Bəqərə - 2:116
“Allah Özünə övlad götürmüşdür!” - dedilər. Qətiyyən (elə deyil), O Ucadır. Göylərdə və yerdə olanların hamısı Onundur, hamısı Ona boyun əyməkdədir.
"Göylərdə və yerdə olanların hamısı Onundur.": Əlaqəli
Bəqərə/2:255
Allah: Ondan başqa tanrı yoxdur, Yaşayandır, Sonsuzdur. Onu nə mürgü, nə də yuxu tutmaz. Göylərdə və yerdə nə varsa Onundur. İzni olmadan kim Onun qatında vasitəçilik edə bilər? Onların keçmişini və gələcəyini bilir. İstədiyi miqdardan başqa Onun biliyindən heç bir şeyi qavraya bilməzlər. Hökmranlığı göyləri və yeri əhatə etmişdir. Onları qorumaq Onu yormaz. O Ucadır, Böyükdür.
Nisa/4:171
Kitablılar! Dininizdə həddi aşmayın. Allah haqqında yalnız gerçəyi söyləyin. Məryəm oğlu İsa Məsih, sadəcə Allahın elçisi və Məryəmə göndərdiyi kəlməsi və Ondan gələn bir candır. Allaha və elçilərinə iman edin. “Üçdür,” deməyin. Öz xeyriniz üçün buna son verin. Tək tanrı yalnız Allahdır! O, övlad sahibi olmaqdan ucadır. Göylərdə və yerdə nə varsa, Onundur. Vəkil olaraq Allah yetər.
Ənam/6:13
Gecədə və gündüzdə barınan hər şey Onundur. O, Eşidəndir, Biləndir.
Yunus/10:68
"Allah Özünə övlad götürmüşdü!" dedilər. O, bundan çox Ucadır! O, heç bir şeyə ehtiyacı olmayandır. Göylərdə və yerdə nə varsa Onundur. Sizin bu mövzuda heç bir dəliliniz yoxdur. Allah haqqında bilmədiyiniz bir şeyimi söyləyirsiniz?
Nəhl/16:52
Göylərdə və yerdə nə varsa, Onundur. Din də daima sadəcə Onundur. Allahdan başqasınamı hörmət edirsiniz?
Şura/42:4
Göylərdə və yerdə nə varsa Onundur. O, Ucadır, Böyükdür.
Ali İmran/3:109
Göylərdə və yerdə nə varsa Allahındır və bütün işlər Allah tərəfindən kontrol edilir.
Ali İmran/3:129
Göylərdə və yerdə nə varsa, Allahındır. İstəyəni/istədiyini bağışlayır, istəyəni/istədiyini də cəzalandırır. Allah Bağışlayandır, Rəhmlidir.
Nisa/4:131
Göylərdə və yerdə nə varsa Allahındır. Sizdən öncə Kitab verilənlərə də, sizə də "Allaha hörmət edib dinləyin," - deyə öyüd verdik. İnkar etsəniz, bilin ki, göylərdə və yerdə nə varsa Allahındır. Şübhəsiz Allah kimsəyə möhtac deyildir, tərifə layiqdir.
Nisa/4:132
Göylərdə və yerdə nə varsa, Allahındır. Qoruyucu olaraq Allah yetər.
Nisa/4:170
Ey insanlar! Elçi Rəbbinizdən gerçəyi gətirmişdir. Öz xeyriniz üçün iman etməlisiniz! İnkar edərsinizsə, bilin ki, göylərdə və yerdə nə varsa, Allahındır. Allah Biləndir, Hikmət sahibidir.
Ənam/6:12
De: "Göylərdə və yerdə olanlar kimindir?" De: "Allahındır!" Özünə mərhəmətli olmağı lazım bildi. Haqqında şübhə olmayan Dirilmə günü sizi toplayacaqdır. Şəxsiyyətlərini itirənlər iman etməyənlərdir.
Yunus/10:55
Göylərdə və yerdə olan hər şey Allahındır. Allahın sözü tamamilə gerçəkdir; fəqət onların çoxu bilməz.
Yunus/10:66
Göylərdə və yerdə nə varsa Allahındır. Allahdan başqalarına yalvaranlar əslində qoşduqları ortaqları izləməməkdədirlər. Onlar sadəcə təxmin irəli sürürlər və sadəcə cəfəngiyyat danışırlar.
İbrahim/14:2
Yəni Allahın. O ki, göylərdə və yerdə olanların hamısına sahibdir. Layiq görüldükləri çətin (şiddətli) əzabdan dolayı vay kafirlərin halına.
Ənbiya/21:19
Göylərdə və yerdə kim varsa Ona aiddir. Yanındakılar, Ona qulluq etməkdən böyüklənməz və tərəddüd etməzlər.
Həcc/22:64
Göylərdə və yerdə nə varsa Onundur. Şübhəsiz Allah Zəngindir, Tərifəlayiqdir.
Nur/24:64
Göylərdə və yerdə olanların hamısı Allaha aiddir. İçində olduğunuz hər vəziyyəti bilir. Həqiqətən, Ona döndəriləcəkləri gün, etdikləri hər şeyi onlara bildirəcəkdir. Allah hər şeyi biləndir.
Rum/30:26
Göylərdə və yerdə olan hər kəs Ona aiddir; hamısı Ona boyun əyməkdədir.
Loğman/31:26
Göylərdə və yerdə olan hər şey Allahındır. Şübhəsiz Allah Zəngindir, Tərifəlayiq olandır.
Səba/34:1
Tərif, göylərdə və yerdə nə varsa Özünə aid olan Allahadır. Axirətdə də tərif Onadır. O Hikmət Sahibidir, Xəbər Alandır.
Şura/42:53
Göylərdə və yerdə olan hər şeyin sahibi Allahın yoluna... Həqiqətən, bütün işlər Allaha dönər.
Nəcm/53:31
Göylərdə və yerdə nə varsa, Allahındır. Pislik işləyənləri etdiklərinə görə cəzalandıracaqdır və gözəl davrananları da mükafatlandıracaqdır.