Bəqərə - 2:152 Məni xatırlayın ki, Mən də sizi xatırlayım. Mənə təşəkkür edin; nankorluq etməyin.
İnsanların Rəbbinə qarşı nankorluqları:
Fussilət/41:49 İnsan, yaxşılıq istəməkdən bezib yorulmaz. Ancaq ona bir pislik toxunduğunda ümidsizdir, bədbindir.
Fussilət/41:50 Sıxıntısının ardından, ona Bizdən bir rəhmət daddırsaq, "Bu mənə aiddir. Dünyanın sonunun da gələcəyini sanmıram. Rəbbimə döndərilərəmsə də, Onun qatında mənim üçün daha gözəl şeylər vardır," deyər. İnkar edənlərə, etdiklərinin gerçək mahiyyətini əlbəttə xəbər verəcəyik. Çətin (şiddətli) bir əzabdan daddıracağıq onlara.

Qasas/28:76 Qarun, Musanın xalqından olmasına rəğmən xəyanət edib onlara zülm etdi. Ona elə xəzinələr vermişdik ki, açarları güclü bir topluluğa belə ağır gəlirdi. Xalqı ona belə demişdi: "Qürrələnmə, Allah qürrələnənləri sevməz."
Qasas/28:77 "Allahın sənə verdiyi nemətlərlə, dünyadakı payını unutmadan axirət yurdunu axtar. Allah sənə necə yaxşılıq etmişsə, sən də yaxşılıq et. Yer üzündə fəsad törətməyi axtarma. Allah fəsadçıları sevməz."
Qasas/28:78 Dedi ki, "Bütün bunlar mənə, bilgi və bacarığıma görə verildi." Ondan öncə, özündən daha böyük bir gücə və say baxımından çoxluğa sahib olan neçə-neçə nəsilləri Allahın məhv etdiyini bilmirmi? Suçluların suçları özlərindən soruşulmaz.

Kəhf/18:32 Onlara iki nəfərin örnəyini ver: Birisinə, ətrafını xurma ağaclarıyla əhatə edib, aralarında başqa əkinlər bitirdiyimiz iki üzüm bağçası vermişdik.
Kəhf/18:33 Aralarına bir çay yerləşdirdiyimiz üçün, hər iki bağ da barını heç əsirgəmədən bolluca vermişdi.
Kəhf/18:34 Artıq bir məhsula sahib idi. Həqiqətən, söhbət etdiyi yoldaşına, "Mən səndən daha zənginəm və daha çox adama sahibəm," dedi.
Kəhf/18:35 Beləcə nəfsinə zülm edərək bağına girdi və: "Bunun məhv olacağını heç sanmıram," dedi.
Kəhf/18:36 "Dünyanın sonunun da gələcəyini sanmıram. Rəbbimə döndərilərəmsə də orada daha yaxşısını əldə edərəm."
Kəhf/18:37 Onunla söhbət edən yoldaşı ona dedi ki: "Səni torpaqdan, xırda bir damladan yaradıb səni bir adam şəklinə salan Rəbbinimi inkar edirsən?"
Kəhf/18:38 "Mənə gəlincə... O Allah mənim Rəbbimdir, mən Rəbbimə heç bir şeyi ortaq qoşmaram."
Kəhf/18:39 "Bağına girdiyin zaman, 'Bu Allahın Bəxşişidir (MaşaAllah), Qüvvət ancaq Allah ilədir (La quvvətə illa billah)' deməli deyildinmi? Səndən daha az paraya (pula) və övlada sahib olduğumu görə bilərsən, amma"
Kəhf/18:40 "Rəbbim, bəlkə sənin bağçandan daha yaxşısını mənə verər və ola bilər ki, bağçana göydən bir fəlakət göndərər ki, qupquru bir torpağa dönüşər."
Kəhf/18:41 "Yaxud suyu dibinə çökər və bir daha su tapa bilməzsən."
Kəhf/18:42 Dediyi vaxt, məhsulu məhv edildi. Çardaqları üzərinə yığılmış olan bağına verdiyi əməkdən ötrü matəm tutmağa və: "Kaş ki, Rəbbimə ortaq qoşmasaydım," deməyə başladı.
Kəhf/18:43 Allahdan başqa özünə yardım edə biləcək bir dəstək tapa bilmədi. Özünü də qurtara bilmədi.

Bəqərə/2:152 Məni xatırlayın ki, Mən də sizi xatırlayım. Mənə təşəkkür edin; nankorluq etməyin.

Hud/11:9 İnsana Özümüzdən bir rəhmət daddırsaq və sonra ondan geri alsaq, ümidsizliyə qapılar, nankorlaşar.
Hud/11:10 Ona toxunan zərərlərdən sonra ona nemətlər daddırsaq, "Pisliklər (çətinliklər) məndən getdi," deyər. Bu dəfə sevinclidir, təkəbbürlüdür.

İbrahim/14:28 Allahın nemətini nankorluqla qarşılayaraq xalqlarını fəlakət yurduna məhkum edənləri görmədinmi?
İbrahim/14:34 Ondan nə istədinizsə sizə verdi. Allahın nemətlərini saysanız, bitirə bilməzsiniz. İnsan oğlu gerçəkdən çox zalımdır, çox nankordur.

Nəhl/16:53 Sizə yetişən hər nemət Allahdandır. Necə ki, bir sıxıntıya uğradığınızda sadəcə Ona yalvarırsınız.
Nəhl/16:54 Halbuki, sizdən o sıxıntını qaldırdığı zaman, sizdən bir qrup Rəblərinə ortaq qoşmağa başlayır.
Nəhl/16:55 Onlara verilənə nankorluq edərək... Kefinizə baxın; yaxında mütləq biləcəksiniz!
Nəhl/16:72 Və Allah öz cinsinizdən sizin üçün zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün övladlar və nəvələr yaratdı və sizə gözəl ruzilər verdi. Belə olduğu halda onlar batilə iman edib Allahın nemətinə nankorluqmu edirlər?
Nəhl/16:112 Allah güvən içində uğur qazanmış bir topluluğu örnək olaraq verir: O topluluğun ruzisi onlara hər tərəfdən bol miqdarda yetişirdi. Ancaq daha sonra, Allahın nemətlərinə qarşı nankor davranınca Allah onlara aclıq və qorxu bəlasını daddırdı.

İsra/17:26 Əqrəbalara haqlarını ver. Ehtiyac sahiblərinə və yolçuya da (yolda qalmışa da)... Ancaq israf etmə.
İsra/17:27 Şübhəsiz, israf edənlər şeytanların dostlarıdır. Və şeytan Rəbbinə qarşı nankordur.
İsra/17:67 Okeanda sizə bir sıxıntı toxunarsa, Ondan başqa çağırdıqlarınız yox olar. Fəqət sizi qurtarıb quruya çıxarınca, dönərsiniz (üz döndərərsiniz). İnsan nankordur.

Həcc/22:38 Allah iman edənləri müdafiə edir. Allah xainləri və nankorları sevməz.
Həcc/22:66 Sizi dirildən, sonra öldürən, sonra da dirildən Odur... İnsan əlbəttə çox nankordur.

Furqan/25:48 Və O, rəhmətindən öncə müjdələyici olaraq küləkləri göndərəndir. Və Biz göydən tərtəmiz bir su endirərik.
Furqan/25:49 (Ona görə) ki, onunla ölü bir ölkəni dirildək və yaratdığımız neçə-neçə kənd təsərrüfatı heyvanlarını və insanları onunla sulayaq.
Furqan/25:50 Öyüd almaları üçün onu aralarında yayıb paylaşdıq. Halbuki insanların əksəriyyəti nankorluqda israr etməkdədir.

Nəml/27:40 Kitab bilgisinə sahib olan biri də, "Mən onu, gözünü qırpman üçün sərf olunan vaxtdan daha tez gətirə bilərəm!" dedi. Onu yanında dayanmış görüncə, "Bu Rəbbimin bir lütfüdür. Şükürmü, yoxsa nankorluqmu edəcəyimi sınayır. Şükür edən özü üçün şükür etmiş olar. Nankorluq edən də, bilsin ki, mənim Rəbbim Zəngindir, Şərəflidir," dedi.

Qasas/28:58 Özlərinə verilən nemətlərə qarşı nankorluq edən neçə-neçə cəmiyyətləri məhv etmişik. Bax bunlar, onlardan sonra çox az kimsə tərəfindən iqamətgah edilmiş evləridir. Oralara Biz varis olduq.

Ənkəbut/29:65 Gəmiyə mindikləri zaman, dini sadəcə Allaha aid edərək, Onu çağırarlar. Nə zaman ki, onları dənizdən qurtararıq, ortaq qoşmağa təkrar başlayarlar.
Ənkəbut/29:66 Burax, onlara verdiklərimizə nankorluq etsinlər, zövq alsınlar. İrəlidə biləcəklər.

Rum/30:33 İnsanlara bir zərər toxunduğu gün tamamilə Rəblərinə yönələrək dua edərlər. Fəqət sonra, onlara bir rəhmət daddırınca, bəziləri Rəblərinə ortaq qoşar.
Rum/30:34 Beləcə onlara verdiklərimizə qarşı nankorluq edərlər. Əylənin görək; irəlidə biləcəksiniz.
Rum/30:50 Allahın rəhmətinin məhsullarına bax; ölümündən sonra torpağı necə də dirildir. Bunun kimi ölüləri də dirildəcəkdir. O hər şeyə Gücü Yetəndir.
Rum/30:51 Ancaq, O bir fırtına göndərsə və onlar (əkinlərin quruyub) saraldığını görsələr dərhal inkar və nankorluq etməyə başlayarlar.

Loğman/31:12 Loğmana hikmət verdik: "Allaha şükür etməlisən!" Kim şükür edərsə, özü üçün şükür edər; kim nankorluq edərsə, əlbəttə Allah möhtac deyildir, Çox Tərifəlayiqdir."
Loğman/31:32 Onları böyük dalğalar bürüdüyündə, dini sadəcə Allaha xas edərək Ona yalvarmağa başlayarlar. Onları quruya çıxardıb qurtardığımız zaman bir qismi orta bir yol tutar. Xain nankorlardan başqası ayələrimizi rədd etməz.

Səba/34:33 Gücsüzləşdirilənlər, təkəbbürlənənlərə, "Əsil siz idiniz. Bizim Allaha qarşı nankorluq göstərməmiz və Ona ortaqlar qoşmamız üçün gecə-gündüz planlar qururdunuz." Əzabı gördükləri zaman içlərində peşmançılıq hiss edərlər. İnkar edənlərin boyunlarına zəncirlər vurmuşuq. Yalnız etdiklərinin qarşılığını almırlarmı?

Fatir/35:36 İnkar edənlər üçün cəhənnəm atəşi vardır. Nə ölmələrinə izin verilər, nə də onlardan cəhənnəm cəzası yüngülləşdirilər. Nankorları belə cəzalandırırıq.

Zumər/39:3 Həqiqətən, din sadəcə Allaha aiddir. Ondan başqalarını övliya (dostlar) olaraq qəbul edənlər, "Onlar bizi Allaha daha çox yaxınlaşdırsın deyə biz onlara qulluq/xidmət edirik." (deyərlər). Ayrılığa (ixtilafa) düşdükləri bu mövzu haqqında onların arasında Allah qərar verəcəkdir. Allah şübhəsiz ki, yalançıları və nankorları doğru yola yönəltməz.

Ğafir/40:42 "Siz məni Allaha qarşı nankor olmağa və haqqında bilgim olmayan şeyləri Ona ortaq qoşmağa çağırırsınız. Mən isə sizi O Üstün və Bağışlayıcı olana çağırıram."

Şura/42:48 Üz çevirirlərsə, Biz səni onlara bir nəzarətçi olaraq göndərmədik. Sənin öhdənə düşən sadəcə bildirməkdir. Biz insana Öz tərəfimizdən bir rəhmət daddırdığımız zaman onunla sevinir; Amma öz etdiklərinin bir nəticəsi olaraq başlarına bir pislik gəlsə, o zaman insan nankorlaşır.

Zuxruf/43:15 Qullarından bəzilərini Ona bir pay olaraq ayırdılar. İnsan gerçəkdən açıq-aşkar bir nankordur.
Zuxruf/43:16 Yaratdıqlarından qızları Özünə ayırdı sonra da oğulları sizəmi seçdi?

İnsan/76:2 Biz insanı qarışıq bir mayedən yaratdıq ki, onu sınayaq. Buna görə onu eşidən və görən etdik.
İnsan/76:3 Ona yolu göstərdik; ya şükür edəndir, ya da nankor.
İnsan/76:24 Elə isə Rəbbinin hökmünü izləməkdə səbr et; onlardan heç bir nankor günahkara tabe olma.