Bəqərə - 2:120
Dinlərinə daxil olmadıqca nə Yəhudilər, nə də Xristianlar səndən razı olmazlar. De ki: "Doğru yol Allahın yoludur." Sənə gələn bilgidən sonra onların arzularına uymuş olsan, Allaha qarşı səni müdafiə edə biləcək nə bir dost, nə də bir dəstəkləyici tapa bilməzsən.
Əlaqəli:
Bəqərə/2:135
“Yəhudi və ya Xristian olun ki, doğru yolu tapa biləsiniz," - dedilər. De ki: "Xeyr, biz İbrahimin Təkallahlı dininə tabe olarıq. O, ortaq qoşanlardan olmadı."
Bəqərə/2:135
“Yəhudi və ya Xristian olun ki, doğru yolu tapa biləsiniz," - dedilər. De ki: "Xeyr, biz İbrahimin Təkallahlı dininə tabe olarıq. O, ortaq qoşanlardan olmadı."
Bəqərə/2:140
İbrahimin, İsmailin, İshaqın, Yəqubun və nəvələrinin Yəhudi və ya Xristian olduğunumu iddia edirsiniz? De ki: “Siz daha yaxşı bilirsiniz, yoxsa Allah?” Allahın bildirdiyini gizləyəndən daha zalım kim ola bilər? Allah etdiklərinizdən qafil deyil."
Bəqərə/2:145
Kitab verilənlərə hər cürə ayəni (möcüzəni) gətirsən də, onlar yenə sənin qiblənə yönəlməz. Sən də onların qibləsinə tabe olan deyilsən. Onlar bir-birlərinin qibləsinə də tabe olmaz. Sənə gələn bu bilgidən sonra, onların kefinə (istəyinə) uyarsansa zalımlardan olarsan.
Ali İmran/3:73
"Sizin dininizə uyandan başqasına inanmayın." Sən də onlara: "Hidayət Allahın hidayətidir", de. "Sizə verilənin bənzərinin bir başqasına verildiyinə də inanmayın; yoxsa Rəbbiniz haqqında sizinlə mübahisə haqqı qazanarlar", deyərlərsə, "Lütf Allahın əlindədir, istədiyinə verir", de. Allah Comərddir, Biləndir.