بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
31:21 Onlara: "Allahın nazil etdiyinə tabe olun," deyildiyi zaman, "Yox, biz atalarımızı üzərində gördüyümüz yolu izləyərik," deyərlər.  Şeytan onları alovlu atəşin əzabına çağırmış olsa da?
31:22 Kim, gözəl davranaraq tamamilə Allaha yönələrsə, ən sağlam bağdan yapışmış olar. Bütün işləri Allah kontrol edər.
31:23 İnkar edənlərin inkarları səni üzməsin. Onların dönüşü Bizədir və etdiklərini onlara bildirəcəyik. Allah gizli düşüncələri yaxşı biləndir.
31:25 Onlardan, "Göyləri və yeri kim yaratdı?" deyə soruşsan, "Allah" deyəcəklər. De ki, "Tərif Allaha aiddir." Ancaq çoxları anlamır.
31:26 Göylərdə və yerdə olan hər şey Allahındır. Şübhəsiz Allah Zəngindir, Tərifəlayiq olandır.
31:27 Yer üzündə olan bütün ağaclar qələm olsa, dənizlərə yeddi dəniz əlavə olunaraq istifadə edilsə, Allahın kəlmələri tükənməz. Allah Üstündür, Hikmət Sahibidir."
31:28 Hamınızın yaradılışı və dirilməsi bir tək nəfərinki kimidir. Allah Dinləyəndir, Görəndir.
31:29 Allahın gecəni gündüzün içinə saldığını, gündüzü də gecənin içinə saldığını, günəşi və ayı kontrolu altında saxladığını, hər birinin müəyyən edilmiş bir müddətə qədər axıb getməkdə olduğunu və Allahın onların etdiklərindən xəbərdar olduğunu görmürsünüz?
31:30 Çünki Allah gerçəkdir. Ondan başqa çağırdıqları batildir və Allah Ən Uca və Ən Böyükdür.
31:31 Sizə bəzi ayələrini göstərmək üçün, Allahın lütfü ilə gəmilərin dənizdə axıb getdiyini görmürsünüz? Hər səbr edən və şükür edən üçün bunda dərslər vardır.
31:32 Onları böyük dalğalar bürüdüyündə, dini sadəcə Allaha xas edərək Ona yalvarmağa başlayarlar. Onları quruya çıxardıb qurtardığımız zaman bir qismi orta bir yol tutar. Xain nankorlardan başqası ayələrimizi rədd etməz.
31:33 Ey insanlar! Rəbbinizi dinləyin, atanın övladına yardım edə bilməyəcəyi və övladın da ataya yardım edə bilməyəcəyi gündən qorxun. Allahın sözü gerçəkdir. Dünya həyatı sizi aldatmasın. Aldadıcılar, sizi Allah ilə aldatmasınlar.
31:34 Saatın (dünyanın son saatının) bilgisi Allahın yanındadır. Yağmuru o yağdırır və rəhimlərdə nə varsa bilir. Heç kimsə özünə sabah nə olacağını bilməz, yenə heç kimsə harada öləcəyini bilməz. Allah Biləndir, Xəbərdardır.