Furqan - 25:29 "Məni, mənə yetişən mesajdan azdırdı. Gerçəkdən, şeytan insanı yarı yolda buraxar."
Şeytan kimlərə dost və yoldaş olur?
Zuxruf/43:36 Kim Rəhmanın mesajına əhəmiyyət verməzsə, ona bir şeytanı istiqamətləndirərik, sonra da onun yoldaşı olar.
Zuxruf/43:37 Həqiqətən, onları yoldan çıxararlar. Buna rəğmən onlar doğru yolda olduqlarını sanarlar.

Məryəm/19:83 İnkar edənlərin üzərlərinə şeytanları yolladığımızı görmürsünüz? Onları təhrik etməyə davam edirlər.

Fussilət/41:25 Keçmişlərini və gələcəklərini onlara gözəl göstərən bəzi yoldaşları onlar üçün təyin etdik. Onlardan öncə gəlib-keçmiş cin və insan cəmiyyətləri üçün gerçəkləşən o söz, onlar üçün də keçərli oldu. Onlar ziyana uğramışlardır.

Əraf/7:27 Adəm oğulları, şeytan, ana-atanızın vücudlarını özlərinə göstərmək üçün libaslarını soyunduraraq cənnətdən çıxartdığı kimi sizi də çaşdırmasın. O və qəbiləsi sizin onları görmədiyiniz yerdən sizi görürlər. Biz, şeytanları, iman etməyənlərin dostları etdik.