xəbər verirsiniz, yoxsa boş sözlərmi uydurursunuz?" Əslində, inkar edənlərin hiylələri özlərinə süslü göstərilir və beləcə yoldan azarlar. Allah kimi azdırarsa, ona doğrunu göstərəcək (olan) yoxdur.
Həcc/22:76
O onların keçmişini də, gələcəyini də bilir. Və bütün işlər Allah tərəfindən kontrol edilir.
Nur/24:44
Allah gecə ilə gündüzü çevirib kontrol edər. Gözləri olanlar üçün əlbəttə bunda bir dərs vardır.
Loğman/31:22
Kim, gözəl davranaraq tamamilə Allaha yönələrsə, ən sağlam bağdan yapışmış olar. Bütün işləri Allah kontrol edər.
Loğman/31:29
Allahın gecəni gündüzün içinə saldığını, gündüzü də gecənin içinə saldığını, günəşi və ayı kontrolu altında saxladığını, hər birinin müəyyən edilmiş bir müddətə qədər axıb getməkdə olduğunu və Allahın onların etdiklərindən xəbərdar olduğunu görmürsünüz?
Səcdə/32:5
Göydən yerə qədər bütün işləri O kontrol edər. Sonra sizin saydığınızdan min ilə bərabər bir gün içində Ona yüksələrlər.
Səba/34:21
Əslində onun, onlar üzərində hökmranlığı (məcburi etdirmə gücü) yoxdu. Ancaq, axirətə iman edəni, ondan şübhə edəndən beləcə ayırarıq. Rəbbin hər şeyi kontrol etməkdədir.
Fatir/35:4
Səni yalanlayarlarsa, səndən öncəki elçilər də yalanlandı. Hər şey Allaha həvalə edilir.
Zumər/39:62
Allah hər şeyin Yaradıcısıdır. O, hər şeyi kontrol edər.
Şura/42:12
Göylərin və yerin bütün kontrolu Ona aiddir. İstədiyinə ruzini bol verər və ya azaldar. O hər şeyi Biləndir.
Rahmən/55:29
Göylərdə və yerdə olan hər kəs Ona yalvarır. O hər gün fasiləsiz kontrol etməkdədir
Leyl/92:13
Son da, Əvvəl də Bizə aiddir.
Bəqərə/2:30
Rəbbin, mələklərə belə demişdi: "Yer üzünə bir xəlifə yerləşdirəcəyəm!" Mələklər də: “Orada fəsad törədəcək, qan axıdacaq birinimi yerləşdirəcəksən? Halbuki biz Səni tərifləyərək ucaldır və mütləq hökmranlığını təsdiqləyirik," dedilər. (Allah:) “Bilmədiyinizi Mən bilərəm,” dedi.
Əraf/7:54
Rəbbiniz Allah, göyləri və yeri altı gündə yaradan və sonra hökmranlığını qurandır. Gecəni, onu durmadan sürətlə təqib edən gündüzə bürüyüb örtər. Günəş, ay və ulduzlar onun hökmünə (əmrinə) boyun əymişdir. Yaratmaq da, yönətmək də Ona aiddir. Aləmlərin Rəbbi olan Allah necə də Uludur!
Yunus/10:3
Göyləri və yeri altı gündə yaradan, sonra hökmranlığını quran Rəbbiniz (sahibiniz) Allahdır. Hər işi idarə edir. İzni olmadan heç kimsə vasitəçilik (şəfaət) edə bilməz. Rəbbiniz Allah budur. Ona qulluq edin. Öyüd almırsınız?
Ənbiya/21:22
O ikisində (göylər və yerdə) Allahdan başqa tanrılar olsaydı, ikisi də fəsada uğrayardı. Mütləq hökmranlığın sahibi Allah onların vəsflərindən çox uzaqdır.
Furqan/25:59
O ki, göyləri, yeri və aralarındakıları altı gündə yaratdı və sonra bütün hökmranlığını qurdu. Rəhmandır; Onu yaxşı bilənlərdən soruş.
Səcdə/32:4
Allah göyləri, yeri və aralarındakıları altı gündə yaradan və sonra bütün hökmranlığını qurandır. Sizin üçün Ondan ayrı bir vəli (sahib) və şəfaətçi (vasitəçi) yoxdur. Öyüddən anlamırsınız?
Hədid/57:4
Odur göyləri və yeri altı gündə yaradan və daha sonra bütün hakimiyyəti quran. Yerə girən və ondan çıxanı, göydən enən və ona yüksələn hər şeyi Bilir. Harada olursunuzsa olun, O sizinlə bərabərdir. Allah bütün etdiklərinizi Görəndir.
Furqan/25:2
Göylərin və yerin hökmranlığı Ona aiddir. Övlad götürməmişdir və hökmranlığında da Özünün ortağı yoxdur. Hər şeyi yaratmış və ən təfərrüatlı ölçülərlə ona nizam vermişdir.
Ya sin/36:83
Hər şeyin hökmranlığını əlində tutan Çox Ucadır və siz də Ona döndəriləcəksiniz.
Sad/38:10
Yoxsa göylərin, yerin və aralarındakıların idarə edilməsi (hökmranlığı) onlaramı aiddir? Burax, öz-özlərini ucaltsınlar.
Zumər/39:44
De ki, "Bütün şəfaət Allaha aiddir." Göylərin və yerin hökmranlığı Ona aiddir. Sonra Ona döndəriləcəksiniz.
Fussilət/41:54
Əslində onlar Rəblərindən bir şübhə içindədirlər. O, hər şeyi (bilgi və idarəçiliyi ilə) əhatə etmişdir.
Şura/42:49
Göylərin və yerin hakimiyyəti Allahındır. İstədiyini yaradır. İstədiyinə dişilər, istədiyinə də erkəklər verir.
Zuxruf/43:82
Göylərin və yerin Rəbbi, Hökmranlığın Rəbbi, onların vəsflərindən çox Ucadır.
Zuxruf/43:85
Göylərin, yerin və aralarındakıların hökmranlığına sahib olan Çox Ucadır. Saatın (dünyanın sonunun) bilgisi Onun yanındadır və siz Ona döndəriləcəksiniz.
Casiyə/45:27
Göylərin və yerin hökmranlığı Allaha aiddir. Saat (dünyanın sonu) gerçəkləşdiyi gün, məhz o gün batili müdafiə edənlər məğlub olacaqdır.
Fəth/48:14
Göylərin və yerin hökmranlığı Allaha aiddir. İstəyəni bağışlayar və istəyəni də cəzalandırar. Allah Bağışlayandır, Rəhmlidir.
Hədid/57:2
Göylərin və yerin hökmranlığı Ona aiddir. Dirildir, öldürür. O, hər şeyə Gücü Yetəndir.
Hədid/57:5
Göylərin və yerin hökmranlığı Ona aiddir. Hər şey Allaha həvalə edilir.
Təğabun/64:1
Göylərdə və yerdə nə varsa, Allahı ucaldır. Hakimiyyət Onundur, tərif Onadır. O, hər şeyə Gücü Yetəndir.
Mulk/67:1
Hökmranlığı (Mülkü) əlində saxlayan Çox Ucadır. O hər şeyə Qadirdir.
Buruc/85:9
Göylərin və yerin hökmranlığı Ona aiddir. Və Allah hər şeyə Şahiddir.