Ənkəbut - 29:7
İman edib müttəqi davrananların pisliklərini əlbəttə örtəcəyik və etdiklərinin daha yaxşısı ilə onları mükafatlandıracağıq.
Mükafat nədir?
Ali İmran/3:136
Onlara, Rəblərindən bağışlanma və ağacları altından çaylar axan cənnətlərlə qarşılıq verilər; orada sürəkli qalarlar. Çalışanların mükafatı necə də gözəldir.
Kəhf/18:31
Onlar üçün içlərindən çaylar axan Ədn bağçaları (cənnətləri) vardır. Orada qızıl bilərziklərlə süslənərlər, ipək və atlazdan toxunmuş yaşıl paltarlar geyərlər. Orada taxtlar üzərinə yaslanarlar. Nə gözəl bir mükafat və necə də gözəl bir məskəndir...
Hud/11:108
Xoşbəxtlər isə, göylər və yer durduğu müddətcə cənnətdə qalacaqlar. Rəbbin istəyərsə başqa. Tükənməz bir mükafatdır bu.
Nəhl/16:31
İçlərindən çaylar axan Ədn cənnətlərinə girərlər. Orada hər istədikləri şeyi taparlar. Allah müttəqiləri bax belə mükafatlandırır.
Ta ha/20:76
Ədn bağçaları ki, altından çaylar axar. Orada əbədi qalacaqlar. Təmizlənənlərin mükafatı bax belədir.
Furqan/25:75
Bunlar, səbr etdiklərindən ötrü Cənnət otaqları ilə mükafatlandırılarlar; orada xoşbəxt bir həyat və sülhə (əmin-amanlığa) qovuşdurularlar.
Ali İmran/3:195
Rəbləri onlara cavab verdi: "Mən, sizdən heç bir çalışanın etdiyini mükafatsız buraxmaram, istər kişi olsun, istər qadın olsun; hamınız eynisiniz. Köç (hicrət) edənlər, öz yurdlarından çıxarılanlar, yolumda işgəncə və həqarətə məruz qalanlar, vuruşanlar və öldürülənlər... Onların pisliklərini örtəcəyəm və onları içlərində çaylar axan bağçalara yerləşdirəcəyəm. Allahdan bir qarşılıq olaraq... Ən gözəl qarşılıq Allahın yanındadır.”
İnsan/76:12
Müqavimət göstərdikləri üçün onları bağça və ipəklə mükafatlandırar.
İnsan/76:13
Orada taxtlara yaslanarlar; orada nə (yandırıcı) günəş, nə də dondurucu soyuq görərlər.
İnsan/76:14
Ağacların kölgəsi üzərlərinə düşmüş və meyvələr yaxınlaşdırılaraq qopardılmaları asanlaşdırılmışdır.
İnsan/76:15
Onlara gümüş sinilər və şəffaf bardaqlarda verilər.
İnsan/76:16
Gümüşdən düzəldilmiş şəffaf bardaqlar... Onlara tamamilə layiqdirlər.
İnsan/76:17
Orada zəncəfil (ginger) qarışdırılmış bir qədəhdən içirdilərlər.
İnsan/76:18
Bir qaynaq ki, ona "Selsebil" deyilir.
İnsan/76:19
Onlara ölümsüz gənclər servis edəcəkdir. Onları görsən, onları yayılmış inci sanarsan.
İnsan/76:20
Haraya baxsan nemətlər və böyük bir səltənət görərsən.
İnsan/76:21
Üstlərində yaşıl məxmərdən paltarlar və ipəklər vardır. Gümüş bilərziklər taxmışdırlar. Rəbləri onlara təmiz bir içki içirdər.
İnsan/76:22
Bu, mükafatınızdır və göstərdiyiniz səy üçün təşəkkür edilmişdir.
Beyyinə/98:8
Rəbləri qatındakı mükafatları, içindən çaylar axan cənnətlərdir. Orada əbədi olaraq qalacaqlar. Allah onlardan razı olmuş, onlar da Ondan razı olmuşdurlar. Rəbbinə hörmət göstərənin mükafatı bax belədir.