بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
15:85 Biz, göyləri, yeri və aralarındakı şeyləri bəlli bir məqsəd üçün yaratdıq. O Saat (dünyanın sonu) əlbəttə gələcəkdir, elə isə onlara gözəl və yumşaq davran.
15:88 Onlardan bəzilərinə verdiklərimizi qısqanma və onlardan (inkar edənlərdən) ötrü də üzülmə. İman edənləri də qanadlarının altına al.
15:94 Elə isə sənə əmr ediləni açıq şəkildə ortaya qoy və ortaq qoşanlardan da üz çevir.