Nur - 24:33 Evlənməyə imkanı olmayanlar da, Allah onları lütfü ilə zənginləşdirənə qədər iffətli davransınlar. Evlənmə yolu ilə azadlıq sənədi almaq istəyən əsirləri -niyyətləri dürüstdürsə- azadlıqlarına qovuşdurun. Və Allahın sizə verdiyi parasından (pulundan) onlara verin. İffətli olmaq istəyən qızlarınızı, bu dünyanın keçici mənfəətini arzulayaraq fahişəliyə məcbur etməyin. Kim onları məcbur edərsə, o zaman Allah onların məcbur edildiyini hesaba qatar; O Bağışlayandır, Rəhmlidir.
Dünya həyatının keçici tərifi:
Hədid/57:20 Bilin ki, dünya həyatı bir oyun, əyləncə, süs, aranızda öyünmək, para-pul və övlad çoxaltma yarışından ibarətdir. Bu, inkar edənlərin xoşuna gələn bir bitkini yetişdirən bir yağmura bənzəyir. Halbuki daha sonra o bitki quruyar, saralar və axırda çör-çöp olar. Axirətdə isə Allahdan çətin (şiddətli) bir əzab, bir bağışlanma və razılıq vardır. Dünya həyatı, aldadan, keçici bir zövqdən ibarətdir.

Yunus/10:23 Onları qurtarınca da yer üzündə haqsız yerə həddi aşmağa başlayarlar. Ey insanlar, həddi aşmağınız özünüzə qarşıdır. Dünya həyatının müvəqqəti zövqünə düşkünsünüz; halbuki dönüşünüz Bizədir və etmiş olduğunuz hər şeyi sizə xəbər verərik.

Nəhl/16:95 Allaha verdiyiniz sözü ucuza satmayın. Sizin üçün Allahın yanındakılar daha yaxşıdır; bir bilsəniz.
Nəhl/16:96 Sizin yanınızda olanlar bitər; ancaq Allahın yanındakılar isə daimidir. Çətinliklərə qarşı müqavimət göstərənlərin mükafatlarını, etdikləri yaxşılıqlara uyğun olaraq əlbəttə verəcəyik.

Nisa/4:94 Ey iman edənlər! Allah yolunda mücadiləyə çıxdığınız zaman diqqətli olun. Sizə barış təklif edənə, dünya həyatının keçici mənfəətini güdərək "Sən iman etmirsən", deməyin. Çünki Allahın yanında çox qənimətlər var. Lap əvvəllər siz də onlar kimi idiniz; fəqət Allah sizə lütf etdi. Elə isə yaxşıca araşdırıb əmin olun. Allah etdiklərinizdən Xəbərdardır.

Ali İmran/3:14 Qadınları, uşaqları, yığın-yığın qızılı - gümüşü, təlim görmüş atları, mal-qaranı və əkin yerlərini sevmək kimi zövqlər insanlara cazibədar görünür. Bunlar, dünya həyatının nemətləridir. Halbuki gediləcək ən gözəl yer Allah qatındadır.
Ali İmran/3:185 Hər kəs ölümü dadacaqdır. Dirilmə günü mükafatlarınız sizə tam olaraq verilər. Kim atəşdən qurtarılıb cənnətə daxil olarsa, zəfər qazanmış olar. Dünya həyatı ancaq aldadıcı bir zövqdən ibarətdir.

Ənfal/8:67 Heç bir Peyğəmbərə, yer üzündə savaşa qatılmadan əsirlər götürməsi yaraşmaz. Siz bu dünyanın müvəqqəti malını istəyirsiniz; Allah isə (sizin üçün) axirəti istəyir. Allah Üstündür, Hikmət sahibidir.

Tovbə/9:38 Ey iman edənlər, sizə nə oldu ki, "Allah yolunda hərəkətə keçin," deyildiyi zaman, yerə yapışıb qaldınız? Axirət yerinə bu dünya həyatınamı razı oldunuz? Dünya həyatının nemətləri axirət həyatına müqayisədə çox azdır.

Yunus/10:24 Dünya həyatı, eyni bu örnək kimidir; göydən endirdiyimiz su insanların və heyvanların yediyi bitkilərin quruluşuna qarışar. Bu durum, yer üzünün süslənib bəzəndiyi və xalqının da artıq təbiətə hakim olduqlarını sandıqları ana (vaxta) qədər sürər. Nəhayət gecə vaxtı və ya gündüz vaxtı ona əmrimiz gəlir. Sanki bir öncəki gün heç bir şeyə sahib deyilmiş kimi onu kökündən biçilmiş bir duruma salarıq. Düşünən bir camaat üçün ayələri bu cür açıqlayırıq.

Rad/13:26 Allah istədiyinə ruzini açar və ya azaldar. Onlar dünya həyatı ilə sevindilər, halbuki bu dünya həyatı axirət ilə müqayisə edildiyində bir dolanacaqdan ibarətdir.

İsra/17:18 Kim bu müvəqqəti dünyanı istəyərsə, orada istədiyimizə dilədiyimiz qədər verərik. Ancaq daha sonra onu, qınanmış və qovulmuş olaraq cəhənnəmə məhkum edərik.

Kəhf/18:45 Onlara dünya həyatının örnəyi olaraq, göydən endirdiyimiz suyla qidalanan və sonra küləyin sovurduğu çör-çöpə dönən yer üzünün bitkisini ver. Allah hər şeyə Gücü Yetəndir.

Nur/24:33 Evlənməyə imkanı olmayanlar da, Allah onları lütfü ilə zənginləşdirənə qədər iffətli davransınlar. Evlənmə yolu ilə azadlıq sənədi almaq istəyən əsirləri -niyyətləri dürüstdürsə- azadlıqlarına qovuşdurun. Və Allahın sizə verdiyi parasından (pulundan) onlara verin. İffətli olmaq istəyən qızlarınızı, bu dünyanın keçici mənfəətini arzulayaraq fahişəliyə məcbur etməyin. Kim onları məcbur edərsə, o zaman Allah onların məcbur edildiyini hesaba qatar; O Bağışlayandır, Rəhmlidir.

Qasas/28:60 Sizə verilən hər şey, bu dünya həyatının malı və süsüdür. Allah yanında olanlar isə daha yaxşı və sürəklidir. Anlamırsınız?

Ənkəbut/29:64 Bu dünya həyatı bir əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə gerçək həyatdır; bir bilsəydilər!

Ğafir/40:39 "Ey xalqım, bu dünya həyatı müvəqqəti bir yaşayış yeridir. Axirət yurdu isə əbədi bir məskəndir."

Zuxruf/43:35 Və neçə-neçə cəzbedici maddələr. Bütün bunlar bu dünya həyatının keçici materialıdır. Axirət isə Rəbbinin qatında müttəqilərindir.

Muhəmməd/47:36 Dünya həyatı bir oyun və əyləncədən ibarətdir. İman edib müttəqi davransanız, mükafatlarınızı verər. O sizdən paralarınızı (pullarınızı) istəmir.


İnsan/76:27 Bunlar bu keçici (dünya həyatını) sevirlər və önlərindəki ağır bir günə isə əhəmiyyət vermirlər.