بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
47:21 İtaət etmək və gözəl danışmaqdır. İş qərarlaşdırılınca Allaha qarşı dürüst olsalar, özləri üçün yaxşı olardı.
47:22 Demək iş başına gələcək olsanız, yer üzündə fəsad törədəcək və əqrəbalıq bağlarını qoparacaqsınız?
47:23 Məhz, Allahın lənətlədiyi, karlaşdırıb korlaşdırdığı kimsələr bunlardır.
47:25 Onlara doğru yol bəlli olduqdan sonra geriyə dönənləri şeytan doğru yoldan çıxarmışdır və onlara ümid vermişdir.
47:26 Çünki onlar, Allahın nazil etdiyini bəyənməyənlərə, "Bəzi mövzularda sizə tabeyik," demişdilər. Allah onların gizli planlarını bilməkdədir.
47:27 Mələklər canlarını alarkən necə də (peşmançılıq içində) üzlərinə və arxalarına vururlar?
47:28 Çünki onlar, Allahı qəzəbləndirən şeyə tabe oldular, Onun razı qaldığı şeyləri bəyənmədilər və axırda etdiklərini keçərsiz hala gətirdilər.
47:29 Qəlblərində xəstəlik olanlar, Allahın, onların kinlərini açığa çıxaracağını bilmirlərmi?
47:30 İstəsəydik, onları sənə göstərərdik, sən də onları üzlərindən tanıyardın. Sən onları sözlərinin əyriliyindən tanıya bilərsən. Allah bütün işlədiklərinizi bilir.
47:31 Sizdən səy göstərənləri və çətinliklərə qarşı müqavimət göstərənləri ortaya çıxarıncaya qədər sizi sınayacağıq və keyfiyyətinizi sınayacağıq.
47:32 İnkar edib Allahın yolundan sapanlar və özlərinə doğru yol bəlli olduqdan sonra elçiyə qarşı gələnlər Allaha heç bir zərər verə bilməzlər. Əksinə, onların etdiklərini keçərsiz qılacaqdır.
47:33 Ey iman edənlər, Allaha tabe olun, elçiyə tabe olun və işlərinizi boşa çıxarmayın!
47:34 İnkar edib Allahın yolundan azdıqdan sonra inkarçılar olaraq ölənləri Allah bağışlamayacaqdır.
47:35 Sülhə gedən yolda zəiflik göstərməyin. Zəfər sizindir. Allah sizinlə bərabərdir və işlədiklərinizi ziyan (puç) etməyəcəkdir.
47:36 Dünya həyatı bir oyun və əyləncədən ibarətdir. İman edib müttəqi davransanız, mükafatlarınızı verər. O sizdən paralarınızı (pullarınızı) istəmir.
47:37 Onları sizdən istəsəydi və sizi sıxışdırsaydı xəsislik edərdiniz və sizin gizli pisliklərinizi açığa çıxarardı.
47:38 Sizlər, Allah yolunda xərcləməyə dəvət edilirsiniz, ancaq bir qisminiz xəsislik etməkdədir. Kim xəsislik edərsə, özünə qarşı xəsislik etmişdir. Allah Zəngindir, siz isə yoxsulsunuz. Üz çevirsəniz, yerinizə başqa bir topluluq gətirər ki, onlar sizin kimi olmazlar.