Bəqərə - 2:14
İman edənlərlə qarşılaşdıqları vaxt, "İman edirik," deyərlər; fəqət şeytanlarıyla baş-başa qaldıqlarında, "Sizinlə bərabərik. Biz sadəcə istehza etməkdəyik," deyərlər.
Şeytan kimlərə dost və yoldaş olur?
Zuxruf/43:36
Kim Rəhmanın mesajına əhəmiyyət verməzsə, ona bir şeytanı istiqamətləndirərik, sonra da onun yoldaşı olar.
Zuxruf/43:37
Həqiqətən, onları yoldan çıxararlar. Buna rəğmən onlar doğru yolda olduqlarını sanarlar.
Məryəm/19:83
İnkar edənlərin üzərlərinə şeytanları yolladığımızı görmürsünüz? Onları təhrik etməyə davam edirlər.
Fussilət/41:25
Keçmişlərini və gələcəklərini onlara gözəl göstərən bəzi yoldaşları onlar üçün təyin etdik. Onlardan öncə gəlib-keçmiş cin və insan cəmiyyətləri üçün gerçəkləşən o söz, onlar üçün də keçərli oldu. Onlar ziyana uğramışlardır.
Əraf/7:27
Adəm oğulları, şeytan, ana-atanızın vücudlarını özlərinə göstərmək üçün libaslarını soyunduraraq cənnətdən çıxartdığı kimi sizi də çaşdırmasın. O və qəbiləsi sizin onları görmədiyiniz yerdən sizi görürlər. Biz, şeytanları, iman etməyənlərin dostları etdik.