Şuəra - 26:3
İman etmirlər deyə özünə zərər yetirə bilərsən (ehtiyatlı ol).
Muhəmməd peyğəmbər, istədikləri cürbəcür möcüzələri göstərə bilmədiyi və dolayısıyla xalqı iman etmir deyə özünü məsul tutdu. Rəbbimiz keçmiş xalqların da elçilərə eyni münasibəti göstərdiyini, görəvinin sadəcə bildirmək olduğunu, iman etməyənlərdən məsul olmadığını bildirərək elçisini rahatlaşdırdı:
İsra/17:90
Dedilər ki: "Yerdən bizə bir bulaq fışqırtmadıqca sənə iman etməyəcəyik."
İsra/17:91
"Və ya xurma və üzüm bağçaların olmalı, aralarından da şırıl-şırıl çaylar axıtmalısan."
İsra/17:92
"Və ya iddia etdiyin kimi, göydən üzərimizə parçalar düşürməli, yaxud Allahı və mələkləri qarşımıza gətirməlisən."
İsra/17:93
"Ya da qızıldan bir evin olmalı və ya göyə yüksəlməlisən. Yüksəlsən belə oxuyacağımız bir kitabı üzərimizə endirmədikcə ona iman etməyəcəyik." De ki: "Rəbbim Ucadır. Mən elçi olan bir insandan başqa bir şeyəmmi ki?"
Bəqərə/2:272
Onları doğruya yönəltmək sənə aid deyildir. Ancaq Allah istədiyini doğruya yönəldir. Möhtaclara etdiyiniz hər yaxşılıq özünüz üçün faydalıdır. Yardımlarınız yalnız Allah üçün olmalıdır. Etdiyiniz hər yaxşılığın qarşılığı sizə tam ödənəcəkdir. Haqsızlığa uğradılmayacaqsınız.
Ali İmran/3:184
Səni yalanlayarlarsa (çaşma), səndən öncə açıq-aşkar dəlillər, Zəburlar (Tanrı sevgisini dilə gətirən İlahilər) və aydınladıcı kitab gətirən elçilər də yalanlanmışdı.
Nisa/4:80
Elçiyə itaət edən, Allaha itaət etmiş olar. Kim üz çevirərsə çevirsin; Biz səni onların üzərinə gözətçi göndərmədik.
Hud/11:120
Könlünü gücləndirmək üçün elçilərin tarixlərindən sənə yetərincə nəql etməkdəyik. Bunda, sənin üçün gerçək və iman edənlər üçün də bir aydınlatma və xəbərdarlıq gəlmişdir.
Nəhl/16:82
Üz çevirərlərsə, sənin öhdənə düşən, açıq-aydın bildirməkdir.
Nəhl/16:82
Üz çevirərlərsə, sənin öhdənə düşən, açıq-aydın bildirməkdir.
Kəhf/18:29
De ki, "Bu gerçək sənin Rəbbindəndir." İstəyən iman etsin, istəyən inkar etsin. Biz zalımlar üçün onları hər tərəfdən bürüyəcək bir atəş hazırladıq. Onlar hər nə vaxt fəryad edərək yardım istəsələr, konsentratlı turşu kimi üzləri qaynadan su verilər. Necə də pis bir içəcək, necə də pis bir sondur!"
Ənbiya/21:5
Hətta, "Boş xəyallardır", "Onu o uydurmuşdur" və "O bir şairdir, daha öncəki elçilər kimi o da bizə möcüzələr gətirsin," dedilər.
Ənbiya/21:6
Bunlardan öncə məhv etdiyimiz cəmiyyətlərdən heç biri iman etməmişdi. İndi bunlarmı iman edəcək?
Zəriyət/51:52
Bax belə, onlardan öncəkilərə hər nə zaman bir elçi gəldisə, "Bu, bir sehrbazdır," yaxud "Bu, bir dəlidir," deyərdilər.
Zəriyət/51:53
Bunu (belə söyləməyi) bir-birlərinə öyüd-nəsihətmi elədilər? Doğrusu, onlar həddi aşan bir topluluqdur.
Zəriyət/51:54
Onlardan üz çevir; Sən (buna görə) qınanmayacaqsan.
Zəriyət/51:55
Xatırlat, çünki xatırlatmaq iman edənlərə fayda verər.
Kəhf/18:6
Bu sözə iman etməzlərsə, onların ardından özünü məsuliyyətli tutaraq günahlandıracaqsan, üzüləcəksən (eləmi)?
Maidə/5:68
De: "Kitablılar! Tövratı, İncili və Rəbbinizdən sizə nazil ediləni tətbiq etmədikcə heç bir təməliniz olmaz." Rəbbindən sənə nazil edilənlər, onların əksəriyyətinin azğınlıq və inkarını artırar. İnkar edən camaat üçün özünü üzmə.
Nəhl/16:35
Ortaq qoşanlar, "Allah istəməsəydi, nə biz, nə də atalarımız Ondan başqa bir şeyə qulluq/xidmət etməz və Onun haram etdiyindən başqasını da haram etməzdik." Onlardan öncəkilər də bu cür davranmışdı. Elçinin açıq şəkildə bildirməkdən başqa bir görəvimi var?
Bəqərə/2:119
Biz səni, gerçəklə, müjdələyən və xəbərdarlıq edən olaraq göndərdik. Cəhənnəm əhlinə sən cavadeh deyilsən.
Hicr/15:88
Onlardan bəzilərinə verdiklərimizi qısqanma və onlardan (inkar edənlərdən) ötrü də üzülmə. İman edənləri də qanadlarının altına al.
Hicr/15:95
İstehza edənlərə qarşı Biz sənə yetərik.
Hicr/15:97
Söylədiklərindən ötrü qəlbinin daraldığını bilirik.
Ənam/6:33
Söylədikləri şeylərin səni üzdüyünü bilirik. O zalımlar səni deyil, Allahın ayələrini rədd edir.
Ənam/6:34
Səndən öncəki elçiləri də yalançılıqla günahlandırdılar. Yalanlanmalara qarşı müqavimət göstərdilər. Zəfərimiz yetişincəyədək sıxıntı çəkdilər. Allahın sistemi dəyişməyəcək. Necə ki, elçilərin tarixi sənə gəlib çatmışdır.
Ənam/6:35
Üz çevirmələri sənə ağır gəldisə, biləsən ki, yerin içinə bir dəlik açmağa ya da göyə nərdivan dayamağa gücün yetsə, bir möcüzə ortaya qoysan yenə də təsir etməz... Allah istəsəydi onları doğru yola toplayardı. Elə isə cahillərdən olma!
Şuəra/26:3
İman etmirlər deyə özünə zərər yetirə bilərsən (ehtiyatlı ol).
Fatir/35:8
Pis işi, özünə süslənib və onu gözəl görən kimsəyə nə deyirsən? Allah istəyəni azdırır və istəyəni yola yönəldir. Elə isə onlar üçün özünü üzmə. Allah onların etdiklərini yaxşı Bilir.
Hud/11:12
"Ona bir xəzinə, yaxud onunla birlikdə bir mələk enməli deyildimi?" dedikləri üçün bəlkə də, köksün daralacaq və sənə vəhy edilənin bir qismini tərk edəcəksən. Sən yalnız bir xəbərdarlıq edənsən; Allah hər şeyi kontrol edəndir.
Şərh/94:1
Köksünü genişlədib səni sakitləşdirmədikmi?
Şərh/94:2
Üzərindəki yükünü endirmədikmi?
Şərh/94:3
(Ona görə) ki, belini bükmüşdü.