Ənbiya - 21:103
O ən böyük qorxu onları üzməz. Mələklər onları qarşılayıb deyərlər: "Bax bu, sizə söz verilən gününüzdür!"
O günün qorxusundan kimlər güvənlikdə olar?
Zuxruf/43:68
Qullarım, bu gün sizə qorxu yoxdur və üzülməyəcəksiniz.
Zuxruf/43:69
Ayələrimə iman edənlər və təslim olanlar,
Zuxruf/43:70
Siz və həmtaylarınız cənnətə girin; sevinc içində qarşılanacaqsınız.
Zuxruf/43:71
Onlara qızıl sinilər və piyalələrlə verilər. Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey vardır. Siz orada əbədi qalacaqsınız.
Zuxruf/43:72
Cənnət budur, onu miras aldınız, etdiklərinizə qarşılıq olaraq.
Zuxruf/43:73
Orada sizin yeməyiniz üçün bol meyvələr vardır.
Bəqərə/2:62
İman edənlər, Yəhudilər, digər dinlərdən olanlar və Xristianlardan kim Allaha və Axirət gününə iman edər və muttəqi bir həyat sürərsə, mükafatı Rəblərinin yanındadır. Onlara qorxu yoxdur və onlar üzülməzlər.
Bəqərə/2:112
Doğrusu, kim yaxşılıq edərək özünü Allaha təslim edərsə, onun mükafatı Rəbbinin yanındadır; onlara qorxu yoxdur və onlar üzülməyəcəkdir.
Bəqərə/2:262
Paralarını (pullarını) Allah yolunda xərclədikdən sonra yaxşılıqlarını minnət qoyub əziyyət etməyənlər üçün Rəbləri qatında mükafatları vardır. Onlara qorxu və üzüntü yoxdur.
Bəqərə/2:274
Paralarını (pullarını) gecə və gündüz, gizli və aşkar yardım üçün verənlərin mükafatı Rəblərinin yanındadır. Onlara qorxu yoxdur və onlar üzülməzlər.
Bəqərə/2:277
İman edib müttəqi bir həyat sürərək namazı qoruyanların və zəkatı verənlərin mükafatları Rəbləri qatındadır. Onlar üçün qorxu yoxdur və onlar üzülməzlər.
Maidə/5:69
İman edənlər, Yəhudilər, digər dinlərdən olanlar və Xristianlardan kim Allaha və Axirət gününə iman edər və muttəqi bir həyat sürərsə, nə bir qorxu vardır, nə də onlar üzülərlər.
Ənam/6:48
Biz elçiləri, ancaq müjdələyicilər və xəbərdar edicilər kimi göndəririk. Kim iman edib özünü düzəldərsə, onlara bir qorxu yoxdur və onlar üzülməyəcəklər.
Əraf/7:35
Adəm oğulları, sizə içinizdən elçilər gəlib sizə ayələrimi bildirdikləri zaman dinləyib özlərini düzəldənlərə nə bir qorxu vardır, nə də onlar üzülərlər.
Yunus/10:62
Allahın dostları üçün nə bir qorxu vardır, nə də üzülərlər.
Əhqaf/46:13
"Rəbbimiz Allahdır," dedikdən sonra doğru yolu izləyənlərə, nə bir qorxu vardır, nə də onlar üzülərlər.