بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
16:41 Zülmə uğradıqdan sonra Allah uğrunda köç (hicrət) edənləri dünyada gözəl şəkildə yerləşdirəcəyik. Axirət mükafatları isə daha böyükdür; bir bilsələr...
16:43 Səndən öncə, adamlardan/iki ayaq üzərində yeriyənlərdən başqasını elçi olaraq göndərmədik; onlara vəhy etdik. Bilmirsinizsə mütəxəssislərdən soruşun.
16:44 Sənədlər və kitablarla... Sənə bu mesajı nazil etdik ki, onlara nazil ediləni insanlara açıqlayasan (bildirəsən) və onlar da düşünsünlər.
16:45 Pislik planlaşdıranlar, Allahın onları yerin dibinə batırmayacağından, yaxud ümid etmədikləri bir yerdən əzabın onlara gəlməyəcəyindən əminmi oldular?
16:46 Yaxud (yatdıqları yerdə) dönüb-fırlanarkən onları yaxalamayacağından...? Onlar qurtula bilməzlər.
16:47 Yaxud onları qorxu və əndişə içində olduqları halda yaxalamayacağından...? Rəbbiniz əlbəttə Şəfqətlidir, Rəhmlidir.
16:48 Allahın yaratdığı şeylərə baxmırlarmı ki, kölgələri Allaha səcdə edərək sağdan və soldan sürünərək gedib-gəlir?
16:49 Göylərdə və yerdə olan bütün məxluqlar və mələklər Allaha səcdə edərlər və təkəbbür göstərməzlər.
16:50 (Onlar) özlərindən çox uca olan Rəblərinə hörmət edərlər və onlara əmr ediləni yerinə yetirərlər.
16:51 Allah, "İki tanrı qəbul etməyin, Ondan başqa Tanrı yoxdur. Sadəcə Məndən çəkinin!" demişdir.
16:52 Göylərdə və yerdə nə varsa, Onundur. Din də daima sadəcə Onundur. Allahdan başqasınamı hörmət edirsiniz?
16:53 Sizə yetişən hər nemət Allahdandır. Necə ki, bir sıxıntıya uğradığınızda sadəcə Ona yalvarırsınız.
16:54 Halbuki, sizdən o sıxıntını qaldırdığı zaman, sizdən bir qrup Rəblərinə ortaq qoşmağa başlayır.
16:55 Onlara verilənə nankorluq edərək... Kefinizə baxın; yaxında mütləq biləcəksiniz!
16:56 Onlara verdiyimiz ruzilərdən şüursuzlara bir pay ayırırlar. Allaha and olsun ki, siz bu uydurduğunuz şeylərdən sorğu-sual olunacaqsınız.
16:58 Onlardan birinə dişi müjdələndiyi zaman, böyük bir öfkəylə üzü qapqara qaralır.
16:59 Ona müjdələnən 'pislikdən' utanaraq insanlardan özünü gizləməyə çalışır. İndi onu utana-utana saxlasınmı, yoxsa torpağamı basdırsın?! Verdikləri qərar necə də pisdir!
16:60 Axirətə iman etməyənlər pis örnəyi əmələ gətirirlər; halbuki ən uca örnəklər Allahındır. O üstündür, Hikmət sahibidir.